XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?


Tahir Mirkişili
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü


1920-ci illərdə XX əsrin ən nüfuzlu iqtisadçılarından birinə çevrilən Con Meynard Keyns bir neçə dəfə Nobel Sülh Mükafatına namizəd göstərilsə də, mükafatı ala bilməyib.
Buna səbəb onun Versal Sülh Müqaviləsini (1919) tənqid etməsi idi. Keyns hesab edirdi ki, Almaniyaya qarşı irəli sürülən ağır iqtisadi tələblər Avropanın gələcək sabitliyinə zərər vura bilər. Bu mövqeyi onu mübahisəli şəxsə çevirmiş və Nobel Sülh Mükafatını almasına mane olmuşdu.


Nobel Sülh Mükafatı tez-tez mübahisələrə səbəb olur. Məsələn, ABŞ Prezidenti Donald Trampın dəfələrlə məhz özünün bu mükafata layiq olduğunu bəyan etməsi bir daha göstərir ki, bu mükafat nə dərəcədə siyasiləşə bilir.

Təxminən bir əsr əvvəl Con Meynard Keyns ətrafında da, o qədər geniş rezonans doğurmasa da, oxşar müzakirələr aparılırdı.
Keyns 1919-cu ilin dekabrında nəşr olunan və ona böyük şöhrət qazandıran “Sülhün iqtisadi nəticələri” adlı kitabından sonra Nobel Sülh Mükafatına 3 dəfə namizəd göstərilmişdi. O, 2 dəfə Nobel Komitəsinin qısa namizədlər siyahısına daxil edilmiş və ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdi. Buna baxmayaraq, mükafatı heç vaxt ala bilmədi.

Con Meynard Keyns XX əsrin ən nüfuzlu iqtisadçılarından biri, bəlkə də ən nüfuzlusu hesab olunur. Onun həyatı və elmi fəaliyyəti haqqında çoxsaylı araşdırmalar aparılsa da, Nobel Sülh Mükafatını niyə ala bilmədiyi indiyədək məlum deyil.

1-ci Dünya müharibəsindən sonra Con Meynard Keyns 1919-cu ildə Paris Sülh Konfransında Britaniya Xəzinədarlığının nümayəndəsi kimi iştirak edirdi. Konfransda müharibədə qalib gəlmiş müttəfiq dövlətlər məğlub ölkələr üçün sülh şərtlərini müəyyən edirdilər. Konfransın yekun sənədi Versal Sülh Müqaviləsi oldu. Keyns hesab edirdi ki, sülh müqaviləsi yalnız ədalət prinsiplərinə əsaslanmamalı, həm də Avropa ölkələrinin iqtisadiyyatlarının bərpasına və iqtisadi inteqrasiyasına şərait yaratmalıdır. Buna görə o, Almaniyadan ya ümumiyyətlə təzminat alınmamasını, ya da təzminatın məhdud məbləğdə müəyyən edilməsini, həmçinin müharibə borclarının tamamilə silinməsini təklif edirdi.

Lakin konfransda əsas diqqət yeni sərhədlərin müəyyənləşdirilməsinə, milli təhlükəsizliyə və rəqib ölkələrin iqtisadi cəhətdən zəiflədilməsinə yönəlmişdi. Bu yanaşmaya etiraz olaraq Keyns konfransı tərk edir və öz fikirlərini sonradan ona böyük şöhrət qazandıran “Sülhün iqtisadi nəticələri” adlı kitabında ətraflı izah edir.

Keyns 1922, 1923 və 1924-cü illərdə ardıcıl üç il Nobel Sülh Mükafatına namizəd göstərilir. Onu Münhendən olan bir qrup alman professor namizəd irəli sürür. Beləliklə, Keyns üç dəfə mükafata namizəd olub və iki dəfə Nobel Komitəsinin qısa namizədlər siyahısına daxil edilsə də, o, siyasi səbəblər üzüzndə Nobel Sülh Mükafatını heç vaxt ala bilməyib, baxmayaraq ki, o bunu hamıdan çox haqq edirdi…

1923-1924 cü illərdə İqtisadiyyat üzrə Nobel sülh mükafatı heç kimə verilməməsi faktı da buna dəlalət edir…

Son xəbərlər

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov

"Sabah" bu gün Bakı Olimpiya Stadionunda ilk məşqinə çıxacaq

Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi

BOKT-larda kredit faizləri niyə yüksəkdir? - İQTİSADÇI AÇIQLADI

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Tahir Mirkişili: Aqrar sektorun sənaye ilə inteqrasiyası üçün dəyər zənciri qurulmalıdır

Azərbaycanın bugünkü gücü uzunmüddətli dövlətçilik siyasətinin nəticəsidir

İlqar Ağabəyov: Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Azərbaycanın qarşıdakı inkişaf prioritetlərini müəyyənləşdirir

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Bütün xəbərlər