Ziyafət Əsgərov: Ramiz Mehdiyevin Əli Kərimli ilə “iş qurması”, “iş birliyinə” getməsinin adı yoxdur


Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin hazırda cəlb edildikləri cinayət məsuliyyəti ilə bağlı artıq ortada faktlar var. Çünki onlar Cinayət Məcəlləsinin çox ağır maddələri ilə istintaqa cəlb ediliblər. Sözsüz ki, dövlətin xüsusi xidmət orqanlarının əlində əsaslı sübutlar var. Əsaslı sübutlar olmadan belə müddəalar, maddələrlə insanları məsuliyyətə cəlb etmək olmaz".

Millixeber.az xəbər verir ki, bu sözləri Teleqraf-a Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.

“İllərlə dövlət aparatında işləyəsən və nəticədə dövlətə xəyanət edəsən! Bunun adı yoxdur. Ona görə də Əli Kərimlisi, Ramiz Mehdiyevi və başqa kim olur-olsun Azərbaycan dövlətçiliyinə kim əl uzadacaqsa, qanunun ən sərt qaydaları ilə cazasını alacaq. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycanda toxunulmaz insan yoxdur”, - deyə o qeyd edib.

Sədr müavini bildirib ki, kim hansı cinayəti törədibsə, qanun qarşısında cavab verməlidir: “Ramiz Mehdiyevə bu qədər etimad göstərilmişdi. Nəticədə öz xislətini ortaya qoydu. Hakimiyyətə gəlməyin sivil yolları var. Bu cinayət yolu, hakimiyyəti qəsb etmək, dövlət çevrilişi etməklə mümkün deyil. Azərbaycan hüquqi-demokratik dövlətdir. Hakimiyyətə gəlmək istəyən seçkilərdə iştirak etməlidir. Faktiki olaraq, AXCP sədri Əli Kərimli bir dəfə də olsun prezident seçkilərində iştirak etməyib. Çünki o dəqiq bilir ki, sosial dayağı yoxdur. Ona görə də bu cür cinayət əməllərinə əl atır”.

Ziyafət Əsgərova görə, Prezident Administrasiyasının keçmiş rəhbərinin gedib belə bir adamla yəni, Əli Kərimli ilə “iş qurması”, “iş birliyinə” getməsinin adı yoxdur: “Azərbaycan dövləti ulu öndər Heydər Əliyevin bizə əmanətdir və bu əmanətə kim qəsd edəcəksə, öz cəzasını alacaq. Kim qanunsuz olaraq hakimiyyətə gəlmək istəyirsə, aqibəti də belə olmalıdır. Bu dövləti hamı göz bəbəyi kimi qorumalıdır. 90-cı illərdə biz bu təlatümləri görmüşük, artıq yetər. Zamanında ulu öndər Heydər Əliyev, daha sonra Prezident İlham Əliyev, Ramiz Mehdiyev sənə böyük etimad göstərib. Sən də axırda belə bir əmələ əl atırsan? Bu nə deməkdir? Ona görə də qanunun ən sərt üzü ilə bu cür insanlar öz cəzasını almalıdır”.

Son xəbərlər

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Azərbaycan Jurnalistlər Birliyi AZTV ilə bağlı BƏYANAT YAYIB

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Prezident Qırğız Respubilkasında qolf oynadı

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Livanı dəstəkləməyə hazırdır

Saray qəsəbəsində Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin təşkilatçılığı ilə tədbir keçirilib

Azərbaycan Esmira Cəfərovanı Macarıstana yeni səfir təyin edib

Ərdoğan: İsrailin Fələstindəki əməllərinin bədəlini bütün region ödəyir

Tolerantlıq anlayışı heç vaxt təhqir etmək, alçaltmaq və nifrət yaymaq azadlığı kimi başa düşülməməlidir

Maaş və pensiya kartlarında yeniliklər gözlənilir

Qurban Qurbanov: Rəqibə qarşı zərrə qədər səhlənkarlığa yol vermək olmaz

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

ORDUBAD camaatı zarafatla “biz naxçıvanlı deyilik” deyirlər

Bütün xəbərlər