Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının Məşvərət görüşlərində iştirakı son illər regionlararası inteqrasiyanın və geosiyasi tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Prezidentin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən görüşdəki çıxışı Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında tarixi, mədəni və strateji bağların daha da möhkəmləndirilməsi baxımından mühüm xarakter daşıyır.

Çıxışda vurğulanır ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətlərini birləşdirən amillər yalnız coğrafi yaxınlıqla məhdudlaşmır. Bu əməkdaşlıq dərin tarixi, mədəni və köklü qardaşlıq münasibətlərinə söykənir. Qlobal geosiyasi çağırışların artdığı müasir dövrdə bu coğrafiyanın vahid strateji məkan kimi çıxış etməsi regional təhlükəsizlik və sabitliyin təminatçısına çevrilir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə ardıcıl dəvət olunması və bu platformada fəal iştirakı ölkəmizin regiondakı xüsusi çəkisinin və etibarlı tərəfdaş imicinin bariz göstəricisidir.

Prezident İlham Əliyev çıxışında nəqliyyat və tranzit dəhlizlərinin inkişafına xüsusi diqqət yetirmişdir. Xüsusilə Şərq-Qərb (Orta Dəhliz) və Şimal-Cənub nəqliyyat marşrutlarının ötürücülük qabiliyyətinin artırılması əsas hədəflərdən biri kimi önə çəkilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi və Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi Mərkəzi Asiya ölkələrindən gələn yük axınının rəvan və tez bir zamanda Avropaya çatdırılmasına xidmət edir.

Sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, vahid rəqəmsal platformaların tətbiqi və tariflərin optimallaşdırılması regionun tranzit cazibədarlığını dəfələrlə artırır. Çıxışın digər mühüm istiqaməti karbohidrogen resurslarının nəqli və bərpa olunan enerji sahəsində birgə layihələrdir. Azərbaycan və Mərkəzi Asiya ölkələri zəngin enerji resurslarına malikdir və bu resursların koordinasiyalı şəkildə dünya bazarlarına çıxarılması tərəflərin iqtisadi suverenliyini gücləndirir. Ənənəvi neft-qaz layihələri ilə yanaşı, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi və "yaşıl enerji"nin Avropaya ixracı üzrə Mərkəzi Asiya-Azərbaycan-Avropa dəhlizinin qurulması gələcək əməkdaşlığın ana xəttini təşkil edir.

İqtisadi-Ticarət Əlaqələrinə gəldikdə isə dövlət başçısının çıxışında qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, birgə investisiya fondlarının yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi prioritet istiqamətlər kimi qeyd olunub. Ticarət dövriyyəsinin həcminin qısa müddətdə bir neçə dəfə artırılması üçün böyük potensialın olduğu və bu potensialın reallaşdırılması istiqamətində konkret addımların atıldığı diqqətə çatdırılıb. Bir sözlə, Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan bu strateji ox yalnız regional deyil, qlobal miqyasda nəqliyyat və enerji xəritəsini yeniden formalşdırır. Avrasiya mühitində sarsılmaz dostluğa və qarşılıqlı maraqlara söykənən bu tərəfdaşlıq regional sabitliyin, iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı sütunlarından biridir.

Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər