15 oktyabr 2026-cı il tarixində Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyevin çıxışı, eləcə də sammitin yekunu olaraq qəbul edilmiş rəsmi sənədlər və qərarlar olduqca mühüm əhəmiyyət daşıyır. Zirvə Görüşünün yekunu olaraq tutan üzv dövlətlər tərəfindən təşkilatın gələcək fəaliyyət istiqamətlərini və Asiya qitəsində təhlükəsizlik, iqtisadi inteqrasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdə Bakı Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə Azərbaycanın AQEM-ə uğurlu sədrliyi və irəli sürdüyü təşəbbüslər, təşkilatın transformasiya prosesinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Təşkilata üzv ölkələr arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, nəqliyyat-logistika (xüsusilə Orta Dəhliz), energetika və rəqəmsal infrastrukturların inteqrasiyası, həmçinin enerji təhlükəsizliyinin təmin olunması vurğulanıb. Bununla yanaşı ilk dəfə olaraq süni intellektin inkişafının gətirdiyi imkanlar və eyni zamanda yaratdığı təhlükəsizlik riskləri xüsusi bəndlə əksini tapıb.

Xüsusilə vurğulamaq lazımdır ki, üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın AQEM-də sədrliyi daha iki il müddətinə, yəni 2028-ci ilə qədər uzadılıb. Zirvə Görüşündə təşkilatın genişlənməsi çərçivəsində Laos Xalq Demokratik Respublikasının AQEM-ə rəsmi üzvlüyü təsdiqlənib. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasının və ölkəmizə olan qarşılıqlı hörmət və etimad mühitinin formalaşdırıldığının bariz nümunəsidir.
Prezident İlham Əliyev AQEM-in fəaliyyətdə olan sədri kimi sammitin açılış mərasimində çıxış edərək bir neçə strateji istiqaməti əhatə edən geniş və məzmunlu nitq söyləyib. Dövlət başçısının sözlərinə görə 2020-ci ildə Azərbaycanın 30 illik işğala son qoyaraq 300-dən çox şəhər və kəndi azad etməsi və BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış qətnamələrini öz gücü ilə icra etməsi ölkəmizin əyilməz qüdrətinin və qətiyyətinin təntənəsi idi. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının icrası üçün effektiv mexanizmlər işlənmədikcə dünyada və regionda münaqişələr davam edəcək. Çıxışda xüsusilə Azərbaycanın beynəlxalq münasibətlərdə ikili standartlar təcrübəsinə qarşı qətiyyətlə mübarizə apardığı diqqətə çatdırılıb. Qələbədən sonra Azərbaycanın Ermənistana sülh sazişi təklif etdiyini xatırladan Prezident, regionda artıq bir ildən çoxdur ki, sülhün hökm sürdüyünü, lakin bu sülhün hələ də kövrək olduğunu və onu qoruyub möhkəmləndirməyin vacibliyini qeyd edib. Azərbaycan döyüş meydanında qisasını alsa da, dinc sakinlərə və məğlub tərəfə qarşı qisasçılıq yolunu seçməyib, bu da xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir.

Bir sözlə, bu gün Azərbaycan Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına böyük töhfə verir və regional inteqrasiyanın aparıcı qüvvəsidir. Azərbaycanın Asiya ilə Avropa arasında mühüm nəqliyyat və logistika qovşağında rolu daha da güclənir, Orta Dəhliz və Trans-Xəzər layihələrinin təhlükəsizliyinə və iqtisadi inteqrasiyaya mühüm töhfə verməyə davam edir.

Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Son xəbərlər

Prezident onları təltif etdi - Siyahı

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb - Foto

20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

Xəbər veriyimiz kimi, Anar Məhərrəm oğlu Bayramov yeni Səhiyyə naziri təyin edilib.

Azərbaycan Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Bütün xəbərlər