
Siyasət
2.03.2023, 13:10
Özbəkistan prezidenti Heydər Əliyevin məzarını ziyarət edib
Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 2-də ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Özbəkistan Prezidenti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə tər güllər düzüb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.
Son xəbərlər
Rusiya ordusu Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Dünya
14.05.2025
ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
Cəmiyyət
14.05.2025
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay