
Dünya
17.06.2023, 01:12
İranda saxta içkidən 14 nəfər öldü
İranda 95 nəfər saxta spirtli içkidən zəhərlənib.
millixeber.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Əlburz vilayətinin Kərəc şəhərində baş verib.
Bildirilir ki, zəhərlənən şəxslər xəstəxanaya yerləşdirilib, onlardan 14-ü ölüb.
Saxta içkiləri satan 4 satıcı müəyyən edilib və onların tutulması istiqamətində tədbirlər həyata keçirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay