Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir


b]İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Laçın isə Böyük Qayıdışın və bu istiqamətdə aparılan quruculuq siyasətinin ən parlaq nümunələrindən biridir.[/b]

Millixeber.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O bildirib ki, dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə Laçında yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların, enerji və istehsal müəssisələrinin yaradılması istiqamətində mühüm layihələr icra olunur. Artıq Laçın şəhərinin siması əsaslı şəkildə dəyişib, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı üçün müasir və rahat yaşayış şəraiti yaradılıb.

Soltan Məmmədov qeyd edib ki, “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir: “Bu gün Laçında həyata keçirilən quruculuq işləri yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Burada bütöv bir şəhər infrastrukturu formalaşdırılır. Müasir yollar, sosial obyektlər, istirahət və turizm məkanları, enerji və istehsal müəssisələri yaradılır. Bütün bunlar Laçının gələcəkdə regionun mühüm iqtisadi və turizm mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır”.

Deputat Laçında bərpaolunan enerji layihələrinin həyata keçirilməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Laçında su elektrik stansiyaları yaradılır və artıq bir sıra layihələr istifadəyə verilib. Həmçinin Laçın Beynəlxalq Hava Limanı rayonun nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun ölkənin digər bölgələri və beynəlxalq nəqliyyat şəbəkəsi ilə əlaqələrinin gücləndirilməsinə xidmət edir. Laçının turizm potensialının inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılır. Zerti kəndində istifadəyə verilən “Laçın” İstirahət Kompleksi bölgənin turizm imkanlarının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bununla yanaşı, “Laçın Aqro-Sənaye Parkı”nın yaradılması rayonun iqtisadi potensialının gücləndirilməsi və yerli istehsalın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Laçın Azərbaycanın Böyük Qayıdış siyasətinin ən parlaq nümunələrindən biridir. Burada salınan yaşayış məhəllələri, məktəblər, yollar, enerji, turizm və istehsal infrastrukturu şəhərin gələcək inkişafının möhkəm əsasını yaradır. Ən başlıcası isə bütün bu quruculuq işləri illərlə doğma yurdlarından ayrı düşmüş insanların Laçına qayıdışını təmin edir”.

Son xəbərlər

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

Bütün xəbərlər