Gündəm / Siyasət / Sosial / Dünya
Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbin 15 illiyi qeyd olunub

Azərbaycan nümayəndə heyətinin Həştərxan vilayətinin qubernatoru İqor Yuryeviç Babuşkinlə də görüşü keçirilib.
Millixeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə söykəndiyini vurğulayan İqor Babuşkin bu əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu qeyd edib. O, Həştərxan vilayətində Ulu Öndərin xatirəsinin daim böyük ehtiramla yad edildiyini, onun həyat və fəaliyyətinə həsr olunmuş çoxsaylı tədbirlərin keçirildiyini bildirib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Elm və təhsil nazirinin müavini İdris İsayev səmimi qəbula görə Həştərxan vilayətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi daim böyük hörmət və ehtiramla anılır. İki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində Ulu Öndərin tarixi xidmətləri xüsusi vurğulanıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya münasibətlərinin daha da dərinləşdirilməsinə verdikləri töhfələr qeyd edilib. Milli Məclisin deputatları Rizvan Nəbiyev və Zaur Şükürov da öz növbələrində Ulu Öndər Heydər Əliyevin xatirəsinin Həştərxan vilayətində daim ehtiramla yad edilməsinə görə vilayət rəhbərliyinə və həştərxanlılara təşəkkürlərini bildiriblər.




