Gündəm / Siyasət / Sosial / Dünya

ATATÜRK MƏZARI və AZƏRBAYCAN TORPAĞI

10.11.2026 19:47 6
ATATÜRK MƏZARI və AZƏRBAYCAN TORPAĞI


Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının ildönümüdür. Dünya tarixində silinməz iz qoymuş böyük şəxsiyyət Atatürkü dərin ehtiram və hörmətlə yad edirik.

Qazi Mustafa Kamal Atatürkün əsl məzarı Anıtqəbirdəki Şərəf zalında yerləşən nəhəng simvolik mərmər sarkofaqın təxminən 7 metr altındakı xüsusi səkkizguşəli məzar otağındadır.



Millixeber.az xəbər verir ki, Millət vəkili Tahir Mirkişili bu barədə özünün Facebook səhifəsində paylaşım edib.

Səkkizgüşə- türk mifologiyasında sonsuzluq deməkdir.

Məzarın ətrafında Türkiyənin 81 vilayətindən, Şimali Kipr Türk Respublikasından, Azərbaycandan, eləcə də Atatürkün Salonikidə doğulduğu evin bağçasından gətirilmiş torpaqların yerləşdirildiyi latun vazalar səkkiz güşə formasında düzülüb…