VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri


Pərvin Kərimzadə

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə olunan Zəfərin və qarşıda duran vəzifələrin geniş siyasi mənzərəsini ortaya qoydu. Azərbaycan artıq yeni bir mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə ölkəmizin qarşısında yeni siyasi, iqtisadi və geosiyasi imkanlar açılıb. İndi əsas məsələ əldə edilmiş nailiyyətləri qorumaq, Azərbaycanın gücünü daha da artırmaq və yeni reallıqlardan milli inkişaf naminə səmərəli istifadə etməkdir.

VIII Qurultayın özünəməxsus tarixi məzmunu da məhz bununla bağlıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. VII Qurultay 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən az sonra keçirilmişdi. Həmin vaxt Azərbaycan yaratdığı yeni reallıqları dünyaya qəbul etdirmək, Zəfərin siyasi və diplomatik nəticələrini möhkəmləndirmək mərhələsində idi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan artıq həmin reallıqların müəllifi və onların əsas siyasi aktoru kimi çıxış edir.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 2023-cü il sentyabrın 20-də isə ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu iki tarixi hadisə bir-birini tamamlayan mərhələlərdir. Birincisi işğala son qoydu, ikincisi isə Azərbaycan ərazilərində separatizmə son qoyaraq dövlət suverenliyini tam təmin etdi. Bu baxımdan 8 Noyabr və 20 Sentyabr müasir Azərbaycan tarixinin iki mühüm Zəfər tarixi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Lakin bu Zəfərə aparan yol 44 günlə məhdudlaşmır. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı kimi, Azərbaycanın Qələbəsinin arxasında uzun illər ərzində görülmüş böyük iş dayanır. Güclü ordu quruculuğu, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, diplomatik fəaliyyət və ən başlıcası, xalqın milli həmrəyliyi bu Qələbəni mümkün edən əsas amillər oldu.

Bu mənada Azərbaycanın Zəfər tarixini Yeni Azərbaycan Partiyasının yaranmasından ayrı təsəvvür etmək mümkün deyil. 1992-ci ilin noyabrında YAP-ın təsis olunması Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb dövrlərindən birinə təsadüf edirdi. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, torpaqlarımız işğal olunur, iqtisadiyyat ağır vəziyyətə düşür, dövlət idarəçiliyi iflic olurdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların əsas məqsədi siyasi hakimiyyət uğrunda mübarizədən daha geniş məna daşıyırdı. Söhbət Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək, dövlətçiliyi qorumaq və ölkəni sabit inkişaf yoluna çıxarmaqdan gedirdi.

1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Ölkədə sabitlik bərpa edildi, dövlət institutları möhkəmləndirildi, separatçılıq və parçalanma təhlükələrinin qarşısı alındı. Eyni zamanda, Azərbaycan beynəlxalq təcriddən çıxmağa və öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanması ilə isə iqtisadi inkişafın yeni mərhələsini başlatdı. Bu siyasətin ən mühüm xüsusiyyəti onun ardıcıllığında idi. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən yeni şəraitə uyğun şəkildə davam etdirildi. İqtisadi müstəqilliyin möhkəmləndirilməsi, ordu quruculuğunun sürətləndirilməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət nəticə etibarilə ölkəmizin Zəfərə aparan əsas dayaqlarını formalaşdırdı.

Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası həmin siyasətin ən böyük nəticəsidir. 2003-cü ildə Prezident seçilərkən qarşıya qoyulan əsas strateji məqsədlərdən biri məhz ərazi bütövlüyünün bərpası idi. Bu məqsəd illər ərzində dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldı və nəhayət, 2020–2023-cü illərdə tarixi reallığa çevrildi. Azərbaycanın əldə etdiyi Zəfərin əhəmiyyəti yalnız milli çərçivə ilə məhdudlaşmır. Ölkəmiz uzun illər davam edən işğala son qoymaqla beynəlxalq münasibətlər sistemində yeni reallıq yaratdı. Azərbaycan bunu böyük dövlətlərin müxtəlif təzyiqləri və Ermənistanı müdafiə edən siyasi dairələrin mövqeyi fonunda həyata keçirdi. Buna görə də Prezidentin çıxışında milli birliyin və xalqın vahid mövqeyinin xüsusi qeyd olunması mühüm siyasi mesajdır. Azərbaycan xalqının “yumruq kimi” birləşməsi ölkənin ən mürəkkəb məqamlarda öz milli maraqlarını müdafiə etmək gücünü göstərdi.

Bu gün isə Azərbaycanın qarşısında başqa xarakterli vəzifələr dayanır. Zəfəri qorumaq və onun nəticələrini möhkəmləndirmək üçün hərbi gücün daha da artırılması əsas prioritetlərdən biri kimi müəyyən edilir. Dünyada gedən proseslər, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq təhlükəsizlik mexanizmlərinin zəifləməsi göstərir ki, hər bir dövlət ilk növbədə öz təhlükəsizliyinə özü təminat verməlidir. Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi də məhz bu reallıqdan irəli gəlir. Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan gücünü müharibə üçün deyil, sülhün təminatı üçün artırır. Bu gün ölkəmiz Ermənistanla sülh prosesini davam etdirir, sərhədlərdə vəziyyət sabitdir və iqtisadi əlaqələrin qurulması istiqamətində də addımlar atılır. Lakin sülhün dayanıqlı olması üçün Azərbaycanın öz təhlükəsizliyini təmin edəcək gücə malik olması vacibdir. Güclü dövlət həm öz suverenliyini qoruyur, həm də sülhün şərtlərini daha etibarlı şəkildə təmin edə bilir. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız ordu və sərhədlərlə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı ideoloji təhlükəsizliyi də dövlət siyasətinin mühüm istiqamətinə çevirib. Sosial şəbəkələr, süni intellekt və müxtəlif informasiya platformaları vasitəsilə cəmiyyətlərə təsir imkanları əvvəlkindən daha genişdir. Buna görə də Azərbaycan cəmiyyətinin informasiya manipulyasiyalarından qorunması, xüsusilə gənclərin düzgün və obyektiv informasiya ilə təmin edilməsi mühüm vəzifədir. Prezidentin bu məsələdə təhsilə və vətənpərvərliyə xüsusi əhəmiyyət verməsi təsadüfi deyil. Təhsilli, dünyagörüşlü və milli dəyərlərinə bağlı cəmiyyət müxtəlif ideoloji təxribatlara qarşı daha dayanıqlı olur. Bu baxımdan müasir ideoloji siyasətin əsas vəzifəsi yalnız görülən işləri təbliğ etmək deyil, həm də vətəndaşa həmin işlərin mahiyyətini, dövlət siyasətinin məqsədini və Azərbaycanın milli maraqlarını düzgün izah etməkdir.

Məhz bu mərhələdə Yeni Azərbaycan Partiyasının qarşısında da yeni vəzifələr yaranır.

Azərbaycanın xarici siyasətində də yeni mərhələnin mühüm xüsusiyyətləri görünür. Ölkəmiz müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əlaqələrini inkişaf etdirir, eyni zamanda heç bir geosiyasi düşərgənin tərkib hissəsinə çevrilmədən müstəqil siyasət yürüdür. Azərbaycan üçün əsas meyar hansısa qütbə yaxınlıq deyil, milli maraqların qorunmasıdır. Məhz bu yanaşma ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasına imkan verir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artması da bu siyasətin nəticəsidir. Ölkəmizin müxtəlif beynəlxalq təşəbbüslərdə fəal iştirakı, ayrı-ayrı dövlətlər arasında dialoq üçün platforma yaratması və müxtəlif siyasi mövqeləri təmsil edən tərəflərlə eyni vaxtda əməkdaşlıq etməsi Azərbaycanın diplomatik imkanlarının genişləndiyini göstərir. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni səviyyəyə yüksəlməsi, İslam dünyasında fəallığının artması, Avropa ilə enerji əməkdaşlığının genişlənməsi bu çoxşaxəli siyasətin ayrı-ayrı istiqamətləridir. Enerji siyasəti Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində xüsusi rol oynayır. Dünyada enerji təhlükəsizliyi məsələsinin daha da aktuallaşdığı bir vaxtda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi əhəmiyyətini artırır. Neft və qazla yanaşı, elektrik enerjisi və digər enerji resurslarının istehsalı və ixracı ölkəmizin iqtisadi və geosiyasi imkanlarını genişləndirir. Enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyi indiki şəraitdə Azərbaycanın bu sahədəki potensialı onun beynəlxalq çəkisini də artırır.

Nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də Azərbaycanın qarşıdakı illərdə artan rolunun əsas istiqamətlərindən biri olacaq. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı ölkəmizin əlverişli coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirir. Tranzit yüklərinin həcminin artırılması yalnız əlavə gəlir və yeni iş yerləri demək deyil. Bu, eyni zamanda Azərbaycanın regional və qlobal nəqliyyat xəritəsində mövqeyinin daha da möhkəmlənməsi deməkdir. Bütün bunlarla yanaşı, Azərbaycanın qarşısında duran ən böyük quruculuq layihələrindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Böyük Qayıdış artıq genişmiqyaslı şəkildə həyata keçirilir. Yeni yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, xəstəxanaların və digər infrastrukturun yaradılması, insanların doğma torpaqlarına qayıtması Zəfərin ən mühüm humanitar nəticələrindəndir. Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri Azərbaycanın yalnız dağıdılmış əraziləri bərpa etməsi deyil, həm də həmin bölgələr üçün yeni inkişaf modeli formalaşdırması baxımından əhəmiyyətlidir. Burada müasir şəhərlər və kəndlər salınır, iqtisadi imkanlar yaradılır, sosial infrastruktur qurulur. Böyük Qayıdışın sürətləndirilməsi qarşıdakı illərdə dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq. Prezident İlham Əliyevin qurultaydakı çıxışında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağının bildirilməsi də dövlət siyasətində sosial məsələlərin xüsusi yer tutduğunu göstərir. Güclü dövlətin əsas göstəricilərindən biri onun əldə etdiyi iqtisadi nəticələri vətəndaşın gündəlik həyatında hiss olunan dəyişikliklərə çevirə bilməsidir.

Beləliklə, VIII Qurultay Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir. Artıq Azərbaycanın qarşısında duran əsas məsələ torpaqların azad edilməsi deyil. Bu mərhələ başa çatıb. İndi əsas məqsəd Zəfəri qorumaq, sülhü möhkəmləndirmək, iqtisadi gücü artırmaq, hərbi və informasiya təhlükəsizliyini təmin etmək, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışı sürətləndirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Prezident İlham Əliyevin çıxışının başlıca siyasi mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycanın qarşısında artıq yeni hədəflər dayanır. Bu hədəflərin həyata keçirilməsi üçün isə əvvəlki mərhələdə olduğu kimi siyasi sabitlik, milli birlik, güclü dövlətçilik və ardıcıl siyasət əsas dayaqlar olaraq qalmalıdır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bu baxımdan yalnız keçmişə verilən siyasi qiymət deyil, həm də gələcəyə baxışdır. Azərbaycanın Zəfərlə başa vurduğu uzun və mürəkkəb mərhələdən sonra qarşısında daha böyük inkişaf imkanları açılıb. Bu imkanlardan səmərəli istifadə etmək, əldə edilmiş tarixi nəticələri dönməz və davamlı uğurlara çevirmək qarşıdakı dövrün əsas siyasi vəzifəsidir. Azərbaycan artıq öz tarixinin yeni səhifəsini yazır və bu səhifənin əsas məzmununu güclü dövlət, dayanıqlı sülh, iqtisadi inkişaf, milli həmrəylik və daha böyük beynəlxalq nüfuz təşkil edir.

Son xəbərlər

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Pərvin Kərimzadə YAP İdarə Heyətinin üzvü seçilib

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Tahir Mirkişili: YAP yeni dövrün çağırışlarına uyğun olaraq öz siyasi missiyasını inamla davam etdirir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Şəhid Əhliman Mehdiyevin və Alik Musayevin 6-cı ildönümü mərasimləri qeyd olunub

BNA-nın vəzifəli şəxslərinin cəzası ləğv edildi

“YAP fəaliyyətini müasir dövrün tələblərinə uyğun qurmalıdır” - Bahar Muradova

Sentyabr ayında 19 897 müraciət daxil olub

Kəmaləddin Heydərov əmr imzaladı -FHN-də ciddi dəyişikliklər

Bütün xəbərlər