
Hadisə
16.02.2023, 10:45
Tələbələrin dəfn ediləcəyi yer məlum oldu
Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə bu gün dəfn ediləcək.
Mərhum tələbələrin cənazələri bu gecə Bakıya gətirildikdən sonra ailələrinə təhvil verilib.
Samir Quliyev Gədəbəy rayonu, İnəkboğan kəndində, Şahin Vəliyev Gəncə şəhərində, Gündüz Nəzərzadə Sumqayıtda, Hümam İsmayıllı isə Corat qəsəbəsində keçiriləcək vida mərasimlərindən sonra dəfn ediləcək.
Allah rəhmət eləsin!
Son xəbərlər
Rusiya ordusu Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Dünya
14.05.2025
ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
Cəmiyyət
14.05.2025
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay