Azərbaycan XXI əsrin yeganə dövləti və xalqıdır ki, Prezident İlham Əliyevin sərkərdəliyi, ağlı, zəkası, diplomatik məharəti və gücü hesabına ərazi bütövlüyünü və suverenliyini dünya tərəfindən tanınan sərhədləri çərçivəsində bərpa edə bildi.
Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müvəffəqiyyətlə keçdiyi bu 20 ilin hər biri ölkəmiz və xalqımız üçün şərəfli və qürurlu anlarla doludur. Bu ilin hər biri Azərbaycanın böyüməsinə, inkişafına, güclənməsinə, dünyada söz sahibi olan və hörmət edilən ölkəyə çevrilməsinə həsr edildi. 2020-ci ilin payızında Vətən müharibəsini başlatmaq, cəmi 44 gün ərzində tarixi qələbə ilə başa çatdırmaq və itirilmiş torpaqları geri qaytarmaq son 200 ildə yalnız Prezident İlham Əliyevə nəsib oldu, yalnız Prezident İlham Əliyevin siyasi dühası, dəmir iradəsi, qətiyyəti və qorxmazlığı sayəsində Azərbaycan xalqı tək yumruq kimi birləşə bildi, şanlı ordumuz qan tökərək, döyüşərək düşməni darmadağın etdi və torpaqlarımızdan birdəfəlik süpürüb atdı. Prezident İlham Əliyev 2023-cü ilin sentyabrın 19-da isə 44 -günlük müharibənin başa çatmamış 45-ci gününü çox böyük məharətlə tamamladı və Azərbaycanın suverenliyini, bütövlüyünü, milli heysiyyatını tam və qəti şəkildə bərpa etdi. İndiyə kimi həyatını itirmiş bütün şəhidlərimizin qısası alındı, millətimizə qarşı cinayət törətmiş canilər bir-bir yaxalanaraq Bakıya gətirildi, ilahi ədalət zəfər çaldı.
İlham Əliyevin böyüklüyü həm də ondadır ki, məğlub ölkəni qalib ölkəyə çevirməklə, xalqını illərlə əziyyət çəkdiyi “məğlubiyyət sindromu”ndan xilas edə bildi.
15 oktyabr 2023-cü ildə isə Prezident İlham Əliyev tarixin gedişini Azərbaycanın xeyrinə dəyişməyi bacarığının ən parlaq nümunəsini bütün dünyaya nümayiş elətdirdi, çoxumuz üçün hələ də möcüzə olan bir hadisə ilə erməni separatizminə rəsmi şəkildə son nöqtəni qoydu, Azərbaycanın üçrəngli və müqəddəs bayrağını Xankəndində ucaltdı. Bu isə 200 illik erməni zülmünün və məkrli oyununun rəsmən bitdiyi gündür, heç bir sözə sığmayan milli qürurun və milli iradənin təntənəsidir.
Əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.
Cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız son 20 ildə Azərbaycanın heç vaxt unudulmayan qəhrəmanlıq və inkişaf tarixini yazdı. Hər biri əsrə bərabər olan bu illərin mayası xalqa, vətənə, torpağa məhəbbət, bəşər övladına, insanlığa, milli-mənəvi dəyərlərə hörmət, bəşəri ideyalara sədaqətlə yoğrulduğu üçün həm qələbələrimizin memarının - cənab İlham Əliyevin, həm də ona dəstək verənlərin, rəğbət bəsləyənlərin, etimad göstərənlərin - xalqımızın başını ucaltdı, adını şöhrətləndirdi, uğurlarını möhkəmləndirdi. 20 il dövlətə və xalqa sədaqətlə xidmət etmək, insanların böyük hörmətini qazanmaq, dünyanı sülhsevər vətəndaşlarının sevimlisinə çevrilmək rəhbər üçün böyük şərəf və dəyərli qiymətdir. Azərbaycan Prezidenti bu şöhrəti və dəyəri öz fəaliyyəti, xalqına və insanlara xidməti ilə qazanmışdır. 20 illik bir yolun başlanğıcı çox çətin olsa da, dayanacağı uğurlu, keçiləcək məsafələri işıqlı və inamlıdır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı qaldırdı. Bu şərəfli, tarixi gün cənab Prezidentin 20 illik gərgin fəaliyyətinin zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz Lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Cənab Prezident gərgin əməyi, qətiyyəti, iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, Onun sözü imzası qədər keçərlidir. O, göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Biz cənab Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla bir əsrlik saxtakarlığa son qoyulduğunu bütün dünyaya nümayiş etdirdi.Cənab İlham Əliyevin keçdiyi bu yol böyük qürur doğurur. O, bu yolda həmişə xalqı ilə, dünyanın dəyərli insanları ilə bir olub, Vətəninin mənafeyini qoruyub, xalqına sədaqətlə xidmət etməkdən, torpaqlarını qorumaqdan, Azərbaycanı ucaltmaqdan və şöhrətləndirməkdən şərəf duyub, yeni uğurlara, zəfərlərə yollar açıb.
Cənab İlham Əliyevin əməllərinin, amallarının şahidi zaman və insan, adını, şöhrətini əbədiləşdirən, unudulmaz edənsə tarixdir. Tarix Prezidentimizin adını öz səhifəsinə silinməz hərflərlə yazıb və zaman bundan sonra da onun yeni uğurlarının şahidi olacaqdır.
Tarix üçün çox qısa bir zaman kəsiyi olan bu 20 il əslində 200 ildir davam edən məğlubiyyət və faciə ardıcıllığına nöqtə qoyaraq qələbə, qürur və sevinc salnaməsini yazdı. Öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallığı budur: Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bir xalq olaraq qürurla yaşadığımız bu tarixin altında isə tək bir imza var: MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN, PREZİDENT İLHAM ƏLİYEV! 7 fevralda keçiriləcək növbdənkənar prezident seçkilərində böyük əminliklə deyə bilərəm ki, hamımız Azərbaycan Respublikasını inkişaf və tərəqqi yoluna çıxaran, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən, xalqımızı xobəxt gələcəyə aparan siyasətə-qalib xalqın qalib Lideri İlham Əliyev səs verəcəyik! Şübhə yoxur ki, Zəfər seçkiləri xalq-lider birliyinin möhtəşəm təntənəsi olacaq. Hər birimiz budəfəki növbədənkənar seçkilərdə də ölkə rəhbərinin yanında olacaq, ətrafında yumruq kimi sıx birləşəcək, qalib ölkənin qalib liderinə səs verəcəyik.

UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Gəray Mirzəyev

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər