
Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar
Azərbaycan sərhədini pozmağa cəhd göstərən iki nəfər saxlanılıb.
millixeber.az xəbər verir ki, Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı - 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı - 1990-cı il təvəllüdlü Tuijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay