"Dünyada ən həssas məqamlarda nəzərlər Azərbaycana dikilir”


"Azərbaycanın beynəlxalq platformalarda fəallıq göstərməsi, qlobal həmrəyliyin möhkəmlənməsinə davamlı töhfələr verməsi beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Bu gün ölkəmiz beynəlxalq miqyasda etibarlı tərəfdaş, müxtəlif mədəniyyətləri “Bakı prosesi” və digər təşəbbüslər çərçivəsində bir araya gətirən dialoq məkanı kimi tanınır. Respublikamıza və onun liderinə dünyada artan rəğbət bunun əyani təsdiqidir. Ölkəmizin Sülh Şurasına qoşulması da bunun növbəti ifadəsidir”.

Millixəbər.az Teleqraf-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Sülh Şurası çərçivəsində respublikamıza böyük önəm verilməsi Azərbaycanın beynəlxalq müstəvidə fəal siyasət yürütməsi, ölkənin inkişaf modeli, strateji sabitliyi və çoxtərəfli diplomatiyaya verdiyi töhfələrlə birbaşa bağlıdır. Beynəlxalq problemlərin qarşısının alınmasında və idarə olunmasında oynadığı rol, konstruktiv yanaşması, dialoq və nəticəyönümlü diplomatiya həyata keçirməsi ölkəmizin beynəlxalq səviyyədə yüksək nüfuz qazanmasını şərtləndirən amillərdir. Sülh Şurasında Azərbaycanın iştirakı ölkəmizin mövbəti uğurudur. Bu o anlama gəlir ki, dünyada ən həssas məqamlarda nəzərlər Azərbaycana dikilir və ölkəmiz də ona bəslənilən ümidləri hər zaman yüksək səviyyədə doğruldur. Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirak etmək üçün dəvət edilməsi də bütün bunları təsdiqləyir. Bu, Prezident İlham Əliyevin dünyada böyük nüfuzu və hörmətinin təzahürüdür. Bunu tədbir zamanı Prezident Trampın bir neçə dəfə Azərbaycanın dövlət başçısına xitab etməsi bir daha sübut etdi. Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın tədbir çərçivəsində görüşməsi və əlsıxmanın Prezident Tramp tərəfindən qeyd edilməsi qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın və dövlət başçımızın rolunun göstəricisidir. Bu, həm də onun nümayişidir ki, Sülh Şurasının fəlsəfəsi qarşıdurmanı inkar edir, ölkələri barışığa çağırır.

Millət vəkilinin sözləinə görə, Qarabağ münaqişəsi başa çatdıqdan sonra qalib Azərbaycan yaratdığı yeni reallıqları regionda sülhə nail olmaq üçün real zəmin kimi dəyərləndirdi və bu istiqamətdə məqsədyönlü fəaliyyətlərə başladı. Məhz Prezident İlham Əliyevin siyasi qətiyyəti və fəal diplomatiyası sayəsində sülhyaratma prosesində böyük yol keçilib. Bu yolda ötən il avustun 8-də Vaşinqtonda, Ağ Evdə Azərbaycan, Ermənistan liderlərinin iştirakı və Donald Trampın şahidliyi ilə mühüm razılaşmaların əldə olunması, yekun sülh sazişinin xarici işlər nazirləri tərəfindən paraflanması böyük nailiyyətdir. Vaşinqton görüşündən sonra regionda real olaraq sülh mövcuddur, atəş səsləri eşidilmir, insanlar həyatlarıni itirmirlər. Eyni zamanda, Azərbaycan sülhə töhfə vermək naminə öz ərazisindən Ermənistana tranzit keçidlərini təmin edir. Eləcə də ölkəmiz Ermənistana neft məhsulları satır. Bundan başqa, son aylarda etimad quruculuğu prosesi çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələri İrəvanda və Bakıda bir neçə dəfə görüşüblər. Prezident İlham Əliyevin bildirdiyi kimi, Ermənistan konstitusiyasına müvafiq dəyişiklik edildikdən sonra yekun sülh sazişinin imzalanmasında hər hansı bir maneə qalmayacaq.

“Bütövlükdə, Azərbaycanın məqsədyönlü siyasəti yalnız Cənubi Qafqaz coğrafiyasında deyil, bütün dünyada sülhün bərqərar edilməsinə yönəlib. Ölkəmiz öz təcrübəsindən çıxış edərək Qəzzada həyata keçirilən humanitar missiyalarda və investisiya layihələrində investor kimi aktiv rol oynaya bilər. Ölkəmiz Qarabağ münaqişəsindən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində əldə etdiyi təcrübəni beynəlxalq platformalarda bölüşmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr nümunə kimi nəzərdən keçirilə bilər”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər