Gündəm / Şou-biznes
“İndi gündəmi sosial şəbəkələr idarə edir”
Aşıq Samirə Əliyeva sosial şəbəkələrin musiqi sahəsindəki rolunu tənqid edib.
Millixəbər.az xəbər verir ki, o, əvvəllər gündəmi televiziya və tədbirlərin müəyyənləşdirdiyini, indi isə sosial şəbəkələrin bu sahədə ön plana çıxdığını bildirib.
“Biz gənc olan dövrdə sosial şəbəkələr indiki kimi tüğyan etmirdi. Gündəmi sosial şəbəkələr idarə etmirdi. Gündəm efirlər və tədbirlər vasitəsilə formalaşırdı. Amma indi sosial şəbəkələr üçün yazılan mahnılar var. Onlara musiqi deyib, musiqini hörmətdən salmaq istəmirəm".