Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır


“Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri, xeyriyyəçi iş adamı Mahirə Əsədova Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Prezidenti, YAP sədri İlham Əliyevin çıxışında səsləndirilən sosial-iqtisadi məsələlərlə bağlı fikirlərini bölüşüb.



Mahirə Əsədova Millixəbər.az-a açıqlamasında bildirib ki, dövlət başçısının çıxışında Azərbaycanın qarşıdakı dövr üçün iqtisadi inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionların inkişafı ilə bağlı mühüm mesajlar səsləndirilib.
“Cənab Prezident çıxışında ölkəmizin bütün sahələr üzrə inkişaf strategiyasına toxunduğu kimi, sosial-iqtisadi məsələlərə də xüsusi diqqət ayırdı. Xüsusilə sahibkarlığın, investisiya mühitinin, nəqliyyat-logistika imkanlarının və regionların inkişafının önə çəkilməsi iş adamları üçün olduqca əhəmiyyətlidir.
Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub Dəhlizi kimi mühüm nəqliyyat marşrutlarında mövqeyinin daha da gücləndirilməsi ölkəmizin iqtisadi imkanlarını genişləndirir. Tranzit yüklərin həcminin artırılması ilə bağlı qarşıya qoyulan hədəflər yeni investisiyaların cəlb olunmasına, əlavə iş yerlərinin yaradılmasına və sahibkarlıq fəaliyyətinin genişlənməsinə mühüm imkanlar yarada bilər.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycanın sosial-iqtisadi inkişafının mühüm istiqamətlərindən biridir. Bu ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, insanların öz doğma yurdlarına qayıtması ilə yanaşı, yeni iqtisadi imkanların formalaşmasına da şərait yaradır.
Dövlət başçısının sahibkarların ölkənin iqtisadi inkişafında rolunu yüksək qiymətləndirməsi bizi, iş adamlarını daha da ruhlandırır. Biz sahibkarlar dövlət tərəfindən yaradılan imkanlardan səmərəli istifadə etməklə həm iqtisadi inkişafa, həm də yeni iş yerlərinin yaradılmasına öz töhfəmizi verməliyik.
Sahibkarlıq ölkənin sosial-iqtisadi inkişafının əsas dayaqlarından biridir. Güclü və fəal sahibkar təbəqəsinin formalaşması iqtisadiyyatın şaxələndirilməsinə, yeni investisiyaların cəlb olunmasına, istehsal və xidmət sahələrinin genişlənməsinə, ən əsası isə yeni iş yerlərinin yaradılmasına birbaşa təsir göstərir. Bu baxımdan dövlət tərəfindən sahibkarlığın inkişafı üçün yaradılan şərait və iş adamlarına göstərilən diqqət iqtisadi fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Biz iş adamları hesab edirik ki, sahibkarlığın inkişafı yalnız ayrı-ayrı biznes subyektlərinin deyil, bütövlükdə cəmiyyətin sosial rifahının yüksəlməsinə xidmət edir. Hər yeni müəssisə, hər yeni investisiya layihəsi yeni məşğulluq imkanları, ailələr üçün gəlir mənbəyi və ölkə iqtisadiyyatına əlavə dəyər deməkdir. Ona görə də sahibkarların dövlətin müəyyən etdiyi sosial-iqtisadi hədəflərin həyata keçirilməsində fəal iştirakı xüsusi əhəmiyyət daşıyır.
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan sosial-iqtisadi hədəflər növbəti mərhələdə də ardıcıl şəkildə həyata keçiriləcək. Bu prosesdə dövlətlə sahibkarlar arasında əməkdaşlığın daha da güclənməsi, özəl sektorun iqtisadiyyatda rolunun artırılması ölkəmizin dayanıqlı inkişafına və sosial rifahın yüksəlməsinə mühüm töhfə verəcək.
Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın gələcək sosial-iqtisadi inkişafında sahibkarlığın rolu daha da artacaq. Dövlətin yaratdığı əlverişli biznes və investisiya mühiti, həyata keçirilən infrastruktur layihələri və yeni iqtisadi imkanlar sahibkarların fəaliyyətini genişləndirməsinə şərait yaradır. Bizim üzərimizə düşən vəzifə isə bu imkanlardan düzgün və səmərəli istifadə etmək, yeni layihələr həyata keçirmək, yeni iş yerləri yaratmaq və ölkəmizin iqtisadi gücünün artmasına öz töhfəmizi verməkdir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən strateji istiqamətlərin ölkəmizin gələcək inkişafında mühüm rol oynayacağına inanırıq. Biz iş adamları və vətəndaş cəmiyyəti nümayəndələri olaraq dövlətimizin sosial-iqtisadi inkişaf siyasətini dəstəkləyir, sahibkarlığın inkişafı, məşğulluğun artırılması və sosial rifahın yüksəldilməsi istiqamətində üzərimizə düşən məsuliyyəti dərk edir və bu prosesə öz əməli fəaliyyətimizlə töhfə verməyə hazırıq, – deyə Mahirə Əsədova bildirib.

Son xəbərlər

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Pərvin Kərimzadə YAP İdarə Heyətinin üzvü seçilib

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Tahir Mirkişili: YAP yeni dövrün çağırışlarına uyğun olaraq öz siyasi missiyasını inamla davam etdirir

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay