“Əkinçi” qəzeti -150 yaşın mübarək!


Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür. 150 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Bu tarix 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.



1998-ci ilin avqustunda senzuranın ləğvi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər.Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsindəpərakəndəliyi aradan qaldırmağa müvəffəq olub, Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli"Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Ulu öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.



Bu ilin aprelində Azərbaycan Respublikası Prezidenti milli mətbuatımıza, onun keçdiyi şərəfli yola, müasir jurnalistikamıza böyük diqqət göstərdiyini, hər zamankı kimi həssas yanaşdığını növbəti dəfə təsdiqləyərək Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı.



Azərbaycan İdman Akademiyasının (ASA) ”Multimedia Mərkəzi”.

Bu gün ölkəmizdə informasiya azadlığı var. Televiziya, radio və internet səhifələrində hər dəqiqə yeni xəbərlər eşidir və oxuyuruq. Amma. ”Multimedia Mərkəzi” bunlardan bir az fərqlənir.
Azərbaycan İdman Akademiyasında (ASA) ”Multimedia Mərkəzi”-ini kollektivini yaxşı tanıyıram, peşəkarlığınıza bələdəm. Bir ”Multimedia Mərkəz” üçün 8 il elə də uzun bir vaxt deyil. Amma bu müddətdə ”Multimedia Mərkəzi” ictimaiyyətin yüksək rəğbətini qazanıb. Əlbəttə, bu da birbaşa əməkdaşların peşəkarlığı ilə bağlıdır. Şübhəsiz ki, peşəkarlıq olan yerdə uğur da olacaq. ”Multimedia Mərkəzi” 8 ildir ki, dayanmadan xalqa xidmət göstərir. Ən böyük nailiyyət də elə budur. ”Multimedia Mərkəzi”n bütün yaradıcı kollektivinə uğurlar arzulayıram.
”Multimedia Mərkəzi”də yazılanlar dəyişilmir. O, bir sənədə bənzəyir. ”Multimedia Mərkəzi”n ərsəyə gətirən kollektiv bu məsuliyyəti yaxşı başa düşür. ”Multimedia Mərkəzi”ndə obyektivlik qorunur, baş verən hadisələr olduğu kimi yazıya çevrilir, oxucuya çatdırılır. Burada təhrif və qərəzə rast gəlməmişəm. Elə buna görə də ”Multimedia Mərkəzi” idman mətbuatları arasında liderdir. Geniş formatda olan akademiyanın sayıtında akademiyada keçirilən tədbirlər haqqında dolğun məlumatlar yer alır. Bunu tərif üçün demirəm. Bir oxucu kimi fikirlərimi sizinlə bölüşürəm.
8 il ərzində ”Multimedia Mərkəzi” bir neçə onilliyə bərabər işin öhdəsindən layiqincə gəlib. beynəlxalq arenalarda akademiyanın şərəfini ləyaqətlə qoruyan idmançılarımızın nailiyyətlərini öz səhifələrində əks etdirir. Fürsətdən istifadə edib, ”Multimedia Mərkəzi”n kollektivini səmimi qəlbdən təbrik edirəm.
”Multimedia Mərkəzi”ni 8 yaşı olması münasibətilə təbrik edirəm. ”Multimedia Mərkəzi” yarandığı ilk gündən akademiyanın idmançılarının uğurlu çıxışlarını, elmi nailıyyətlərini, beynəlxalq görüşlərini və başqa tədbirləri xalqımıza çatdırır.
Jurnalistika çətin peşədir. Çətin olduğu qədər də, məsuliyyətli və şərəflidir. Təsadüfi deyil ki, mətbuatı "cəmiyyətin dili” adlandırırlar. Ölkəmizdə öz işini dərindən bilən peşəkar jurnalistlər kifayət qədər çoxdur. Onlardan biri də hazırda Azərbaycan İdman Akademiyasında MediaLab-ın meneceri vəzifəsində çalışan, eyni zamanda İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdir əvəzi olaraq fəaliyyət göstərşn Qoşqar Niyazi oğlu Cəfərovovdur.






Qoşqar Cəfərov 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olmuş, ali təhsillidir. 15 ilə yaxındır ki, müddətdə media sahəsində fəaliyyət göstərir. Bu illər ərzində əsas fəaliyyət istiqaməti radioda olub.
O, fərqli radiolarda baş prodüser vəzifəsində çalışmışdır (PRO MEDİA GROUP, PRO MEDİA GROUP, 107.7 AVTO FM, 93.3 Baku RETRO FM, 97.7 Baku HİT FM, 104 FM). Azərbaycan-Gürcüstan FM (AGFM) – Gürcüstanda fəaliyyət göstərən radio kanalı).
Bundan əlavə, digər radio kanalları ilə də əməkdaşlıq çərçivəsində müxtəlif layihələrdə iştirak etmiş, bu layihələrə səhər proqramları, əyləncə yönümlü verilişlər, siyasi və iqtisadi mövzuları əhatə edən proqramlar, eləcə də dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində hazırlanmış verilişlər daxildir.


Azərbaycan İdman Akademiyasında MediaLab-ın meneceri və marketinq şöbəsinin müdir əvəzi Qoşqar Cəfərov deyir:

Azərbaycan İdman Akademiyasında (ASA) 2017/2018-ci tədris illərində ”Multimedia Mərkəzi” yaranmışdır.
Beynəlxalq standartı və ən yaxşı dünya təcrübəsini özündə əks etdirən proqram Azərbaycanda, eləcə də Qafqaz regionunda bu istiqamətdə ilk magistr proqramıdır. “İdman Jurnalistikası” Magistr ixtisasının yaradılmasında əsas məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir.
Hazirda Azərbaycan İdman Akademiyasında İdman Jurnalistikası Magistr Proqramının tədrisi üçün Multimedia Mərkəzindəki əsas avadanlıqlar yüksək səviyyədə fəaliyyət göstərir: Onlardan:


1. HP Z6 G4 Series Tower Workstation (3GF36UT) - Kompüter Prosessoru. Displeylə birgə Radio və TV modulları zamanı səs və video redaktəsi üçün istifadə olunur.
2. SONY PXW -X70 Professional XDCAM Compact Camcorder (A2KAU5) - Kompakt videokamera. TV modulu zamanı istifadə olunur.
3. BLACKMAGIC Design ATEM Television Studio Pro HD - Telestudiya üçün nəzərdə tutulmuş mikşer pultu. TV modulu zamanl istifadə olunur. Bir neçə ekranda göstərilən görüntülərin növbələşdirilməsi və idarəsi üçün istifadə olunur.
4. Datavideo ITC100HP2K ITC-100 Wired Intercom System - Çəkiliş zamanı rejissor və operatorlar arasında əlaqə saxlanması üçün istifadə olunan qurğudur. TV modulu üçün nəzərdə tutulub.
5. 43 Sony XBR - X800E Class HDR UHD Smart LED TV - 43 diaqonal TV ekranı çəkilişləri nəzərdən keçirmək, onlara nəzarət etmək üçün istifadə olunur. TV modulu üçün nəzərdə tutulub.
6. (3 ədəd) 32 SONY KLV -32W602D Class HD Smart Multi -System LED TV - 32 diaqonal TV ekranı çəkilişləri nəzərdən keçirmək, onlara nəzarət etmək üçün istifadə olunur.
7. 4 Tb SEAGATE 128MB/7200/3.5 SATA HDD (ST4000NM0035) - 4 terabayt yaddaşı olan daxili HDD (sərt disk). Radio və TV modulları zamanı istifadə olunur.
8. BEHRINGER Xenyx X1222 USB 16-Input USB Audio Mixer w/ Effects - Audio mikşer pultu. Səsin idarə olunması və səs effektlərinin yaranması üçün istifadə olunur. Radio modulu üçün nəzərdə tutulub.
9. (2ədəd) BLACKMAGIC Design SDI to HDMI Mini Converter - SDI siqnalını HDMI siqnalına çevirən qurğu. TV modulu zamanı istifadə olunur.
10. 2 GB PNY Nvidia Quadro K620 Professional Graphics Card - Kompüter prosessoruna quraşdırılmış qrafik kard. Bu kart qrafik təsvirlərinin rəng dolğunluğunu və dəqiqliyini artırır. TV modulda istifadə olunur.
11. SAMSON S-phone 4-Ch Headphon oe Mixer/Amplifier - Qulaqcıqların qoşulması və onlara daxil olan səsin idarə olunmasını təmin edən qurğudur. Radio və TV modullarında istifadə olunur.
12. (2 ədəd) DBX 266xs Compressor/Gate - Səs yazılma prosesini və səs effektlərini idarə edən qurğu. Radio və TV modullarında istifadə olunur.
13. (2 ədəd) OmniMount OS80FM Medium Full Motion Mount for 32-50 TVs - TV ekranının divardan asılması üçün istifadə olunan qurğu. TV modulu üçün nəzərdə tutulub.
14. BEHRINGER Xenyx 302USB 5-Input Compact Mixer & USB Interface - USB quraşdırılmış mini mikşer pultu. TV və Radio modullarında istifadə olunur.
15. HP PC - HP kompüter ekranı. Radio və TV modullarında istifadə olunur.
16. (2 ədəd) SENNHEISER EW100 ENG G3 A1 Dual Wireless Basic Kit (470-516 MHz) - Naqilsiz mikrofon sistemi. Qəbuledici və mikrofondan təşkil olunub. TV modulu zamanı istifadə olunur.
17. HP Envy Notebook - HP Envy noutbuku. Bütün modullarda istifadə olunur.
18. (5 ədəd) AXRTEC AXR-A-1040BV Bi-Color LED Light Panel - Uzaqdan idarə olunan LED işığı. TV modulu zamanı istifadə olunur.
19. (2 ədəd) E-Image EG05A2 Two-Stage Aluminum Tripod System - TV kamerası üçün nəzərdə tutulmuş tripod (üçayaqlı dayaq).
20. (6 ədəd) Dynacore DTW-500W Studio Fresnel Spot Light - Çəkiliş məkanının işıqlandırılması üçün istifadə olunan, tavana bərkidilən işıqlandırma avadanlıqları.
21. (6 ədəd) Globalmediapro LS-1 Video Lighting Studio Stand (A2HG51) - LED işıqlandırma avadanlıqlarının quraşdırılması üçün istifadə olunan dayaq. TV modulu zamanı istifadə olunur.
22. AZDEN SGM-PDII Professional Shotgun Microphone - TV və DSLR kameraların üzərinə quraşdırılan mikrofon. TV, Mobil Video modulunda istifadə olunur.
23. (2 ədəd) VIDPRO Professional Photo & Video LED Light Kit - İşıqlandırma dəsti. LED işığı, parlaqlığı idarə edən qurğudan təşkil olunub. TV modulunda istifadə olunur.
24. WATSON Duo LCD Charger for P? H&V Series Batteries D-4212 BW0117 - Batareya şarjı. TV modulunda istifadə olunur.
25. (3 ədəd) WATSON 8-Bay Rapid Charger Kit with AA MX NiMH Rechargeable Batt - Şarj oluna bilən batareyalar.
26. (10 ədəd) AVENGER C4462 MP Coupler with 5/8 (16mm) Spigot - Kronşteyn. İşıqlandırma sisteminin tavana bərkidilməsi üçün istifadə olunur.
27. (3 ədəd) GATOR Cases Frameworks Mini Tripod Desktop MIC Stand GFW-MIC0250 - Mikrofon üçün mini dayaq. TV modulunda istifadə olunur.
Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Bu gün peşə bayramını qeyd edən Azərbaycan İdman Akademiyasının ”Multimedia Mərkəzi” kollektivi başda olmaqla, bütün həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar diləyirik.




Dilqəm Quliyev,

ASA-nın “İdmançı” qəzetinin baş redaktoru,
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər
Birliyinin üzvü, «Qızıl qələm» media mükafatçısı.

Son xəbərlər

Elşad Daşdəmirov: 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində qalib xalq olaraq suverenliyimizi bərpa etdik

Prezzident İlham Əliyevin BMT tribunasından MESAJLARI

Prezident İlham Əliyev qalib ölkənin lideri kimi BMT kürsüsündən vacib mesajlar verdi

27 sentyabr - Zəfərə aparan yol

LHAM ƏLİYEV: “Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir

Dövlət Suverenliyi Gününün havası açıqlanıb

Şahin Seyidzadə: Müstəqillik və dövlət suverenliyi xalqımızın ən qiymətli sərvətidir

Azərbaycan İdman Akademiyasında ilk dəfə Akademiyanın himni səsləndirilib

Jurnalist Səidə Bəkirqızı Space TV-dən ayrıldı

Dilqəm Quliyev: Təhsildə "beyin mərkəzləri"nin rolu. (Azərbaycan İdman Akademiyasının I illik iş təcrübəsindən)

Göygöl Rayon Mərkəzi Xəstəxanasında müasir LOR kombayn xidməti istifadəyə verilib

Nazirlikdən məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ

"Ana olmaq istəyirəm"

"Kişilərdən özümə qarşı qıcıq görürəm"

İmişli rayonunda aztəminatlı ailələrin övladlarına məktəbli formaları və ləvazimatları təqdim olunub

Bakıda məktəb direktoru işdən çıxarıldı

Balakəndə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Tramp qəzəbləndi, tezliklə Putinlə danışacam

SON DƏQİQƏ! 15 ölkə Azərbaycanla bağlı bəyanat verdi

Balakəndə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib+FOTOLAR

Tramp: 7 müharibə həll etdim, amma Putin...

ŞƏT ilə əməkdaşlıq dövlətimizin siyasi-iqtisadi maraqlarına tam cavab verir

Pərvanə Vəliyeva: Sülh, sabitlik və yeni əməkdaşlıq mərhələsi

Dərslərin başlama vaxtının Formula 1-ə görə dəyişdirilməsi xəbərinə rəsmi açıqlama

Yeni strateji dövrün başlanğıcı

Qlobal enerji və nəqliyyat layihələri fonunda dövlətimizin mövqeyi güclənir

Hakan Fidan: Zəngəzur dəhlizi Ankara ilə Bakı arasında razılaşdırılaraq həll olunub

Şahin Seyidzadə: Böyük Qayıdış müasir dövrdə dövlət siyasətinin uğurudur

Atılan bu addımlar bir daha təsdiqləyir ki, bu, sözdə yox, əməldə dostluqdur, qardaşlıqdır

Sevinc Hüseynova: Sülh, inkişaf və geosiyasi reallıqlar

Azərbaycan regional sabitliyin qorunması istiqamətində fəal iş aparır

Fidan Hüseyinova: Bərpa-quruculuq işləri inkişaf nümunəsinə çevrilib

Bütün xəbərlər