Mingəçevir şəhərində 1999-cu il təvəllüdlü Vəliyeva Aygün Elşan qızını qətlə yetirən ərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Qətli törədən 34 yaşlı Əliyev Elçin Rafael oğludur.
millixeber.az "Müsavat"a istinadən xəbər verir ki, Elçinlə Aygün 2017-ci ildə ailə həyatı qurublar. Onların iki övladı olub. Ailə münasibətləri yaxşı olmadığı üçün Aygün bir neçə dəfə ailəsinin yanına qayıdıb. Sonra qohumların müdaxiləsi, istəyi ilə Aygün yenidən evə qayıdıb.
Ər-arvad münasibətlərinin korlanmasına, qətlin baş verməsinə səbəb Aygünün instaqram hesabında falçı ilə yazışması olub. Həmin səhifə “baxici.nur_” adlı ilə instaqramda qeydiyyatdan keçib.
Belə ki, Aygün Elçinin ona qarşı davranışlarından bezərək boşanmağı qərarlaşdırıb. Buna görə instaqramda falçıya yazaraq ondan gələcək həyatı ilə bağlı məlumat öyrənmək istəyib. Aygün hətta boşanacağı halda birlikdə yaşamaq istədiyi şəxslə bağlı da falçıdan məlumat öyrənib. Bu yazışmaları Elçin görüb və bundan sonra qətl hadisəsi baş verib.
Elçin ov bıçağı alaraq Aygünün atasının evinə gedib. Həmin vaxt evdə Aygünün anası da olub. Elçin əlində bıçaqla evə daxil olan zaman Aygünün anası qonşuları çağırmağa gedib. Qonşular gələnə qədər Elçin başqasının mənzil toxunulmazlığını pozaraq zorla evə daxil olub və çoxsaylı bıçaq zərbələri ilə Aygünü qətlə yetirib.
Elçin özünü qismən təqsirli bilib və deyib ki, Aygünü öldürməsinin səbəbi qısqanclıq olub. O, Aygünün yazışmalarını gördüyünü, bunu ailəsinin və özünün adına ləkə kimi qəbul etdiyini deyib.
Məlum olub ki, Elçin hadisədən əvvəl Aygünün tanış olduğu şəxslə də əlaqə saxlayıb. Onunla görüşmək istəsə də sonradan fikrindən daşınıb. Buna səbəb isə Aygünün həmin şəxslə könüllü danışması olub.
“Aygünün telefonuna sosial şəbəkə proqramları yüklədiyini gördüm. Birlikdə yaşadığımız müddətdə Aygünə sosial şəbəkələrdən istifadə etməyə icazə vermirdim. Həmin sosial şəbəkə hesablarına baxanda Aygünün falçı ilə yazışdığını, falçıya boşanmaq istədiyini yazdığını gördüm. Falçıdan başqa bir şəxslə münasibətinin gələcəkdə necə nəticələnəcəyini soruşurdu. Mesajları görəndən sonra pis vəziyyətə düşdüm. Təcili tibbi yardım gəlib mənə iynə vurdu. Həmin vaxt valideynlərim onu Aygünə yaxın getməyə qoymadılar. Səhər atamgil həmin mesajları Aygünün valideynlərinə göstərdilər. Aygünün valideynləri bu məsələnin şər və böhtan olduğunu dedilər. Bıçağı Aygünü qorxutmaq üçün götürmüşdüm. Amma evə girəndə Aygünün dediyi sözlər, etdiyi hərəkətlər yadıma düşdü. Özümü saxlaya bilmədim”- deyə Elçin ifadəsinə əlavə edib.
Elçin qeyd edib ki, özünü xüsusi amansızlıqla qəsdən adam öldürməkdə günahkar bilmir. Onun sözlərinə görə, Aygünü öldürən zaman anası hadisəni görməyib.
Məhkəmə araşdırması zamanı Aygünün anası da ifadə verib. Deyib ki, qızı ailə həyatı qurduqdan sonra Elçin tərəfindən dəfələrlə səbəbsiz yerə döyülüb, işgəncələrə məruz qalıb. Ana qızının ata evinə gəldiyini, bundan sonra Elçinin atasının, qohumlarının xahişi ilə geri qayıtdığını deyib. Hadisədən bir neçə gün əvvəl də Aygün atasının evində olub. Elçinin atası Aygüngilin evinə gedərək oğlunun peşman olduğunu deyib və gəlinin geri qayıtmasını istəyib.
Aygünün anası deyib ki, Elçinin əlində bıçaq görəndə qonşuları köməyə çağırmağa gedib. Qayıdanda isə artıq Elçin Aygünü bıçaqlayıbmış.
Elçinin əlindən bıçağı qonşuların aldığı deyilsə də birinci bununla razılaşmayıb. Elçin deyib ki, bıçağın əlindən düşməsinə səbəb sümüyə dəyməsi olub.
Mərhum Aygünün instaqramda falçı ilə yazışmalarından onun Elçinlə münasibətlərinin necə olması üzə çıxıb.
Aygün falçıya yazdığı mesajlarda illərdir döyüldüyünü, işgəncələrə məruz qaldığını, əsəbdən xəstəlik tapdığını deyib. Aygün falçıya yazdığı mesajlarda uşaqlarının zorla əlindən alındığını da bildirib.
“Mən uşaqlarımı gözümdən bir saniyə kənara qoyan adam deyiləm. Çox israr etdilər atasının yanına göndərdim. İndi uşaqları qaytarmırlar. Deyirlər ki, uşaqları görmək istəyirəmsə, geri qayıtmalıyam”- deyə Aygün falçıya yazdığı mesajda qeyd edib.
Məhkəmə araşdırması zamanı Aygünün anası hazırda uşaqların Elçinin valideynlərində qalmasına etiraz etdiyini deyib. Bildirib ki, nəvələrinin qatilin ailəsi ilə birlikdə yaşaması doğru deyil.
Elçin törətdiyi əməllərə görə cəzalandırılıb. Hökmə əsasən Elçin 17 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 157.1 (mənzil toxunulmazlığı) və 228.4-cü (qanunsuz olaraq silah saxla) maddələri ilə ittiham irəli sürülmüşdü.

Son xəbərlər

Ortaq dəyərlər, birgə hədəflər

Azərbaycan-Türkiyə müttəfiqliyi: regional sülh və sabitliyin qarantı

Dörd gün niyə susuz qalacağıq? -SƏBƏB AÇIQLANDI

"Nazirliyə bunu demədiyim üçün peşmanam" - Niyaməddin Musayev

Trampdan İrana son şans təklifi

Milli Qurtuluşda Ulu Öndər Heydər Əliyevin tarixi xilasgarlıq missiyası

15 İyun — Azərbaycanın taleyini dəyişən gün

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin Nicat Tarixi

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYDIŞI İLƏ MÜSTƏQİLLİYİMİZ XİLAS EDİLDİ

İlqar Ağabəyov: 15 iyunda Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib

15 iyun xalqımızın zülmətdən qurtulduğu gündür!

İrandan İsrailə ən azı 100 raket atılıb, onların əksəriyyəti vurulub

"Real Madrid" "yeni Messi" üçün 63 milyon avro ödədi

Münasibətlərimiz dünyaya nümunədir

Milli Qurtuluşdan şanlı Zəfərə: Heydər Əliyev yolu Azərbaycana möhtəşəm qələbələr qazandırır

Ərdoğan İsrailin İrana hücumunu pislədi

Qanunsuz tikinti aparan tanınmış iş adamına hökm oxundu

Tibb Universitetinin ikinci kurs tələbəsi vəfat etdi

Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib

Sosial ṣəbəkələrdə dələduzluq edən ṣəxs saxlanıldı

Yevlaxda yol qəzası YARALILAR VAR

7 ay əvvəl dənizdə boğulduğu ehtimal edilən skripkaçı SAĞ TAPILDI

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib

Baş həkim olmaq üçün 280 min manat verdi. DƏLƏDUZLARA RAST GƏLDİ

Rusiya ordusu Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

Yeni hərbi prokuror kollektivə təqdim olundu

Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri SAXLANILDI

ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz

Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar

Hindistan və Pakistan arasında yeni gərginlik: 24 saat vaxt verildi

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzil VERİLƏCƏK

ANAMA-nın rəhbər şəxsi işdən azad edildi

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açıldı

Bütün xəbərlər