Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov - “İki il öncə noyabr ayının 10-da imzalanmış Bəyanat Azərbaycanın Qələbəsini, Ermənistanın hərbi kapitulyasiyasını rəsmiləşdirən sənəd idi. Bu Bəyanat uzun illər davam edən işğala son qoydu və münaqişənin hərbi mərhələsini başa çatdırdı, eləcə də Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam Qələbəsi ilə nəticələndi”.

Namizəd İsmayılov: "Uğurumuzun yeganə təminatı İlham Əliyev və onun ətrafında möhkəm milli həmrəyliyimizdir"


Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi-siyasi Qələbəsini rəsmiləşdirməklə yanaşı, ümumxalq birliyinin də təntənəsinə çevrilib: “44 gün ərzində ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşadı, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izlədi, uğurlara sevindi, küçələrə axışdı. Ölkəmizdə yaşayan bütün millətlərin, dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bununla da, bütün dünya Azərbaycan xalqının birliyini gördü. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qeyd olunacaq”.

“İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq”. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Vətən müharibəsi Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb və artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bununla da erməni miflərinə son qoyuldu, “böyük Ermənistan” planı fiaskoya uğradı. Qələbə həm də azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaq. Bu, belə də oldu”.

Üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq

Bayraq hər bir millətin imzasını, onun kimliyini təsdiq edən bir varlıqdır. Bayraq həmçinin Vətənə sevgi və məhəbbət rəmzidir. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşında yüksək vətənpərvərlik duyğuları aşılayır. Üçrəngli bayrağımızın yaranması 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası hökumətin başçısı Fətəli Xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın üçrəngli milli bayrağının təsdiq olunması haqqında qərar qəbul olunmuş və ilk dəfə həmin gün Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırılmışdır. 1919-ci il dekabrın 7-də isə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı parlamentin binası üzərində ucaldılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Azərbaycan xalqı doğma və əziz bayrağından 70 il zorla ayrı salındı. Lakin bu 70 il ərzində xalqın min bir əziyyətlə əldə etmiş olduğu üçrəngli bayrağına sevgi və məhəbbəti az da olsa tükənmədi. Əksinə, millətimiz bu bayrağın nə vaxtsa yenə də vətənimizin, doğma Azərbaycanımızın üzərində məğrurluqla dalğalanacağı anı səbirsizliklə gözlədi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqləndi. Bundan əlavə, Ulu Öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.

Ulu Öndər Heydər Əliyev Dövlət bayrağımız haqqında danışarkən qeyd edirdi ki, kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, işğal olunmuş torpaqlarımızın azad olunmasını, ərazi bütövlüyümüzün təmin olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş qarşısında böyük vəzifələr müəyyənləşdirmiş oldu. Azərbaycan xalqı üçrəngli bayaraq altında birləşdi və öz torpaqlarını işğaldan azad etdi. Artıq üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla, Zəfər coşqusu ilə dalğalanır. Müəzffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev hər zaman qeyd edir ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Ölkəmizdə 9 noyabr tarixinin Bayraq Günü kimi qeyd olunması da məhz Prezident İlham Əliyevin üçrəngli bayrağımıza verdiyi böyük dəyərin göstəricisidir. Belə ki, 2009-cu il noyabrın 17-də Prezident cənab İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Artıq xalqımız üçüncü ildir ki, Bayraq Gününü Zəfər sevinci ilə qeyd edir. Xalqımızın qürur mənbəyi olan üçrəngli bayrağımız əbədi olaraq Zəfər əzəməti ilə bütöv Azərbaycanımızda dalğalanacaq.

Son xəbərlər

Səudiyyə Ərəbistanından İrana XƏBƏRDARLIQ

Azərbaycan və İraq XİN rəhbərləri regiondakı gərginliyi müzakirə etdilər

Papa XIV Leo ABŞ və İsrailin İrana hücumuna münasibət bildirdi

Məsud Pezeşkian: İran Xameneinin öldürülməsinin intiqamını özünün vəzifəsi və qanuni hüququ kimi görür

Ceyhun Bayramov Ayətullah Xameneinin ölümü ilə bağlı iranlı həmkarına başsağlığı verib

Xocalı soyqırımı heç vaxt unudulmayacaq

Prezident: Bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin

İqtisadi Şuranın iclası keçirilib

Prezident İlham Əliyev Ərdoğana zəng etdi

Təranə Paşayeva: elmə və alimə hörmətlə yanaşmaq gələcəyimizə hörmət deməkdir

Xocalı faciəsi: informasiya cəmiyyətində tarixi həqiqətlərin bərpası və suverenliyin təntənəsi

Xocalı faciəsi: hüquqi məsuliyyət, ərazi bütövlüyünün təmin olunması və doğma yurda dönüş

Xocalı həqiqətləri və tarixi zəfər

Ali Baş Komandan İlham Əliyev 32 ildən sonra Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı

Tahir Mirkişili: YAP əsas siyasi qüvvə kimi fəaliyyətini uğurla davam etdirir

"Dünyada ən həssas məqamlarda nəzərlər Azərbaycana dikilir”

Sülh Şurasının əsas məqsədi qlobal sülhün təmin edilməsidir

Bundesliqa: “Bavariya” öz meydanında “Ayntraxt Frankfurt”a qalib gəlib

Sülhə maraqlı olmayan dairələr yeni reallıqla barışmaq istəmirlər

"Rəqəmsal dövlət maliyyəsi” sistemi ilə bağlı qanunlara dəyişikliklər parlamentdə təsdiqlənib

Azərbaycanın sülh təşəbbüsləri beynəlxalq münasibətlərdə mühüm önəm kəsb edir

Azərbaycan sabitliyin, əməkdaşlığın və sülhün təşviqində mühüm rolu olan etibarlı tərəfdaş kimi çıxış edir ŞƏRH

Amerikadakı səfirliyimiz təxribat barədə bəyanat yaydı

Məlahət Qəhrəmanova: Süni intellektin Fitoterapiyada rolu

Azərbaycan-Serbiya münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıqdan praktik inteqrasiyaya - ŞƏRH

Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə

Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir

DTX dövlət hakimiyyəti əleyhinə cinayət əməlləri törətmiş şəxslərlə bağlı məlumat yaydı

Tahir Mirkişili: Rəqəmsallaşma pərakəndə deyil, vahid mərkəzdən idarə olunmalıdır

Abşeronda Azərbaycan Televiziyasının ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib

Ekologiya və təbii sərvətlər naziri o oldu

Yeni sədr Saleh Məmmədovun qudasını işdən çıxarıb? - AÇIQLAMA

Roma Papası Azərbaycana dəvət olunub

Bütün xəbərlər