
Gündəm / Sosial
14.10.2026, 10:13
Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

İcra başçısı Elxan Allahverdiyev bununla bağlı əmrlər imzalayıb.
Əmrlə, qurumun Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektorunun baş məsləhətçisi Namiq İbadzadə vəzifəsindən azad olunub.
Binəqədi RİH başçısının 28 May qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində isə II dərəcəli dövlət qulluqçusu, məsləhətçi Balairza Balayevin vəzifəsinə son verilib.
Digər əmrlərlə, Samir Nəbiyev İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun məsləhətçisi vəzifəsinə gətirilib.
Eləcə də, Namiq İbadzadə Binəqədi RİH başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin olunub.
Təyinata qədər hər iki vəzifə vakant idi. Ölkə.az
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













