Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbir keçirilib.

Astara Pedaqoji Kollecində keçirilən tədbirə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Millixəbər.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin VIII Qurultaydakı nitqində müəyyənləşdirilən əsas istiqamətlər, partiyanın qarşısında duran yeni vəzifələr və ideoloji fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasının əhəmiyyəti barədə danışıb. O, qurultayda səsləndirilən fikirlərin partiyanın yerli təşkilatları və ərazi partiya təşkilatları tərəfindən dərindən öyrənilməsinin, qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra qurultay nümayəndələri, APK üzrə ərazi partiya təşkilatının sədri Prof. Kamran Kazımov, Kollecin müəllimi Nisa Əskərova, “Məktəbəqədər təhsil” ixtisasının III kurs tələbəsi Gülarə İbrahimova çıxış ediblər.

Çıxışlarda cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin mahiyyəti, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması məsələlərinə toxunulub. Bildirilib ki, müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsində hər bir partiya üzvünün üzərinə mühüm məsuliyyət düşür.

Tədbir zamanı tələbələr də müzakirələrə qoşularaq mövzu ilə bağlı fikirlərini səsləndirib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tələbələrin müzakirələrdə iştirakı gənclərin ictimai-siyasi proseslərə marağının artırılması, dövlətçilik dəyərlərinin və vətənpərvərlik ruhunun təşviqi baxımından əhəmiyyətli olub.

Tədbir mövzu ətrafında fikir mübadiləsi və qarşıda duran vəzifələrin müzakirəsi ilə davam edib.









Son xəbərlər

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

“Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” - Rəşid Mahmudov

"Sabah" bu gün Bakı Olimpiya Stadionunda ilk məşqinə çıxacaq

Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu

Xəstəxanada direktor müavinini bıçaqlayan sürücü imiş - Rəsmi

BOKT-larda kredit faizləri niyə yüksəkdir? - İQTİSADÇI AÇIQLADI

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay