Rövşən Əhmədov: Azərbaycanın ŞƏT-lə əməkdaşlığı ölkəmizə böyük uğur gətirəcək
Prezident İlham Əliyevin 4 iyul 2024-cü il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatında görüşdə çıxışı ölkələrimiz arasında mövcud olan etibarlı əməkdaşlıq əlaqələrinin bir daha təsdiqi oldu. Xüsusən də Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu tədbirdə fəxri qonaq qismində iştirak etməsi maraqla qarşılanıb ki, bu da səbəbsiz deyil. Çünki Qazaxıstanın hazırda Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və Azərbaycan Prezidentinin şəxsən Qazaxıstan Prezidenti Tokayevin dəvəti ilə təşkilatın sammitində iştirak etməsi həqiqətən diqqətə layiqdir və ölkə rəhbərimizə olan dostluq münasibətinin, rəğbətin, eləcə də inamın, etimadın bariz nümunəsi olaraq qəbul edilməkdədir.
Ümumiyyətlə, Azərbaycanın son illər beynəlxalq arenadan artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkəmizin ŞƏT üçün əhəmiyyətini daha da artırıb: “Azərbaycan da həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşündə ölkəmizin iştirakı bu təşkilata daxil ölkələrlə ikitərəfli münasibətlərin yüksək səviyyədə oluğunun göstəricidir.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, uğurlu və gələcəyə hesablanmış siyasəti nəticəsində özünü bütün dünyaya beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan olduğunu sübut edib. 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, həmçinin 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına üzvlüyü və uğurlu sədrliyi də bunun bariz nümunəsidir.
ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.
Azərbaycanda noyabr ayında COP29 tədbiri keçiriləcək. Bu təşkilata daxil olan dövlətlər də COP29-da iştirak edəcəklər. Onu da qeyd edək ki, bu dövlətlərin demək olar ki, hamısı, Azərbaycanın həm ərazi bütövlüyünü, 44 günlük müharibənin nəticələrini qəbul edir. Həm də, Azərbaycan Qafqazdan bu təşkilatda iştirak edən yeganə dövlətdir. Ona görə də cənab Prezidentin orada bir fəxri qonaq kimi iştirakı çox mühüm əhəmiyyətə malikdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.