Rusiya Yekaterinburqda baş verən faciə ilə bağlı ƏDALƏTİ TƏMİN ETMƏLİDİR


Azərbaycan-Rusiya münasibətlərində gərginliyin artırması
regionda daha böyük maraqların toqquşmasına səbəb ola biləcək.


Yaxın tarixə nəzər salsaq görərik ki, Rusiyada 2001-ci ildə Yekaterinburqdakı “Xəzər” kafesində baş vermiş qətl hadisəsi ilə bağlı saxlanılan və etnik azərbaycanlı olduqları bildirilən iki nəfərin ölümündən sonra Rusiya–Azərbaycan münasibətlərində gərginlik daha da dərinləşib.

Həmin dövrdə Rusiya mediası hadisəni ürək problemi ilə əlaqələndirsə də, Azərbaycan KİV-ləri həlak olanların qohumlarına istinadla onların işgəncəyə və zorakılığa məruz qaldığını yazırdı.Hadisədən zərər görmüş soydaşlarımızın qohumları bildirirdilər ki, saxlanılan şəxslər döyülüb, kafeləri dağıdılıb və zorla kabab bişirməyə belə məcbur ediliblər.
Son günlərdə Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterenburq şəhərində Ziyəddin və Hüseyn Səfərovların evinə basqın etməsi nəticəsində Ziyəddin və Hüseyn Səfərovlar, eləcə də onların əmisi oğulları Kamal Qədiməli oğlu Səfərov öldürülüblər.
Bu cür kriminal hadisələr, təxribata meyilli hərəkətlərin getdikcə dərinləşməsi onu göstərir ki, Azərbaycan-Rusiya münasibətlərində gərginliyi artırmaqdan və qarşılıqlı inamsızlığı dərinləşdirməkdən başqa heç bir nəticə verməyəcək. Bu gərginlik isə gələcəkdə regionda daha böyük maraqların toqquşmasına səbəb ola biləcək.

Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin edib, öz hərbi təhlükəsizlik məsələlərini böyük ölçüdə həll edib. Azərbaycan ərazisində hər hansı bir xarici ölkənin, o cümlədən Rusiyanın hərbi bazaları mövcud deyil. Azərbaycan özünün enerji təhlükəsizliyini də təmin edib. Dünya bazarlarına enerji nəqli ilə bağlı boru kəmərlərini də Rusiyadan yan keçməklə inşa etməyə nail olub. Yəni bundan sonra Rusiyanın Azərbaycana reallıqda təzyiq göstərməsi üçün elə bir ciddi təzyiq mexanizmi mövcud deyil. Zaman-zaman Rusiya Azərbaycan ərazisindən istifadə etməklə Şimal-Cənub dəhlizinin yaradılmasına cəhd edib. Azərbaycanla ticarət Rusiya üçün kifayət qədər ciddi önəm daşıyır. Çünki Azərbaycan kənd təsərrüfatı məhsulları Rusiya bazarları üçün önəmli bir faktordur. Bütün bunları nəzərə alanda Rusiya Azərbaycanla münasibətlərə daha ehtiyatlı və daha həssas yanaşmağa məcburdur. Ancaq Rusiyanın imperialist bir dövlət olması Kremlə bu məsələdə çox ciddi əngəllər yaradır. Rusiya əgər öz gələcək taleyində inkişaf və müasir dövrə uyğunlaşmaq, müasir dövrə dövrün tələbləri ilə ayaqlaşmaq kimi bir niyyəti varsa, öz imperialist siyasi ideoloji xəttindən də uzaqlaşmaq məcburiyyətində olmalıdır".

Bir daha son günlərdə baş verən xoşagəlməz, insanlığa sığmayan hadidisələrə diqqət yetirdikdə açıq-aydın şəkildə görürük ki, Rusiyada miqrantlara və qeyri-ruslara münasibətdə dövlət səviyyəsində qəbul edilən qərarlar adı çəkilən ölkədə nəinki aşağı, həm də rəsmi səviyyədə diskriminasiyanın artdığını, bunun az qala faşizm səviyyəsini yüksəldiyini göstərir.

Rusiya prezidenti Azərbaycana qarşı dostluq münasibətlərini zədələyən bu cür təxribatların qarşısını almalı, həmin təxribatları törədənlərin və təşkilatçıların müəyyən olunub cəzalandırılmasını təmin etməlidir.

Zamin Zeynal,
"Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər