Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov - Bu gün qalib Azərbaycanın uğurlarından bəhs edərkən üçrəngli Bayrağımızın dünya dövlətlərinin bayraqları ilə bir sırada dalğalanmasını xüsusi qeyd edirik. Bu mühüm hadisə hər bir azərbaycanlını qürurlandırır. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatların qarşısında Bayrağımızın ucaldılması da qürurla qeyd edilən uğurlarımız sırasındadır. Bu gün Bayrağımız işğaldan azad edilən torpaqlarımızda ucaldığı üçün qürurluyuq. 30 il bu anı səbirsizliklə gözlədik. Qalibiyyət rəmzi, müjdəçisi olan Bayrağımızın bizə bu Qələbəni çatdıracağına əmin idik. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tariximizin Zəfər səhifəsini yazdı. 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə Qələbə səhifəsi kimi yazılmasını, Azərbaycan əagərinin hər gün işğaldan azad edilən şəhər, qəsəbə və yaşayış məntəqələrində Azərbaycan Bayrağını qaldırması anını hər kəs böyük qürur hissi ilə izlədi. 44 gün paytaxt və bölgələrimizdə küçə, meydanları bəzəyən Bayrağımız bizdə sabaha, tarixi Zəfərimizə böyük inam yaratdı. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsini və Ermənistanın kapitulyasiyasını xalqa müraciətində böyük qürur hissi ilə qeyd edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu müjdəsinə şahidlik edən Azərbaycan Bayrağı oldu. Bayrağımız milli birliyimizin ifadəsi, qürur mənbəyimizdir.

Dövlət Bayrağı xalqımızın azadlıq ideyalarının, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Milli həmrəyliyin başlıca amillərindən olan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc mənbəyidir.

Tarixə qısa nəzər salaq. Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci il aprelin 28-də Azərbaycan Parlamentinin binası üzərindən endirilmişdir. Həmin bayraq bir də 70 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmiş və Azərbaycanın üçrəngli bayrağı rəsmi olaraq Naxçıvan Ali Sovetinin binası üzərində dalğalanmağa başlamışdı. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etmiş, bununla da üçrəngli bayrağımız ölkə səviyyəsində xalqımızın istiqlal rəmzi kimi rəsmən təsdiqlənmişdi.

Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə siyasi proseslərin gedişi Azərbaycanı müstəqilliyini yenidən itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqlardan, iqtisadi böhrandan xilas oldu. Qısa zamanda sabitlik diyarına çevrilən Azərbaycanın bu günü üçün möhkəm təməl formalaşdırıldı. Üçrəngli Bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızda öz əksini tapıb.

Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan son 19 ildə Prezident İlham Əliyevin uğurlu siyasəti, təkmil islahatları nəticəsində Zəfər zirvəsini fəth etdi. Cənab İlham Əliyev dövlət rəmzlərini hər zaman uca tutur. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.

Dövlət başçısı İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. Ölkəmizdə üçrəngli Bayrağımıza və ümumiyyətlə, dövlət rəmzlərimizə göstərilən bu münasibət milli həmrəyliyi, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyi, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsini, dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək istəyindən irəli gəlir. Azərbaycan gəncləri Vətən, torpaq sevgisini, dövlət rəmzlərinə hörməti, yüksək dəyəri 44 günlük İkinci Qarabağ müharibəsində yazdıqları Zəfər səhifəsi ilə təsdiqlədilər.

Son xəbərlər

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

"DƏYƏR VERDİYİN İŞLƏRƏ DƏSTƏK OLMAQ": Nobel mükafatı laureatları pullarını nəyə xərcləyirlər?

Cəbrayılda minaya düşən şəxsin atası da minaya düşüb

Rəqəmsal məkanda kibertəhdidlərə qarşı vətəndaş məsuliyyəti gücləndirilməlidir - MÜSAHİBƏ

Müstəqil xarici siyasətin digər mühüm dayağı güclü iqtisadiyyat və iqtisadi müstəqillikdir

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP Suraxanı rayon təşkilatında dövlət başçısının VIII Qurultaydakı nitqi ilə bağlı müşavirə keçirilib

İlk dəfə bacısı və qardaşı ilə foto paylaşdı

Fidan Mansurova BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Dini komitənin sədrindən MESAJ: "Gənclər xurafatla sağlam dini yanaşmanı fərqləndirməlidir"

MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə

Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

Prezidentdən SƏRƏNCAM - Yüksək vəzifəyə təyin olunanSəbuhi Əliyev kimdir?

Bütün xəbərlər