Papa Fransisk Cənubi Qafqazda Laçın dəhlizindəki vəziyyətdən narahat olduğunu bildirib. O bütün tərəfləri "xalqın xeyrinə sülh yolu ilə həll yolları" tapmağa çağırıb.
"Mən insanların qış mövsümündə daha da çətin təhlükələr yaradan ağır humanitar vəziyyətindən narahatam",- deyə Papa Fransisk bildirib.

Eyni zamanda bir çox ölkələr, Kanada, Estoniya və digərləri Laçın dəhlizinin bağlı qalması ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Maraqlıdır, 30 illik işğala, Xocalı faciəsinə, 1 milyondan çox insanın yurd-yuvasından qaçqın düşməsinə, körpələrin qətlinə göz yuman, səsini çıxaramayan Papanı Laçın dəhlizinin bağlı qalması niyə narahat edir?!

Təəssüf ki, əksər ölkələr bərabərlikdən, həmrəylikdən danışsalar da, ikili standartlardan, riyakar siyasətlərindən əl çəkə bilmirlər.

Milli Məclisin deputatı Arzu Nağıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, katolik kilsəsinin rəhbəri Papa Francisk mütləq şəkildə proses harada olursa-olsun insan hüquqları ilə bağlı açıqlama verə bilərdi.

“Biz bilirik ki, hər hansı təhlükədən söhbət getmir və humanitar vəziyyət daim nəzarətdədir. Humanitar məsələlərlə bağlı istənilən vaxt yol da açıqdır. Azərbaycan tərəfinin tələbi tam başqa istiqamətdədir. Yəni aksiyalarda tələblər ekoloji terrorun qarşısının alınması, monitorinqlərin aparılması ilə bağlıdır. Bunu biz bilirik.

Ancaq katolik kilsəsinin rəhbərliyinə qərəzli şəkildə məlumat verilə bilər. Deyilə bilər ki, orada insanlar humanitar təhlükədədir və yaxud yol bağlı olduğuna görə aclıq ola bilər, səfalət ola bilər.

Bunlar hamısı birtərəfli yanaşmadır. Təbii ki, ortada dini faktor da var. Xristianlıq-müsəlmanlıq faktoru daim olub, olacaq”-deyən deputat qeyd edib ki, müxtəlif ölkələrin istər Kanada olsun, istər digərləri bəyanatlarında ikili standartdan yanaşmalar mövcuddur və olacaq.

Bu, informasiya müharibəsinin tərkib hissəsidir. İnformasiya müharibəsi daim davam edir. Biz də bütün dünyaya çatdırırıq orada nə baş verir. Zatən kim nəyə inanmaq istəyir, ona da inanır.

“Hətta 44 günlük müharibədə də müharibə tək səngərdə getmirdi. Cənab İlham Əliyevin apardığı informasiya müharibəsi Azərbaycanın haqlı olduğunu bütün dünyaya göstərə bildi.

Xocalı soyqırımı, 20 Yanvar, ərazilərimizin işğal altında olduğu zaman ikili yanaşma müşahidə edilib. Bu hallar susqunluqla qarşılanıb”,- deyən deputat vurğulayıb ki, bunun müxtəlif səbəbləri var.

Ermənilərin müxtəlif təşkilatlarda işləməsi, beynəlxalq təşkilatlarla əlaqələrinin olması, onların diasporunun maliyyə dəstəyi - hamısı ciddi faktorlardır.

A.Nağıyev qeyd edib ki, Azərbaycan bu istiqamətdə son illərdə çox ciddi addımlar atıb və öz reallıqlarını dünyaya tanıda bilib. Düşmən tərəf öz yalanlarını özlərinin reallıqlarından daha tez yayırlar. Buna görə də artıq onların yalanlarına da inam azalmaqdadır.

“Bizim diaspor üzrə iş komitəsinin üzərinə ciddi məsuliyyət düşür. Bu istiqamətdə son illər çox müsbət dəyişikliklər, irəliləyişlər var. İstər Xarici İşlər Nazirliyi səviyyəsində, istərsə də diaspor təşkilatları səviyyəsində çox ciddi addımlar atılıb".

Ancaq bütün bunlara baxmayaraq, ikili standartdan yanaşmanın hər zaman olduğunu və olacağını qeyd edən deputatın fikrincə, istər Fransa, istərsə də digər dövlətlər sanki Türk dünyasına qarşı “səlib yürüşünə” çıxıblar.

“Bunlar Türk dünyasının böyüməsini, qələbələrini, nailiyyətlərini sevməyənlərdir. Ona görə də bizim informasiya məkanımız ciddi işləməlidir. İnformasiya istiqamətində də çox ciddi addımlar atılmaqdadır. Tam qələbə çalmaq üçün mütləq şəkildə informasiya müharibəsini davam etdirmək lazımdır. Analitik qabiliyyəti olan gənclər istər sosial şəbəkələrdə, istər digər istiqamətdə bu baxımdan daha da aktiv olmalıdırlar”,- deyə Arzu Nağıyev bildirib.

Son hadisələrlə bağlı danışan deputat vurğulayıb ki, Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, bütün parlamentlərə etiraz aksiyası ilə bağlı məktublar yollayıb.

Həmin məktublarda Azərbaycanın tələbləri, Rusiya sülhməramlı kontingenti tərəfindən Laçın yolunda məhdudiyyətlərin yaradıldığı, Ermənistanın qondarma qurumunun apardığı siyasətlə bağlı çox mühüm açıqlamalar, məlumatlar yer alıb.

Deputatın fikirncə, bu da informasiya müharibəsinin bir hissəsidir.

P.S. Artıq 9 gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəalların aksiyaları davam edir. Nümayişlərdə müxtəlif tələblər səsləndirilir. Amma ilk tələb Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi ərazilərdə ekoloji terrorun dayandırlması ilə bağlıdır. Azərbaycanlı fəalların irəliləməməsi üçün Laçın dəhlizi Rusiya sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Laçın dəhlizinin 9 gündür ki, bağlı olması Ermənistanın yanında olan bir çox dövlətlərin narazılıqlaırnı dilə gətirməsi ilə nəticələnir.

Əvvəl də qeyd etdiyimiz kimi Azərbaycanın faciələrinə göz yuman, lal-kar-kor olan dövlətlər Laçın dəhlizinin bağlı qalmasına dözümsüzlük nümayiş etdirir.

Bir də Azərbaycan tərəfini düşünmək yaxşı olmazmı? 30 illik işğal, 30 illik müharibə şəraiti, şəhidlərimiz, itkinlərimiz, torpaqlarımızın yağmalanması, tarixi abidələrimizin dağıdılıb məhv edilməsi, təcavüzə uğrayan qız-gəlinlər, əsir və girovlarımız, Xocalı soyqırımı, 20 Yanvar faciəsi...Saymaqla bitmir ki... O zaman hardaydınız, ay beynəlxalq bitərəflər?!

Son xəbərlər

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Süni intellektin iqtisadi təsirini ölçməyin yeni yolu: İstifadədən nəticəyə

NƏQLİYYAT DƏHLİZİNDƏN İQTİSADİ DƏHLİZƏ

Soltan Məmmədov: Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycan-Özbəkistan: Mədəni təsir tarixi (4-cü yazı)

Azərbaycan-Özbəkistan: Elmi və Ədəbi təsir tarixi (2-ci yazı)

Azərbaycan-Özbəkistan: İqtisadi təsir tarixi (1-ci yazı)

Azərbaycan-Özbəkistan: İdeya təsir tarixi (3-cü yazı)

Azərbaycan Mətbuat Şurası bəyanat yayıb

VƏTƏNDƏN UZAQDA, VƏTƏNƏ YAXIN

Prezidentin Naxçıvan səfəri: Qədim diyarın yeni strateji inkişaf mərhələsini sürətləndirəcək

BAK-IN İdarə Heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb

"Wildberries"in rəqəmsal infrastrukturuna kiberhücum olub

Emin Ağalarov “Sea breeze”dəki bədbəxt hadisə ilə bağlı açıqlama YAYDI

Millət vəkili Soltan Məmmədov şəhid Ceyhun Nəhmətovun ailəsini ziyarət edib

Ayda yeni era: Robotlar quracaq, insanlar yaşayacaq

NAXÇIVAN-ŞƏRQİ ZƏNGƏZUR-QARABAĞ: vahid məkan

Tahir Mirkişili: "Naxçıvan Azərbaycanın yeni geoiqtisadi mərkəzinə çevrilir”

Logistika sistemi rəqəmsal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır

Rəqəmsal dövrdə iqtisadiyyatın yeni düsturu: Adam Smitin ideyaları 250 il sonra aktualdırmı? - TƏHLİL

Ersağ Azərbaycan: Sağlam həyat, keyfiyyətli məhsullar və yeni qazanc imkanları

Dünyada Məhkəmə sistemində yeni dövr başlayır

U-17 (yeniyetmələr) dünya çempionatlarının nəticələrinin müqayisəsi (Bakı:2012-2026:)

Deputat: "Azərbaycanın dövlət rəsmiləri onların qarşısına çıxmaqdan çəkinmir, "söyüş müxalifəti" isə eyni ssenarini təkrarlayır"

Bütün xəbərlər