Sosial siyasətdə insan amilinin prioritetetliyi


Tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən qərarı Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl sosial siyasətin mühüm davamıdır. Xüsusilə vacib məqamdır ki, bu təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülüb və Prezident İlham Əliyevin dəstəyi ilə genişmiqyaslı islahat formatında həyata keçirilir.

Söhbət yalnız maaşların artırılmasından getmir. 72 mindən artıq tibb işçisini əhatə edən və əməkhaqqı fondunun illik 189 milyon manat artırılmasını nəzərdə tutan qərar səhiyyə sistemində çalışan insanların əməyinə verilən yüksək qiymətin ifadəsidir. Eyni zamanda, burada sosial ədalət və səmərəlilik prinsiplərinin uzlaşdırıldığını görürük.

Yeni modelin ən mühüm xüsusiyyətlərindən biri əməkhaqlarının ixtisas, iş yükü, fəaliyyət nəticələri və regionlarda kadr çatışmazlığı nəzərə alınmaqla diferensial şəkildə artırılmasıdır. Ailə və sahə həkimlərinin, təcili tibbi yardım əməkdaşlarının, anestezioloq-reanimatoloqların və digər mühüm ixtisas sahiblərinin əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması bunun konkret göstəricisidir. Bəzi ixtisaslar üzrə artımın 100 faizdən çox olması dövlətin problemli sahələrə hədəflənmiş yanaşmasını nümayiş etdirir.

Xüsusilə regionlarda çalışan həkimlər üçün əlavə maliyyə stimullarının yaradılması çox vacibdir. Bu gün əsas məsələlərdən biri həkimlərin ölkə üzrə qeyri-bərabər yerləşməsidir. Regional əmsalların və əlavə ödəniş mexanizmlərinin tətbiqi ixtisaslı tibbi kadrların bölgələrdə işləməsini daha cəlbedici edəcək. Bu isə nəticə etibarilə regionlarda yaşayan vətəndaşların keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişlənməsi deməkdir.

Mehriban xanım Əliyevanın sosial məsələlərə, xüsusilə səhiyyə və insan sağlamlığına daim xüsusi həssaslıq göstərməsi Azərbaycan cəmiyyətinə yaxşı məlumdur. Bu təşəbbüs də həmin yanaşmanın davamıdır. Dövlət yalnız yeni xəstəxanalar tikmir və tibbi infrastrukturu yeniləmir, eyni zamanda bu sistemin əsas dayağı olan insanlara – həkimlərə, tibb bacılarına və digər tibb işçilərinə investisiya qoyur.

Hesab edirəm ki, bu qərara sadəcə növbəti əməkhaqqı artımı kimi baxmaq düzgün olmaz. Bu, eyni zamanda səhiyyədə insan kapitalının gücləndirilməsinə, peşəkarlığın təşviqinə və regionlarda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş ciddi struktur addımdır.

Nəticədə qazanan yalnız tibb işçisi deyil. Əsas qazanan Azərbaycan vətəndaşı və bütövlükdə ölkənin səhiyyə sistemi olacaq.

Tahir Mirkişili

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər