Gündəm / Dünya / İdman

Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

06.12.2025 23:21 204
Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar


Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən boks üzrə Dünya Kuboku başa çatıb.

Millixəbər.az xəbər verir ki, Azərbaycan millisi 15 ölkənin qatıldığı yarışda 4 medal qazanıb.

Məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kiloqram) Dünya Kubokunun qalibi olub. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.

Digər boksçularımızdan Yadigar Əliyev (51 kiloqram) gümüş, Əli Miriyev (60 kiloqram) və Novruzəli Quliyev (75 kiloqram) bürünc mükafat əldə edib. (AzərTac)