Rövşən Əhmədov: Pakistan həmişə Azərbaycanın haqq səsinə səs vermişdir
Prezident İlham Əliyev cari ilin 11 iyul tarixində İslamabadda dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Səfər zamanı Azərbaycan Prezident cənab İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirib.
Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15-dən çox sənəd imzalanıb.Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır.
Azərbaycan və Pakistan münasibətlərini qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş iki dost, qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə - siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni sahələrdə əlaqələri gücləndirirlər. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir. Prezident İlham Əliyevin Pakistana iki günlük rəsmi səfərinin bu strateji münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla, hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcəyi sirr deyil.
Beynəlxalq əməkdaşlığın təşviqi və qlobal tərəfdaşlığın möhkəmləndirilməsində diplomatik münasibətlər əsas rol oynayır. Bu baxımdan, Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələrin qurulması sonrakı mərhələlərdə iki ölkə arasında əməkdaşlığın inkişafına şərait yaratmışdır. Azərbaycanda səfirliyini açmış ilk dövlətlərdən biri olan Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzünə hər zaman birmənalı münasibət bildirmiş, erməni işğalına etiraz əlaməti olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mənafeyini müdafiə etmişdir.
Ermənistan-Azərbaycan münaqişəsinin həllində daim Azərbaycanın mövqeyindən çıxış edən, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həllinə tərəfdar çıxan Pakistan da Türkiyə kimi Ermənistan ilə diplomatik münasibətlər qurmamış və yüksək tribunalardan işğalçı Ermənistan ordusunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb etmişdir. Qarşılıqlı münasibətlər zəminində Azərbaycan da beynəlxalq platformalarda Kəşmir problemində İslamabadın mövqeyini dəstəkləmiş, beynəlxalq hüquqa uyğun olaraq problemin sülh yolu ilə həllinin vacibliyini vurğulamışdır.
Bu gün Azərbaycanın etibarlı strateji tərəfdaşı, dost və qardaş Pakistan müasir dünya siyasətində davamlı yüksəlişə malik olan, iqtisadi imkanları və siyasi qüdrəti ilə fərqlənən aparıcı güc mərkəzlərindən biridir. Məmnunluqla qeyd etmək lazımdır ki, ortaq dəyərlərə əsaslanan və tarixi köklərə malik olan Azərbaycan-Pakistan münasibətləri nümunəvi xarakter daşıyır və yüksələn xətt üzrə inkişaf edir.
Ümumilikdə götürsək, Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcəkdir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.