Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə günlər var ki, onlar milli yaddaşımızda əbədi yaşayır, xalqımızın birliyini, iradəsini, vətən sevgisini və azadlıq əzmini təcəssüm etdirir. 20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin, xalqımızın sarsılmaz birliyinin və Vətənə bağlılığının rəmzidir.

Zəngilan şəhərinin azad olunması Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə yeni həyatın başlanğıcını ifadə edir. 20 Oktyabr hər bir azərbaycanlı üçün milli qürurun, tarixi ədalətin və gələcəyə inamın ifadəsidir.

Zəngilan zəngin tarixi, əlverişli coğrafi mövqeyi və təbii sərvətləri ilə seçilən qədim yaşayış məskənlərindən biridir. Zəngilan tarixən Azərbaycanın iqtisadi, mədəni və ictimai həyatında özünəməxsus yer tutmuşdur. Bu torpaqlarda formalaşan yaşayış məntəqələri, xalqımızın adət-ənənələri, ailə və icma münasibətləri, sənətkarlıq və təsərrüfat ənənələri bölgənin zəngin mədəni irsini təşkil edir. Zəngilanın strateji mövqeyi onun tarix boyu xüsusi əhəmiyyət daşımasına səbəb olmuşdur. Rayonun nəqliyyat-kommunikasiya imkanları, sərhədyanı yerləşməsi və təbii ehtiyatları bu ərazini Azərbaycanın regional inkişafı baxımından da mühüm məkana çevirir.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizin bir sıra əraziləri işğala məruz qaldı. Zəngilan rayonu da bu təcavüzün ağır nəticələrini yaşayan bölgələrdən biri oldu. 1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bununla da rayonun dinc əhalisi doğma yurdlarından didərgin düşmək məcburiyyətində qaldı. İnsanlar evlərini, torpaqlarını, təsərrüfatlarını və illərlə formalaşdırdıqları həyatlarını geridə qoyaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşdılar. İşğal dövründə Azərbaycanın digər işğal altındakı ərazilərində olduğu kimi, Zəngilanın da yaşayış məntəqələri, infrastruktur obyektləri və mədəni irsi ciddi dağıntılara məruz qalmışdır.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları tarixə Vətən müharibəsi kimi düşdü. Müharibə Azərbaycan xalqının milli birliyini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.

Ali Baş Komandan cəmab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirdi. Döyüş meydanında qazanılan nailiyyətlər Azərbaycanın ərazi bütövlüyünün bərpasına doğru mühüm addımlar oldu. Nəhayət, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Zəngilan şəhərinin və rayonun bir sıra yaşayış məntəqələrinin azad edildiyini elan etdi. Zəngilanın azad edilməsi hərbi baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Bu uğur Azərbaycanın cənub-qərb istiqamətində mövqelərini gücləndirdi və regionda yeni strateji imkanlar yaratdı.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma siyasətinin əsas istiqamətlərindən biri Böyük Qayıdış proqramıdır. Bu proqramın başlıca məqsədi doğma torpaqlarından didərgin düşmüş vətəndaşların təhlükəsiz, layiqli və davamlı yaşayışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi fəallığın bərpası və müasir infrastrukturun yaradılmasıdır.

İşğaldan azad olunmuş ərazilərdə hazırda yüz minə yaxın əhali yaşayır, işləyir və təhsil alır. Bu günə kimi həmin ərazilərin bərpasına və yenidən qurulmasına iyirmi altı milyard manata yaxın vəsait sərf olunmuşdur. Zəngilan bu prosesin mühüm istiqamətlərindən biridir. Burada yaşayış məntəqələrinin bərpası, yolların çəkilməsi, elektrik və su təchizatının qurulması, sosial obyektlərin yaradılması, məşğulluq imkanlarının genişləndirilməsi və müasir şəhərsalma prinsiplərinin tətbiqi istiqamətində işlər aparılır.

Zəngilanda yeni yaşayış mühitinin yaradılması müasir şəhərsalma yanaşmaları, ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf prinsipləri ilə əlaqələndirilir. Məqsəd sakinlərin rahat yaşaması, işləməsi, təhsil alması və sosial xidmətlərdən istifadə etməsi üçün əlverişli şərait formalaşdırmaqdır. Böyük Qayıdışın uğurla həyata keçirilməsi üçün təhlükəsizlik, mina və partlamamış hərbi sursat təhlükəsinin aradan qaldırılması, məşğulluq, səhiyyə, təhsil və kommunal xidmətlərin davamlı təminatı xüsusi əhəmiyyət daşıyır.

Zəngilan rayonunun yenidən qurulması ilə bağlı ən diqqətçəkən layihələrdən biri Ağalı kəndinin bərpasıdır. Ağalı kəndi müasir şəhərsalma və kəndsalma yanaşmalarının, rəqəmsal həllərin, ekoloji prinsiplərin və sosial infrastrukturun bir araya gətirildiyi layihə kimi tanınır. “Smart Village” – “Ağıllı kənd” yanaşması çərçivəsində yaşayış evlərinin, sosial obyektlərin, kommunal sistemlərin və kənd təsərrüfatı imkanlarının müasir tələblərə uyğun qurulmasına diqqət yetirilir.

2026-cı il 1 oktyabr tarixinə qədər Zəngilan şəhərində 84 ailə (339 nəfər), Ağalı kəndinə 234 ailə (1017 nəfər), Məmmədbəyli kəndinə 179 ailə (903 nəfər) məskunlaşmışdır. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.

Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilan rayonunun coğrafi mövqeyi, beynəlxalq nəqliyyat infrastrukturu, dəmir yolu və avtomobil yollarının inkişafı, eləcə də İran və Ermənistanla sərhəd ərazilərində həyata keçirilən layihələr rayonun gələcəkdə mühüm beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi üçün əsas yaradır. Zəngilanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat istiqamətlərinin əlaqələndirilməsində mühüm rol oynaya biləcək.

Zəngilan təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün nəqliyyat mərkəzinə çevriləcək. Bu şəhərdə dəmir yolu tikintisi davam etdirilməsi, Zəngilan Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla əlaqələndirilməsi nəzərdə tutulmuşdur. Zəngəzur dəhlizi Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat bağlantısının yaradılmasını nəzərdə tutur. Horadiz–Ağbənd dəmir yolu Zəngəzur dəhlizi layihəsinin mühüm infrastruktur hissələrindən biridir. Layihə Azərbaycan ərazisində yeni dəmir yolu bağlantısının yaradılmasını və beynəlxalq yükdaşımalar üçün nəqliyyat imkanlarının genişləndirilməsini nəzərdə tutur.

Son xəbərlər

Prezident onları təltif etdi - Siyahı

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb - Foto

20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

Xəbər veriyimiz kimi, Anar Məhərrəm oğlu Bayramov yeni Səhiyyə naziri təyin edilib.

Azərbaycan Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Bütün xəbərlər