Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb


Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir.

Millixever.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda bildirilir.

Şura qeyd edir ki, son günlər Azərbaycanda yaşanan ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim olunması, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir.

Azərbaycan Mətbuat Şurası xüsusi olaraq vurğulayır ki, jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə verməkdir. Ancaq təəssüflə qeyd edilməlidir ki, son günlər Türkiyənin bəzi media orqanlarında bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, ölkəmizin ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi barədə qərar kontekstdən çıxarılaraq təhrif edilir, Azərbaycanda guya “hicab qadağası”nın tətbiq olunması və İslami dəyərlərin sıxışdırılması barədə tamamilə əsassız iddialar yayılır. Həmçinin, sırf daxili təhsil qaydaları ilə bağlı olan bu məsələ süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə keçirilir, beləliklə ölkəmiz haqqında mənfi imicin formalaşdırılmasına cəhd göstərilir.

Dini azadlıqlar, təhsil siyasəti və cəmiyyətimizin ictimai-mədəni həyatı ilə bağlı məsələlərin təhrifi, mövzuya aidiyyəti olmayan köhnə və ya saxta foto-video materiallardan istifadə, habelə ayrı-ayrı marginal şəxslərin radikal fikirlərinin bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim olunması ictimai rəyin yanlış istiqamətə yönəldilməsi məqsədi daşıyır. Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də iki qardaş ölkə arasındakı mövcud strateji münasibətlərin ruhuna uyğundur.

Narahatlıq doğuran digər məqam odur ki, bu qarayaxma kampaniyası təkcə sosial şəbəkə seqmenti ilə məhdudlaşmır, Türkiyənin bəzi ənənəvi media orqanları tərəfindən də aparılır. Həmin materiallarda tənqid və fikir azadlığının sərhədləri açıq şəkildə aşılır, sosial şəbəkə hesablarında Azərbaycan Respublikasında konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və hakimiyyətin qeyri-qanuni yollarla ələ keçirilməsinə yönələn təhlükəli çağırışlara tribuna yaradılır.

Azərbaycan ilə Türkiyə arasında münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə, mənəvi dəyərlərə və sarsılmaz qarşılıqlı etimada söykənir. “Bir millət, iki dövlət” prinsipi ölkələrimizin müstəqil dövlətlər kimi bərabərhüquqlu əməkdaşlığını və qardaşlığını ifadə edir. Bu müqəddəs prinsipdən hər hansı ölkənin daxili və xarici siyasətinə müdaxilə, cəmiyyəti ideoloji qarşıdurmaya sürükləmək və ya əsassız ittihamlar irəli sürmək üçün bəraət aləti kimi istifadə oluna bilməz.

Mətbuat Şurası Türkiyənin media qurumlarını, jurnalist təşkilatlarını, redaksiyalarını və rəqəmsal platformalarda ictimai rəyə təsir göstərən şəxsləri Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl onları etibarlı mənbələr əsasında yoxlamağa çağırır. Şura faktların təhrifinə, saxta və kontekstdən çıxarılmış görüntülərin yayılmasına yol verməməyə, Azərbaycan dövlətinin və xalqının ünvanına yönələn təhqir, böhtan və nifrət ritorikasından çəkinməyə, aşkar edilmiş yanlış məlumatları operativ şəkildə düzəltməyə və təkzib etməyə, eləcə də iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək hər növ manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırır.

Azərbaycan Mətbuat Şurası bəyan edir ki, həqiqətin təhrifinə, dezinformasiyanın yayılmasına və media imkanlarından ölkələrimiz arasında etimadı sarsıtmaq məqsədilə istifadəyə qarşı öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcək.

Son xəbərlər

Deputat: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcək

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb

Azərbaycan Ahmet Şanlı və daha 6 nəfəri beynəlxalq axtarışa verd

Leyla Əliyeva Türkmənistanda səfərdədir

Prezident onları təltif etdi - Siyahı

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb - Foto

20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

Xəbər veriyimiz kimi, Anar Məhərrəm oğlu Bayramov yeni Səhiyyə naziri təyin edilib.

Azərbaycan Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Bütün xəbərlər