
Siyasət
9.03.2023, 12:16
Azərbaycan Prezidenti: “Qarabağda yaşayan ermənilərin həyatı bundan sonra daha yaxşı olacaq”
“Azərbaycan çoxkonfessional, multietnik ölkədir. Azərbaycanda milli azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında bildirib.
Müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələrinin Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşadıqlarını vurğulayan dövlətimizin başçısı deyib:
“Ona görə əminəm ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaq”.
Son xəbərlər
Rusiya ordusu Donetsk vilayətində daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
Dünya
14.05.2025
ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
Cəmiyyət
14.05.2025
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay