Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- İran-Azərbaycan münasibətləri kifayət qədər gərgindir. Tehrandakı səfirliyimizə terror hücumu səbr kasasını daşıran son damla oldu. Sizcə, İran niyə illərdir Azərbaycana qarşı bəslədiyi düşmən münasibətini belə açıq müstəviyə çıxardı?

- İran İkinci Qarabağ Müharibəsindən sonra iç üzünü göstərməyə başladı. Müharibə zamanı İranın Azərbaycana etdiyi xəyanət, sərhəd qoşunlarımızın yerini ermənilərə göstərməsi faktdır. Azərbaycan bir müddət qonşuluq münasibətləri korlanmasın deyə, bu məsələləri bir tərəfə qoymuşdu. Amma artıq İranın həyasızlığı artanda buna Azərbaycan prezidenti cavab verməli oldu. Beləliklə, 44 günlük müharibədən sonra molla rejimi Azərbaycanı açıq təhdid etməyə başladı.

Eyni zamanda, Azərbaycan daxilindəki şəbəkəsinə də göstəriş verdi. Molla rejiminə bağlı media qurumları və sosial şəbəkə hesablarında İranı təqdir edən materiallar çoxaldı, yas yerlərində təbliğat artırıldı. Necə deyərlər, İran öz maskasını özü yırtdı.

İran ən azı on maska taxmışdı, əsl sifətini də bunların altında gizlətməyə çalışırdı. Artıq bu maskaların altında kimin olduğunu görürük və ona imkan vermirik. İran son iki ildə Azərbaycana qarşı açıq təxribatla məşğul idi.

- ABŞ, Qərb və dünyanın digər dövlətləri terror aktına görə İrana sərt etirazını bildirdilər. Rusiyadan isə “dişli bəyanat” gəlmədi. Rusiya baş verənlər haqda hansı fikirdə ola bilər? Ən azı, rus mediası gərginliyin daha da dırmanmasında maraqlıymış kimi görnür.

- Rusiya bunda maraqlıdır. Molla rejimi Rusiyanın pərdə arxasındakı komandasıdır. İndi Rusiya Ukraynada ABŞ və Avropa ilə üz-üzə qalıb, buna görə də Yaxın Şərq siyasi nəzarətindən çıxıb. Bu durumda da İraq və Suriyaya nəzarəti İran vasitəsilə həyata keçirir. İran və Rusiyanın siyasətlərində həddindən artıq oxşarlıqlar var. Onların həyata və siyasətə baxışları da eynidir.

Düzdür, Rusiya Mariya Zaxarova səviyyəsində baş verənlərə münasibət bildirdi, amma bu ölkənin Xarici İşlər Nazirliyinin bir bəyanatı olmalıydı. Dünyanın yüzə qədər ölkəsi səfirliyimizdə baş vermiş bu təxribat və terrora etirazını bildirdi. Xarici ölkələrin Azərbaycandakı səfirlikləri də öz münasibətlərini ortaya qoydular, amma Rusiya səfirliyinin açıqlamasını görmədim, bəlkə də var, ancaq mən rast gəlməmişəm.

Bir sözlə, Rusiya İran-Azərbaycan gərginliyində maraqlıdır. Çünki Rusiya indi İranın əli ilə Ermənistanı öz nəzarətində saxlayır. Ermənistan-Rusiya münasibətləri Qərbin təkidi ilə gərginləşib. Yəni Rusiya çalışır ki, ilanı Seyid Əhməd əliylə tutsun.

- Bəs aylardır İran daxilində molla rejimi əleyhinə davam edən kütləvi etirazlar hansı nəticələrlə sonlana bilər?

- Artıq İran daxilindəki proseslər vətəndaş müharibəsi səviyyəsinə yaxınlaşır. Çünki Azərbaycan 44 günlük müharibədə öz qələbəsi ilə İranın hərbi elitasının qanunsuz qazanclarına qon qoydu. Fars və erməni mənbələrinin qeyri-rəsmi məlumatlarına görə, İran işğal dövründə hər il Azərbaycan üzərindən Rusiya və digər ölkələrdə ötürdüyü narkotiklərdən təxminən 6-7 milayard dollar gəlir götürüb.

Azərbaycan öz ərazilərini azad etdikdən sonra bu kəsildi. Bunu Ermənistan üzərindən çıxarmaq mümkün deyil. İranı gərginləşdirən amillərdən biri də budur.

Eyni zamanda, “Xalq Mücahidləri” adlanan bir təşkilatın İran daxilindəki fəaliyyəti güclənib. Bu hərəkat bir müddət İraqda fəaliyyət göstərib. Müharibə başladıqdan sonra bir hissəsi Suriyadan İordaniyaya, bir qismi də İsrailə keçdi. İsrail də onları diqqətdə saxlamaqla, bir növ İran daxilindəki proseslərə nəzarət etməyə çalışır. İrandakı son partlayışlar da bunu təsdiqləyir.

Bunlardan başqa, İran daxilindəki xalqların da farslarla çoxlu problemləri var. Molla rejiminə qarşı ən kəskin münasibətdə olanlar bəluclardır. Bəlucların fars rejiminə qarşı sərt münasibəti silahlı mübarizələrində də özünü göstərir. Ölkənin cənubunda ərəblər var. Bəluclar kimi, 5 milyona qədər ərəb də fars-molla rejimindən qurtulmaq istəyir. Qərbdə kürdlər var. Onlar bu rejimi istəmirlər.

Cənub-qərbdə yaşayan qaşqaylar da farslarla yola getmirlər. Şimal-Güney Azərbaycan isə tamamilə türklər - azərbaycanlılardır. Güneyin də münasibəti bəllidir. Bir sözlə, İranda 100 min ermənidən başqa fars rejiminin yola getdiyi xalq yoxdur. Farsların özləri İranda azsaylı xalqdır. Ölkə əhalisinin 55-60 faizini türklər təşkil edir. Amma İran türkləri assimilyasiya məruz qoymağa çalışır.

İranda həm sosial inqilab yetişir, həm hərbi müxalifət güclənir, həm də vətəndaş müharibəsinin olması ehtimalı çox yüksəkdir. Fevral-mart ayları ərzində və ya aprelə qədər bu, baş verə bilər. Yəni yaxın iki ay ərzində İranda hakimiyyətin dəyişməsi mümkündür. Bu ehtimal çox yüksəkdir. Bunda İsrail və ABŞ-ın da maraqları var.

Molla rejiminin Fransa ilə gizli işbirliyi də burada önəmli rol oynayır. Molla rejiminin bəzən ABŞ-la da pərdə arxasında belə oyunları olur. Yəni İran hər an Rusiyanı satmağa hazırdır. Mollaların dini-imanı yoxdur.

İran yürütdüyü siyasətin qurbanına çevrilmək üzrədir. Tezliklə bu da olacaq.

- Artan beynəlxalq və daxili təzyiq fonunda İranda dünyəvi hökumətin qurulması ehtimalı nə qədərdir?

- Təbii ki, hakimiyyət dəyişikliyi baş versə, yerinə molla rejimi gəlməyəcək. İndi sonuncu şahın oğlu və onun tərəfdarları hakimiyyətə qayıtmaq istəyirlər. Onlar da ABŞ-da yerləşiblər və bu dövlətin maraqlarına uyğun hərəkət edirlər. ABŞ və Kanada 5 milyona yaxın İrandan köçmüş insan yaşayır. Bilirsiniz ki, şah rejimində təkcə farslar yox, türklər də iştirak ediblər. Yəni orada bir koalisiya var və onların hakimiyyətə gəlmə ehtimalı çox yüksəkdir, molla rejimi də bunu başa düşür. Molla rejimi indi pərdə arxasında onlarla da əlaqə qurmağa çalışır.

Dünyəvi dövlətin qurulmasına gəldikdə, bunun tezliklə olacağına inanmıram. Molla rejimi ötən 44 il ərzində İranı o kökə salıb ki, cəmiyyətin psixologiyası korlanıb. Onların tör-töküntülərini yığışdırmaq üçün ən azı 20 il vaxt lazımdır. Amma İran normal dövlətə çevrilə bilər, ən azı bunu ehtimal etmək olar.

Son xəbərlər

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ZİYARƏT EDİBLƏR

Bakıda ən ucuz məhsullar bu bazarlarda satılır

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü dərin ehtiramla anılıb

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Əli Əsədov: "Azərbaycan Türkmənistanın BMT tərəfindən tanınan daimi neytrallıq siyasətinə böyük hörmətlə yanaşır"

DTX rəisi Əli Nağıyev Heydər Əliyevin məzarını ziyarət edib

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Mehriban Əliyeva paylaşım etdi: "Dahi Heydər Əliyev"

Turə Qasımova: Ulu öndər Heydər Əliyevin Qarabağ arzularını Prezident İlham Əliyev ÇİN ETDİ

Tahir Mirkişili: Ümummilli lilder Heydər Əliyevin sosial- iqtisadi siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Lətifə Əhmədova: Qürurla deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin ideyaları  yaşayır və qalib gəlir

Ulu öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memarıdır

Heydər Əliyevin xatirəsi idmançıların qəlbində həmişə yaşayır və yaşayacaqdır

Azərbaycan–Slovakiya münasibətləri qarşılıqlı hörmət, strateji maraqlar və uzunmüddətli əməkdaşlıq üzərində qurulub

Prezident Ədliyyə Akademiyasına yeni rektoru təyin edib-SƏRƏNCAM

Prezident Ədliyyə Akademiyasına yeni rektoru təyin edib-SƏRƏNCAM

Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda - Fotolar

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib

Şahin Seyidzadə:Azərbaycan-Slovakiya münasibətləri qarşıdakı illərdə daha da genişlənəcək

Qurban Qurbanovdan transfer açıqlaması

Azərbaycanda şənbə günü işləyən bankların SİYAHISI

Donald Tramp: Mən səkkiz müharibəni həll etmişəm...

Slovakiya Qarabağda “Ağıllı kənd” tikir

Leyla Əliyeva İslam dünyasında süni intellekt indeksinin təqdimatı” adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə təkbətək görüşü olub

Ölkəmizdə süni intellekt sahəsində istedadların formalaşdırılması üçün genişmiqyaslı proqram həyata keçirilir

Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub

Şahin Mustafayev İranın xarici işlər naziri Əraqçi ilə görüşüb

Mehdiyevin qızı da vəzifədən azad edildi

Azərbaycan boksçuları Dünya Kubokunda 4 medal qazanıblar

ATƏT-in Minsk Qrupunun ləğvi: Labüd bir nəticə

II Qaregin hakimiyyəti kilsə əleyhinə aksiya aparmaqda ittiham edib

Bütün xəbərlər