
Gündəm / Cəmiyyət
8.10.2026, 16:38
Rövşanə Ağasəfqızının yeni işi bəlli oldu

Tele-aparıcı Rövşanə Ağasəfqızının yeni iş yeri bəlli olub.
Millixəbər.az milli.az-a istinadən xəbər verir ki, o, yenidən Space TV-də veriliş aparacaq.
Aparıcı bununla bağlı paylaşım edib:
"Yeni veriliş başlayır... Yanımda olan hər kəsə sevgilər, geridə qalanlara uğurlar. Dünəni bağrıma basıb, əl sıxıram. Yaşadığım hər an, hər saniyə üçün sonsuz təşəkkür. Yanlışlarımın əfvi, doğrularımın halalı ümidi ilə yola davam...".
Qeyd edək ki, Rövşanə Ağasəfqızının son iş yeri - Kanal S olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













