Azərbaycan xalqı qədim dövrlərdən insanpərvərliyi və humanistliyi ilə seçilib. Qonşuya və dosta yardım göstərmək adəti bizə babalarımızdan miras qalıb və xalqımızın mənəvi dəyərlərə sadiqliyini göstərir.

Ötən ayın əvvəlində qardaş Türkiyənin cənub-şərqində baş verən güclü zəlzələ nəticəsində 40 mindən çox insanın həlak olması, genişmiqyaslı dağıntılara yol açması Azərbaycanda da dərin ürək ağrısı ilə qarşılandı. Azərbaycan dövləti ilə yanaşı, aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların və ölkə əhalisinin yardım kampaniyalarına fəal şəkildə qoşulması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, zəlzələ ilə əlaqədar Azərbaycan Respublikası tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Belə ki, bu müddətdə Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım göstərilib. Birbaşa göstərilmiş maliyyə yardımının ümumi məbləği isə 22 milyon 776 min 400 manatdır (13 milyon 397 min 883 dollar).

Qeyd edək ki, qardaş Türkiyədə baş verən təbii fəlakətin ağır nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycanın dövlət qurumları səfərbər olaraq köməyə tələsdilər. Prezident İlham Əliyevin göstərişinə əsasən, fəlakət zonasına ilk olaraq Azərbaycanın xilasediciləri çataraq dağıntılar altında qalan insanları çıxarmağa başladılar. Azərbaycandan göndərilən 669 xilasedici Hatay, Antakiya, Kahramanmaraş, Adıyaman və digər şəhərlərdə xilasetmə əməliyyatlarında fəal iştirak edib. Xilasedicilərimiz 53 nəfəri xilas edib, dağıntılar altından 780 cəsədi çıxararaq yaxınlarına veriblər. Fəlakət bölgəsinə 121 həkim və tibbi personal, 150 könüllü gedərək qardaş xalqın dərdinə şərik olub və səmərəli fəaliyyət göstərib. Azərbaycanın hərbi həkimləri 3123 nəfər tibbi xidmət göstərib, ağır yara alanları müalicə edərək sağaldıblar.

Dövlət qurumları tərəfindən Türkiyəyə 6665 çadır, 145 konteyner tipli mobil ev göndərilib, 2 səhra hospitalı və 4 səhra mətbəxi qurularaq zəlzələdən zərər çəkən insanlara xidmət edib. Havaların soyuq keçməsi evləri zəlzələ nəticəsində dağılan insanları daha ağır vəziyyətə saldığından bu problemləri aradan qaldırmaq məqsədilə dövlət qurumları tərəfindən zəlzələ bölgəsinə 786 elektrik generatoru, 11 min 299 ədəd qızdırıcı və texniki avadanlıq, 95 min 580 yataq və yataq ləvazimatı, 207 min 65 dəst isti paltar, 252 ton yanacaq göndərilib.

Xüsusilə vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu Türkiyədə baş verən zəlzələyə ilk reaksiya verən təşkilatlardan biri oldu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Türkiyədəki zəlzələ bölgəsinə 2518 çadır, 135 elektrik generatoru, 19 min 894 ədəd yataq və yataq ləvazimatı, 404 min 58 adda dərman və tibbi ləvazimat, 143 min 955 dəst isti geyim, 2653 qızdırıcı avadanlıq, 6603 qutu ərzaq və qida məhsulu və digər zəruri əşyalar alınaraq göndərilib. Ümumilikdə Heydər Əliyev Fondu tərəfindən Türkiyənin zəlzələ bölgəsinə 9 milyon 485 min 563 manat (5 milyon 579 min 743 dollar) məbləğində yardım göstərilib.
Ümumilikdə dövlət qurumları tərəfindən zəlzələ bölgəsində zərər çəkənlərə 44 milyon 82 min 967 manat (25 milyon 931 min 157 ABŞ dolları) məbləğində humanitar yardım göstərilib. Humanitar yardımların Türkiyəyə çatdırılması üçün 16 təyyarədən, 459 TIR, 25 vaqondan istifadə olunub.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyinin yardım barəsində müraciətindən az sonra Azərbaycan xalqı türk qardaşlarına isti paltar, ərzaq toplamağa və maliyyə vəsaitləri köçürməyə başlayıblar. Bakıda və regionlarda təşkil olunan yardım toplama məntəqələrinə minlərlə insan üz tutaraq isti paltar və ərzaq gətirdilər.

Bu təbii fəlakət saysız-hesabsız sınaqlardan çiyin-çiyinə verərək mətanətlə çıxan Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya göstərdi.

Son xəbərlər

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

Bütün xəbərlər