
Gündəm / Siyasət / Sosial
12.10.2026, 22:02
Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Vətəndaş cəmiyyəti milli-mənəvi irsimizi, dövlət-din münasibətlərinin mütərəqqi modelini yad təsirlərdən qorumaq üçün ictimai həmrəyliyə və ayıq-sayqlığa çağırır
Millixeber.az xəbər verir ki, bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda milli dəyərlərin, dünyəvi təhsil sisteminin və ictimai məsuliyyətin qorunmasına dair geniş ictimai müzakirə keçirilib.
“Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusuna həsr olunan tədbirdə alimlər, QHT rəhbərləri, ziyalılar və media nümayəndələri bir araya gəliblər.
Tədbirdə Milli QHT Forumunun Məktəblərdə geyim qaydaları ilə bağlı Bəyanatı səsləndirilib.
Müzakirələrdə xaricdən yönləndirilən yad ideoloji təsirlərə, dezinformasiya kampaniyalarına və manipulyasiyalara qarşı vətəndaş cəmiyyətinin qətiyyətli rolunu vurğulayıblar. Azərbaycanın zəngin maarifçilik tarixinə, Şərqdə ilk dünyəvi respublika qurmaq ənənəsinə və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi ilə qoyulan mütərəqqi irsinə diqqət çəkilib. Qeyd olunub ki, savadlı, dünyagörüşlü ana və təhsilli qadın güclü ailənin, sağlam cəmiyyətin və sarsılmaz dövlətçiliyin başlıca təminatçısıdır. QHT-lər dövlətin bu istiqamətdə siyasətini dəstəkləyir.
Müzakirələrdə məktəblərdə vahid geyim formasının tətbiqi və dünyəvi təhsil mühitinin qorunmasının şagirdlər arasında bərabərliyi və intizamı təmin etdiyi bildirilib. Eyni zamanda, informasiya məkanında yayılan feyk xəbərlərə qarşı QHT-media əməkdaşlığının gücləndirilməsi və cəmiyyətdə media savadlılığının artırılmasının vacibliyi qeyd olunub. Vətəndaş cəmiyyəti nümayəndələri milli-mənəvi irsimizi, dövlət-din münasibətlərinin mütərəqqi modelini yad təzyiqlərdən qorumaq üçün ictimai həmrəyliyin və ayıq-sayqlığın vacibliyini vurğulayıblar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



















