Azərbaycan Ukraynaya yeni səfir təyin edir. Bu barədə Bakupost.az saytı Xarici İşlər Nazirliyindəki etibarlı mənbədən məlumat əldə edib. Bildirilib ki, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin yeni rəhbəri artıq təsdiqlənib. Lakin Prezident sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu, aqreman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirir. Peşəkar diplomat olmayan E.Axundovanın səfirlik fəaliyyəti ilə bağlı mediada bir çox tənqidi materiallar gedib.

Ayxan Hacızadə iranlı həmkarına CAVAB VERDİ » REZONANS İNFORMASİYA PORTALI

Yayılan xəbəri dəqiqləşdirmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə ilə əlaqə saxladıq. Ayxan Hacızadə “Yeni Müsavat”a bildirdi ki, bu barədə onlarda hər hansı məlumat yoxdur: “Səfirin geri çağırılması və yeni səfirin təyinatı cənab Prezidentin səlahiyyətindədir. Ukraynadakı səfirlə bağlı sərəncam olarsa, o zaman bu barədə rəsmi məlumat veriləcək”.

Bəllidir ki, Ukrayna iki ildir Rusiya ilə müharibə vəziyyətindədir. Belə bir dövlətdə Azərbaycanın səfiri əlavə hansı keyfiyyətlərə malik olmalıdır? Elmira Axundovanın səfirlik fəaliyyətini necə qiymətləndirmək olar?

Elxan Şahinoğlu: "Ermənistanda maraqlı siyasi oyun gedir" | Kaspi.az

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır, Ukrayna ağır müharibə içərisindədir, işğala son qoymağa çalışır: “Ona görə də Azərbaycanın belə bir ölkədə çox təcrübəli, peşəkar bir diplomatının səfir olmasına ciddi ehtiyac var. Elmira Axundova Ukrayna kimi vacib ölkədə səfir yükünü daşıya bilmədi. O, səfir təyin olunandan az sonra müharibə başladı və səfir Elmira Axundova orada azərbaycnalıların problemləri ilə məşğul olmaq əvəzinə, Ukraynanı tərk etdi və geri qayıtmadı. Faktiki olaraq uzun müddətdir Azərbaycanın Ukraynadakı səfirliyi başsız qalıb və bu vəziyyət səfirliyin fəaliyyətinə təsir edir. Halbuki Azərbaycanla Ukraynanın əlaqələrinin inkişafına ehtiyac var. Azərbaycan müharibə başlanandan indiyə qədər Ukraynaya humanitar yardımlar göndərib, əlaqələrini davam etdirib. Ancaq bütün bu və digər vacib işlərin koordinasiyasına ciddi ehtiyac var. Ona görə hesab edirəm ki, Ukraynaya daha təcrübəli peşəkar bir diplomat səfir təyin olunmasına zərurət yaranıb. Mütləq deyil ki, diplomat səfir təyin olunsun. Bu, peşəkar siyasətçi də ola bilər. Siyasi proseslərdən baş çıxaran, Ukrayna siyasiləri ilə diplomatları ilə sıx əlaqə qura bilən kommunikasiya imkanları geniş olan şəxsin səfir olması Azərbaycan-Ukrayna əlaqələrinin gələcəyi üçün vacibdir.

Elmira Axundova yazıçıdır, o, səfir təyin olunanda məndə ciddi suallar doğurmuşdu. Bu sualların haqlı olduğu onun fəaliyyətə başladığı ilk vaxtlardan təsdiqləndi. Mənim Ukraynalı diplomatlarla söhbətlərim olurdu, onlar da Elmira Axundovanın səfir təyin olunmasına təəccüblənmişdilər və fəaliyyətindən də narazı idilər. Onlar xanım səfirin açıqlamalarını izləyirdilər və səfirin Rusiyanın mövqeyi ilə bağlı çıxışları onlarda suallar yaradırdı. Deyirdilər ki, Elmira Axundova bəzən Azərbaycanın yox, Rusiyanın səfiri kimi danışır".

Son xəbərlər

Ortaq dəyərlər, birgə hədəflər

Azərbaycan-Türkiyə müttəfiqliyi: regional sülh və sabitliyin qarantı

Dörd gün niyə susuz qalacağıq? -SƏBƏB AÇIQLANDI

"Nazirliyə bunu demədiyim üçün peşmanam" - Niyaməddin Musayev

Trampdan İrana son şans təklifi

Milli Qurtuluşda Ulu Öndər Heydər Əliyevin tarixi xilasgarlıq missiyası

15 İyun — Azərbaycanın taleyini dəyişən gün

15 İyun - Milli Qurtuluş Günü: Dövlətçiliyimizin Nicat Tarixi

HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYDIŞI İLƏ MÜSTƏQİLLİYİMİZ XİLAS EDİLDİ

İlqar Ağabəyov: 15 iyunda Ulu Öndər Heydər Əliyev dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib

15 iyun xalqımızın zülmətdən qurtulduğu gündür!

İrandan İsrailə ən azı 100 raket atılıb, onların əksəriyyəti vurulub

"Real Madrid" "yeni Messi" üçün 63 milyon avro ödədi

Münasibətlərimiz dünyaya nümunədir

Milli Qurtuluşdan şanlı Zəfərə: Heydər Əliyev yolu Azərbaycana möhtəşəm qələbələr qazandırır

Ərdoğan İsrailin İrana hücumunu pislədi

Qanunsuz tikinti aparan tanınmış iş adamına hökm oxundu

Tibb Universitetinin ikinci kurs tələbəsi vəfat etdi

Zərdabda Birinci Qarabağ müharibəsinin şəhidi Abuzər Abbasov dəfn edilib

Sosial ṣəbəkələrdə dələduzluq edən ṣəxs saxlanıldı

Yevlaxda yol qəzası YARALILAR VAR

7 ay əvvəl dənizdə boğulduğu ehtimal edilən skripkaçı SAĞ TAPILDI

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib

Baş həkim olmaq üçün 280 min manat verdi. DƏLƏDUZLARA RAST GƏLDİ

Rusiya ordusu Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib

Yeni hərbi prokuror kollektivə təqdim olundu

Tanınmış bloqerlərin reklam etdikləri şirkətin rəhbəri SAXLANILDI

ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz

Avropaya getmək üçün Azərbaycan sərhədini pozmağa cəhd edən əcnəbilər saxlanılıblar

Hindistan və Pakistan arasında yeni gərginlik: 24 saat vaxt verildi

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzil VERİLƏCƏK

ANAMA-nın rəhbər şəxsi işdən azad edildi

Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açıldı

Bütün xəbərlər