Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi


Qərbi Azərbaycana Qayıdış nəğməsi

Çuxursəəd mülkünün qədim daşında,
Əmir Səəd hökmü vardı başında,
İrəvan xanlığı illər yaşında,
Tarixin silinməz izidir bu yer.

Cahanşah hökmü ilə köçdü kilsələr,
Üçkilsə torpağı nələr hiss edər?
Dədə Qorqud səsi dağları bəzər,
Oğuz yadigarı, özüdür bu yer.

Mirmehdi xanın qurduğu o yurd,
Neçə fatehlərə meydan oldu mərd.
Hüseynqulu xanın dövründə mərd yurd,
Arazın sahilində uca bir yurdun özüdür.

Türkmənçay möhürü ilə sınan qürur,
Çar Rusiyası gəlib burda qurur məskən
Erməni vilayəti, sonradan törədir qırğın,
Zülmün qaranlıq gecəsidir bu yer.

I Nikolayın fərmanı ilə dəyişdi ad,
Aleksandropol oldu Gümrüdə fəryad.
Alban kilsəsi susdu, qalmadı fəryad,
Haqsızlıq tərəzisidir bu yer.

Dörd kəskin mərhələ, dörd qanlı zaman,
Yüzlərlə kənd dağıldı, ağladı aman.
1905-in qışında töküldü qan,
İlk qaçqın dalğasının səsidir bu yer.

1918-in zülmü, daşnak dəstəsi,
Kəsildi el-obanın igid sədası.
Z. Korkodyan yazdı bu qara yası,
Yüz minlərlə şəhidin yasdır bu yer.

Stalin qərarı, sürgün karvanı,
Kür-Araz düzünə axıtdı qanı.
1948-in yandı o sıcaqlığı,
Ayrılıq dərdi, qəm çeşməsidir bu yer.

1987-də qovuldu soydaş,
Monoetnik oldu o torpaq, o daş.
Gözündə yaş axdı hər qoca, hər gənc,
Fəryadın, həsrətin qəfəsidir bu yer.

Aşıq Ələsgərin ocağı, ocaq,
Göyçənin dağları açdı qucaq.
Aşıq Alı səsi göylərə ucalar,
Sazın, sözün tək məbədidir bu yer.

Vedibasar, Zəngibasar – ellər yurdu,
Dərələyəz, Dərəçiçək səddi qurdu.
Meğri, Sisyan, Qafan – igidlər yurdu,
Ulu babaların yadigarıdır bu yer.

Heydər babanın sözü – haqq yolu, nəsihəti,
İrəvan, Gorus, Gümrü – müqəddəs elin.
Heç kəs unutmasın bu uca amalı,
Odlar yurdunun əbədi bünövrəsidir bu yer.

Mustafa bəy Topçubaşov elmə nur saçdı,
Səid Rüstəmov musiqi ilə qanad açdı.
Tofiq Kazımov səhnədə üfüqlər açdı,
Ziyalı zəkanın zirvəsidir bu yer.

Emin Sabitoğlu bəstələdi nəğmə,
Avtandil İsrafilov qovuşdu simə.
Hidayət Orucov yazdı ürəklə.
İncəsənət xəzinəsidir bu yer.

Allahverdi Bağırov igidlik saldı,
Xəyyam Mirzəzadə musiqidə qaldı.
Nazim Mustafa tarixi haqqa bağladı,
Həqiqət sənədlər siyahısıdır bu yer.

Cəbi Bəhramov yazdı həqiqəti hər an,
Hikmət Məmmədov oldu bu ellərə can, dayaq.
Aslan Bayramov, Fərrux Rüstəmov,
Tarixi yaddaşın məbədidir bu ocaq.

İbrahim Bayramov saxladı kökü,
Hər kəsə unutdurdu bu acı yükü.
Əziz Ələkbərov başçıdır indi,
Qayıdış müjdəsi yandıran səsdir.

Bala Göyçə sahilində baxır gözlər,
Binoklsuz da görünür o mavi üzlər.
Hələ də qulaqdan getməyən sözlər,
Vüsalın oynağan nəğməsidir bu yer.

Şah İsmayıl qoydu Rəvanın adını,
El bilir bu yerin dadını, duzunu.
Fazil İrəvani yazdı kitabını,
Elmin və irfanın məskənidir bu yer.

Qafar Çaxmaqlı da qaldırdı səsi,
Unutmaq olarmı ata nəfəsi?
Qərbi Azərbaycan – eşqin bəstəsi,
Haqqın tələb olunduğu yurddur bu yer.

2020-də gəldi o şanlı Zəfər,
Ali Baş Komandan açdı səhər-səhər.
"Qalx ayağa, Azərbaycan!" – dedi rəhbər,
Tarixi şücaət meydanıdır bu yer.

44 gün içində yazıldı dastan,
Düşmən darmadağın oldu o an.
Mehriban xanımın duası ilə can,
Torpağa dönən hər bir nəfəsdir bu yer.

Qarabağın 29 illik yarası,
Silindi ürəkdən o qara rəngi.
İlham Əliyevdir bu zəfər çələngi,
Şərəfin, şöhrətin zirvəsidir bu yer.

Qazaxın dörd kəndi qansız alındı,
Qardaş Türkiyə də dayağımız oldu.
Rəcəb Tayyib Ərdoğan qürurla durdu,
Birlik və bərabərlik simvoludur bu yer.

Cıdır düzündən gələn azadlıq səsi,
Bütün türk dünyasının gözəl nəfəsi.
Səməd Vurğun demiş: "Donmuş ürəyi"
Yenidən döyündürən qüdrətdir bu yer.

Prezident İlham Əliyev dedi açıq:
"Qayıdış ideyası – bizim haqqımız!"
Milli təhlükəsizlik, həm borcumuz,
Mənəvi qələbə məkanımızdır bu yer.

Qərbi Azərbaycan İcması quruldu,
Ziyalılar bir yerə yığılıb durdu.
Hər kəs öz daşına, ocağı qurdu.
Sabahın işıqlı sabahıdır bu yer.

Şərqimiz qovuşub artıq özünə,
Qərbimiz də qayıdacaq öz yerinə.
İnanırıq ulu torpağın sözünə,
Ədalətin bərqərar olacağı gündür bu yer.

Müqəddəs arzumuz gerçək olacaq,
Göyçənin dağları ətrə dolacaq.
Azərbaycan bayrağı uca qalxacaq,
Ata yurdumuzun qoynudur bu yer.

Dilqəm Qulisoy


Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər