Şahin Seyidzadə:Azərbaycan-Slovakiya münasibətləri qarşıdakı illərdə daha da genişlənəcək


Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya rəsmi səfəri zamanı verdiyi bəyanat ikitərəfli münasibətlərin inkişaf xəritəsini geniş kontekstdə ortaya qoydu. Bu bəyanat təkcə siyasi açıqlama deyil, həm də Azərbaycanın Avropa ilə əməkdaşlıq strategiyasının əsas prinsiplərini əks etdirən analitik çərçivə hesab oluna bilər.

Prezident bəyanatında Azərbaycanın Slovakiya ilə münasibətləri “dostluq və strateji tərəfdaşlıq” kimi səciyyələndirməsi əlaqələrin mahiyyətini tam ifadə edir. 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsi iki ölkənin əlaqələrini siyasi-diplomatik müstəvidən praktiki əməkdaşlığa daşıyan mühüm sənəddir. Bu əməkdaşlıq artıq sadəcə siyasi jestlərdən ibarət deyil, iqtisadiyyat, təhlükəsizlik, sənaye, nəqliyyat, enerji və texnologiya kimi geniş spektrdə özünü göstərir. Bəyanatın ən önəmli hissələrindən biri enerji əməkdaşlığının dərinləşdirilməsi ilə bağlıdır. İlk dəfə Azərbaycan qazının Slovakiyaya nəql edilməsi həm bu ölkənin enerji təhlükəsizliyi baxımından strateji hadisədir, həm də Azərbaycanın enerji diplomatiyasının növbəti uğuru kimi qiymətləndirilir. Hazırda gündəmdə olan əsas məqamlar Azərbaycan 14 ölkəyə qaz nəql edir, Avropa İttifaqının 8 ölkəsi Azərbaycan qazı ilə enerji təhlükəsizliyini təmin edir, ümumi qaz ixracı 25 milyard kubmetrə çatır və yeni yataqlar vasitəsilə həcmlərin daha da artırılması planlaşdırılır. Bu rəqəmlər göstərir ki, Azərbaycan təkcə enerji təchizatçısı deyil, həm də Avropanın strateji enerji tərəfdaşı rolunu üzərinə götürmüş etibarlı aktordur. Slovakiya kimi sənaye inkişafında enerji resurslarına həssas olan ölkələrlə əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bəyanatında müdafiə sənayesi əməkdaşlığının hərbi yönümlü deyil, daha çox texnoloji və sənaye inkişafı xarakteri daşıdığını xüsusi vurğuladı. Bu, Azərbaycanın müharibə dövrünü arxada qoyduğunu, post-münaqişə mərhələsində təhlükəsizlikdən daha çox inkişaf prioritetlərinə fokuslandığını göstərir. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə birləşməsi yüksək texnoloji müdafiə sistemlərinin hazırlanması, birgə istehsal müəssisələrinin yaradılması, dünya bazarlarına ixrac imkanlarının genişlənməsi və sənaye modernizasiyasının sürətlənməsi kimi nəticələr doğura bilər. Azərbaycanın geosiyasi mövqeyi ölkəni Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mərkəzi aktoruna çevirib. Orta Dəhlizin ən təhlükəsiz və stabil hissəsi məhz Azərbaycan ərazisindən keçir. Prezident İlham Əliyev qeyd etdi ki, illərdir həyata keçirilən infrastruktur yatırımları ölkəni regionun əsas logistik mərkəzinə çevirib. Slovakiya ilə bu sahədə əməkdaşlıq ticarət dövriyyəsinin genişlənməsi, yükdaşımaların artırılması, Slovakiya şirkətlərinin Orta Dəhlizdə iştirakı və ikitərəfli logistik mərkəzlərin yaradılmasını iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı üçün ən perspektivli sahələrdən biridir. Azərbaycanın enerji potensialı rəqəmsal infrastrukturun genişləndirilməsi üçün unikal şərait yaradır. Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, hazırda 2 giqavat istifadə olunmayan enerji potensialı mövcuddur, növbəti beş ildə bu rəqəm 8 giqavata çatdırılacaq. Azərbaycanın soyuq bölgələrində iqlimin data mərkəzləri üçün əlverişli olması Slovakiya ilə bu sahədə əməkdaşlığı daha da cəlbedici edir. Prezident İlham Əliyev bəyanatında Slovakiyanın müstəqil xarici siyasət yürütməsini xüsusi qiymətləndirərək bunun bəzən çətinliklər yaratsa da, ölkəyə hörmət qazandırdığını dedi. Azərbaycanın bu mövqeni yüksək qiymətləndirməsi dövlətlər arasında qarşılıqlı etimadın dərin olduğunu göstərir. Azərbaycan inkişaf edən infrastrukturu, artan iqtisadi gücü və sülhə yönəlmiş xarici siyasəti ilə regional lider kimi qəbul edilir. Prezident İlham Əliyevin bəyanatında səsləndirilən əsas mesaj ondan ibarətdir ki, Azərbaycan post-müharibə dövründə regionda uzunmüddətli sülh və əməkdaşlıq mühiti formalaşdırmaq niyyətindədir. Slovakiyanın da bu proseslərdə iştirak etməsi münasibətlərin yalnız ikitərəfli deyil, həm də regional sabitliyə töhfə verən formatda inkişaf etdiyini göstərir. Nəticədə, Prezident İlham Əliyevin Bratislavadakı bəyanatı Azərbaycan-Slovakiya münasibətlərinin gələcək inkişaf istiqamətlərini strateji şəkildə müəyyənləşdirən siyasi çərçivədir. Enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, müdafiə sənayesi, sənaye və texnologiya sahələri iki ölkə arasında geniş əməkdaşlıq imkanlarını ehtiva edir. Bu səfər və səsləndirilən mesajlar göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri qarşıdakı illərdə daha da genişlənəcək, tərəflər yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda strateji ittifaqı dərinləşdirəcəklər.

Son xəbərlər

Tahir Mirkişili: Demoqrafik böhran artıq iqtisadi təhlükəsizlik məsələsinə çevrilib

Tahir Mirkişili deputat həmkarları ilə şəhidlərin xatirəsini ehtiramla yad edib

IV Şuşa Qlobal Media Forumu: Azərbaycanın qlobal gündəlikdə artan rolu

Güclü dövlət təkcə öz sərhədlərini deyil, həm də regionun gələcəyini formalaşdırır

IV Şuşa Qlobal Media Forumu: Sülh, həqiqət və məsuliyyətli medianın mesajları

Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla növbəti görüşünü keçirib

Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib

"Zəfər tarixi yazmış şanlı Milli Ordumuz” adlı tədbir keçirildi

26 İyun – Silahlı Qüvvələr Günü: Müzəffər Ordumuz Azərbaycanın gücünün və milli birliyinin rəmzidir

Sumqayıtda Peşə Təhsil Mərkəzlərinin məzunları ilə Tahir Mirkişilinin görüş keçirilib

Sabirabadda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu”mövzusunda tədbir keçirilib

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

"Müasir İnternet Resurslarının İnkişafı” İB-i yeni layihənin icrasına başlayıb

Milli Qurtuluş Günü: Müasir Azərbaycan dövlətçiliyinin və böyük zəfərin başlanğıc nöqtəsi

Müstəqilliyimizin və inkişafımızın sarsılmaz təməli: 15 İyun – Milli Qurtuluş Günü!

Milli Qurtuluş Günü: Müasir Azərbaycanın tarixi, siyasi və iqtisadi intibahının başlanğıc nöqtəsidir

İlqar Ağabəyov: Milli Qurtuluş Günü: Dövlətçilik tariximizin şanlı səhifəsidir

Ağalı kəndində “Milli Qurtuluşdan Böyük Qayıdışa” mövzusunda tədbir keçirilib

Tahir Mirkişili:"Əsas məsələ artımın sürəti deyil, onun mənbəyi və keyfiyyətidir"

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

Millət vəkili Tahir Mirkişili Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ və İran bir-birinə qarşılıqlı zərbələr endirdilər

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Azərbaycanda ən çox və ən az olan heyvanlar

"Soyqırımı və deportasiya qurbanlarına dəstək” layihəsinin icrası ilə bağlı görüş keçirilib

Tahir Mirkişili: Azərbaycanın “Enerji Keçidi” Siyasəti: Paralel İnkişaf Modeli

Gənclər Təşkilatlarının Resurs Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi

Pedaqoji Universitetdə veteranlar təşkilatının nümayəndələri ilə görüş keçirilib

Kremldə Putini bu addımdan çəkindirməyə çalışıblar

Sabah ölkə ərazisində intensiv yağış yağacaq

Paşinyan: Ermənistan və Aİ iki il ərzində vizasız rejim tətbiq edəcək

Almanlar Azərbaycan atlarına heyran qaldı - FOTOLAR

Masallıda birgə təşkil olunan konfrans keçirilib

Bütün xəbərlər