Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi.

Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin təkcə diplomatik çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda real iqtisadi, energetika və investisiya imkanları üzərində qurulduğunu açıq şəkildə göstərdi. Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandr Vuçiç haqqında səsləndirdiyi yüksək qiymətləndirmələr qarşılıqlı etimadın və səmimi dostluğun bariz nümunəsi kimi diqqət çəkir. Hər iki liderin dövlət maraqlarını hər şeydən üstün tutması bu münasibətlərin əsas dayaq nöqtəsi kimi çıxış edir.

Prezidentin vurğuladığı kimi, Serbiya təbii sərvətləri olmayan ölkə olmasına baxmayaraq, müstəqil iqtisadi siyasət yürüdərək öz gücünə arxalanan və heç bir kənar yardımdan asılı olmayan inkişaf modelini formalaşdırıb. Bu isə həm Avropa məkanında, həm də beynəlxalq miqyasda Serbiyanın nüfuzunun artmasına səbəb olub. Azərbaycan tərəfinin bu uğurları yüksək qiymətləndirməsi iki ölkə arasında həm siyasi, həm də mənəvi yaxınlığın göstəricisidir.

Səfər çərçivəsində keçirilən Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclası isə münasibətlərin gələcək perspektivlərini daha da aydınlaşdırdı. Müzakirələr zamanı siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə sərmayə layihələrinin həyata keçirilməsi kimi mühüm məsələlər gündəmə gətirildi.

Prezident İlham Əliyevin Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etməsi bu əməkdaşlığın konkret nəticələrə yönəldiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi həm Serbiyanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də regionda enerji balansının qorunmasına xidmət edəcək. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və yaxın dövrdə bu həcmlərin artırılması planlaşdırılır. Bu qazın elektrik enerjisinə çevrilməsi isə Serbiya üçün yeni iqtisadi üstünlüklər yaradacaq.

Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etməyi planlaşdırması və bunun böyük hissəsinin ixraca yönəldilməsi ölkəmizin Avropa enerji bazarında strateji rolunu daha da gücləndirir. Bu baxımdan Serbiya ilə əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional əhəmiyyət daşıyan bir model kimi qiymətləndirilə bilər.

Səfərin yekununda səsləndirilən “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” çağırışı isə sadəcə diplomatik jest deyil, iki xalq arasında dərin tarixi, siyasi və insani bağların rəmzidir. Bu münasibətlər göstərir ki, dövlətlər arasında qurulan səmimi tərəfdaşlıq xalqların rifahına, regionun sabitliyinə və gələcək nəsillərin daha təhlükəsiz dünyada yaşamasına xidmət edir.

Sevil Əliyeva
Güzdək qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər