Sentyabrın 19-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Şərif kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Millixəbər.az-ın məlumatına görə,Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə son dövrlərdə əldə olunmuş uğurlardan bəhs edib, ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, qarşıda duran vəzifələrdən danışıb. Rayon rəhbəri ötən ilin 19-20 sentyabr tarixində Qarabağ bölgəsində keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən danışıb, noyabr ayında keçiriləcək COP29-un ölkəmiz üçün əhəmiyyətindən söz açıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Bəşir Qıstarov İnter çayının sel sularından mühafizəsi üçün çayın məcrasının təmizlənməsinə, Diana Qarabaltayeva kəndin “2-ci körpü” adlanan ərazisində yerləşən transformatordakı dövrə kəsicinin(rubilnik) dəyişdirilməsinə, Şamil Yusubov “Qacarovlar oba” adlanan ərazidə 2 km uzunluğunda yolun təmir edilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Balakən RİH-nin başçısı Şərif kəndində sakinləri dinləyib +FOTOLAR
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.