Gündəm / Hadisə

Tanınmış aktyor Aslan Fətullayev vəfat etdi

10.11.2026 15:58 18

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev Moskvada vəfat edib.
Millixəbər.az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.

Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər.

Azərbaycan Dövlət Kukla Teatrından bildirilib ki, Aslan Fətullayev bağırsağında olan problemlə bağlı Moskvaya müayinəyə yollanıb. Bu gün səhər saatlarında vəfat edib.