Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, müxtəlif coğrafiyaları birləşdirən strateji mövqeyi və qarşılıqlı etimada əsaslanan diplomatik əlaqələri ölkəmizin xarici siyasətinin əsas üstünlüklərindəndir. Prezident İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat bu siyasətin mahiyyətini, prioritetlərini və yeni əməkdaşlıq perspektivlərini bir daha nümayiş etdirdi.

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə üstünlük verilməsidir. Kamboca ilə münasibətlərin inkişaf etdirilməsi də ölkəmizin beynəlxalq əməkdaşlıq coğrafiyasını genişləndirmək, yeni tərəfdaşlarla əlaqələri möhkəmləndirmək və milli maraqlara uyğun iqtisadi imkanlar yaratmaq strategiyasının tərkib hissəsidir.

Prezident İlham Əliyevin bəyanatında siyasi dialoqun dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri xüsusi yer tutdu. Dövlət başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan diplomatiyası mövcud münasibətlərin qorunması ilə kifayətlənmir, eyni zamanda, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və onların konkret nəticələrlə möhkəmləndirilməsinə çalışır.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Ticarət və investisiya imkanlarının artırılması, biznes dairələri arasında təmasların gücləndirilməsi, eləcə də birgə işçi qrupunun yaradılması ilə bağlı razılaşmalar gələcək əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır. Bu yanaşma Azərbaycanın siyasi münasibətləri real iqtisadi nəticələrlə tamamlamaq prinsipinə sadiqliyini göstərir.

Azərbaycanın Asiya ilə Avropa arasında mühüm coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanları və beynəlxalq əlaqələrin inkişafındakı rolu ölkəmizi müxtəlif regionlar üçün əhəmiyyətli tərəfdaşa çevirir. Kamboca ilə nəqliyyat, rəqəmsal transformasiya, təhsil və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirəsi əlaqələrin yeni məzmunla zənginləşdirilməsi baxımından diqqətəlayiqdir. Eyni zamanda, Azərbaycanın ASAN xidmət modeli üzrə təcrübəsinə göstərilən maraq ölkəmizdə formalaşmış müasir idarəetmə yanaşmalarının beynəlxalq səviyyədə paylaşılması imkanlarını təsdiqləyir.


Səfər çərçivəsində humanitar məsələlərə, o cümlədən mina təhlükəsi ilə mübarizəyə diqqət yetirilməsi də xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdiyi bir vaxtda bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi insanların təhlükəsizliyinin təmin olunmasına və Böyük Qayıdış prosesinin sürətlənməsinə xidmət edir.

Kambocanın Baş nazirinin Azərbaycana səfəri və əldə olunan razılaşmalar göstərir ki, ölkəmiz xarici siyasətini praqmatik yanaşma, qarşılıqlı maraqlar və uzunmüddətli tərəfdaşlıq prinsipləri əsasında həyata keçirir. Siyasi dialoqun iqtisadi, humanitar və institusional əməkdaşlıqla tamamlanması ikitərəfli münasibətlərin davamlı inkişafı üçün mühüm amildir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və milli maraqlarımızın etibarlı şəkildə təmin olunmasına xidmət edir. Kamboca ilə münasibətlərin inkişafı da bu siyasətin məntiqi davamı olmaqla, Azərbaycanın qlobal əməkdaşlıq məkanında etibarlı tərəfdaş və fəal dövlət kimi mövqeyini bir daha təsdiqləyir.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Son xəbərlər

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

Bütün xəbərlər