Bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Bunlarla yanaşı, təhsilin inkişaf etdirilməsi, keyfiyyətcə yeni tərəqqi meyilləri və motivlərinin əldə olunmasına təkan verən mühüm amillərdən biri də bu sahəyə yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsidir. Məhz bu proses Azərbaycanın təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunmasına gətirib çıxaran başlıca meyilləri özündə ehtiva edir. Bu onu deməyə əsas verir ki, Azərbaycanın təhsil sisteminin mühüm vəzifə, məqsəd, meyil, motiv və inkişaf prioritetləri dünyada cərəyan edən proseslərə inteqrasiya olunmaqla, beynəlxalq standartların mənimsənilməsi və təhsil təcrübəsinə tətbiq olunmasıyla müəyyənləşdirilir. Elə bu prosesin fonunda əldə edilən nəticə və göstəricilər ölkəmizin təhsil sistemində mütərəqqi meyillərin davamlı xarakter almasına gətirib çıxarır. Bu isə ümumi inkişaf konsepsiyasının təhsil istiqamətinin əsaslarının möhkəmləndirilməsinə və intellektual inkişaf səviyyəsinin daha da yüksəldilməsinə səbəb olur.
Son dövrlərdə Azərbaycan iqtisadiyyatını, təhsilini və infrastrukturunu daha da inkişaf etdirmək, xalqının həyat standartlarını yüksəltmək və ölkənin beynəlxalq arenadakı mövqeyini möhkəmləndirmək üçün strateji planlar həyata keçirir. Ölkənin enerji sahəsindəki irimiqyaslı layihələri, infrastrukturun inkişafı və digər strateji sahələrdə görülən böyük işlər Azərbaycanın dünya iqtisadiyyatında daha vacib və nüfuzlu bir rol oynamasına imkan verir. Bu inkişaf yolunda ölkənin lideri Prezident İlham Əliyev Azərbaycanın tarixində yeni bir səhifə açmaqda ən vacib şəxslərdən biri kimi təsdiqlənir. Azərbaycanın sosial sahələrdə də irəliləyişi diqqət çəkir. Təhsil, sağlamlıq, mədəniyyət və digər ictimai sahələrdəki dəyişikliklər ölkədəki yaşam keyfiyyətinin artmasına və insanların rifahının yüksəlməsinə yardımçı olur. Bir çox sosial proqramlar Azərbaycanın inkişaf yolunda müsbət dəyişikliklər əldə etməsində mühüm bir rol oynayır. Həmçinin Azərbaycanın beynəlxalq arenadakı mövqeyi də dəyərləndirilməlidir. Ölkə regionda və dünyada sülh, təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi üçün müsbət bir təsir göstərir. Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycan bir çox beynəlxalq təşkilatlarda və platformalarda fəal şəkildə iştirak edir, müstəqil fikirlərini özünəməxsus bir şəkildə ifadə edir. son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunur. Azərbaycanda təhsilin inkişafı, bu sahədə geniş məzmunlu islahatların həyata keçirilməsi, müasir infrastruktur bazasının yaradılması həm də ölkənin güclü iqtisadi potensialı ilə şərtlənir. Hazırda Azərbaycan iqtisadiyyatının dinamik inkişaf səviyyəsi respublikada iri sosial layihələri reallaşdırmağa, o cümlədən də təhsil infrastrukturunu yeniləşdirməyə imkan verir. Ölkəmizin, xalqımızın xoşbəxtliyi ondadır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikanın iqtisadi kapitalının, maddi resurslarının insan kapitalına çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müəllimlərin maaşlarında ciddi artımlar müşahidə olunur. Ötən illərlə müqayisədə bu gün Azərbaycan müəlliminin maaşı xeyli artıb. Təhsil sahəsində mühüm fərman, sərəncamlar icra olunub. Bu gün təhsil ocaqlarımızda yaradılan müsbət mənəvi-psixoloji mühit, təhlükəsiz iş şəraiti, yaradıcı fəaliyyət atmosferi, rəhbər işçilərin və müəllimlərin vəzifə funksiyalarına məsuliyyətli münasibəti, məktəb-valideyn əlaqələrinin pedaqoji əməkdaşlıq əsasında qurulması, şagirdlərə diqqət, qayğı, məhəbbətlə yanaşılması, ən başlıcası isə hər bir uşağa onun gələcəkdə dövlətimiz, cəmiyyətimiz üçün gərəkli şəxsiyyət olacağı düşüncəsinin aşılanması keyfiyyətli təhsilin əsasını təşkil edir. Prezident İlham Əliyevin təhsilimizin daha da yüksəlməsi naminə həyata keçirdiyi məqsədyönlü tədbirlər hamımızın ürəyindən xəbər verir. Təhsilimizə göstərilən dövlət qayğısı gələcəyimizin etibarlı təminatı deməkdir. Misli görünməmiş vüsətlə həyata keçirilən məktəb tikintisi, kurikulumların tətbiqi, informasiya və kommunikasiya texnologiyaları ilə təminat proqramının uğurla yerinə yetirilməsi deyilənlərə parlaq sübutdur. Milli mənəvi dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi, layiqli vətəndaşlar tərbiyə edilməsi bu gün biz müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdəndir. Ötən otuz bir ildə Azərbaycanda siyasi sabitlik daha da möhkəmlənmiş, mühüm regional layihələr reallaşmış, ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Azərbaycan artıq xalqımızın sevimli bayramı olan Novruz bayramını qalib xalq kimi qeyd edir. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Azərbaycan xalqı intiqamını mənfur düşməndən döyüş meydanında aldı. Xalqımız işğal altında olan torpaqlarımızı azad edərək bütün tariximizə səs salan, onu şərəfləndirən möhtəşəm Qələbəyə imza atdı. Ölkə Prezidentinin cəsarəti, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti və xalqımızın dəstəyi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdı. Xalqımız düz 30 il bu şərəfli, şanlı günlərin həsrəti ilə yaşadı. Torpaq itkisinə dözmək çətin olsa da, üç onillik ərzində zəfər gününün gələcəyini böyük inamla gözləmişik, qəlbimiz həmişə düşmən işğalında qalan yurd yerlərimizlə döyünüb, fikrimiz, düşüncələrimiz Şuşada, Xankəndidə, Kəlbəcərdə, Laçında, Qubadlıda gəzib-dolaşıb. Çox xoşbəxtik ki, işğaldan azad olunmuş torpaqlarımızda bayram tonqalları qalanır. 11 ayın sultanı müqəddəs Ramazan ayında xalqımızı Noruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Milli dəyərimiz, birliyin və həmrəyliyin simvolu olan, baharın qədəm qoyduğu Novruz bayramında hər birinizə sağlam həyat, xoş əhval-ruhiyyə və xoşbəxtlik arzulayıram. Təhsil işçisi kimi xalqımızı Novruz bayramı münasibətilə bir daha təbrik edir, möhkəm cansağlığı, uzun ömur və xoşbəxtlik, müqəddəs amallar və arzuların gerçəkləşməsi naminə cansağlığı, xoşbəxtlik, səmimiyyət və məsuliyyət arzulayıram. Qoy bu bayram hər birinizin ailəsinə bayram ovqatı, bol ruzi-bərəkət və sevinc bəxş etsin.



Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin
Azərbaycan dili , ədəbiyyat və rus dili fənni üzrə fəal müəllim Sevda Seyidova

Son xəbərlər

Əli Əsədov İqtisadi Şuranın növbəti iclasını keçirilib

Qaradağda “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib+FOTOLAR

Abşeronda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib - FOTOLAR

Beyləqanda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib

Daşınmaz əmlak hüquqlarının tanınması sahəsində növbəti hüquqi addım

Deputat Şahin Seyidzadə Heydər zirvəsində

İmişlidə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib+FOTOLAR

Həbib Cəfərov: Mediamız bütün dövrlərdə öz prinsiplərinə sadiq olub

Mediamız daha da təkmilləşir, yeniləşir

Millət vəkili Şahin Seyidzadənin Azərbaycan mediasına HESABATI

“Əkinçi” qəzeti -150 yaşın mübarək!

Ulu Öndərin keşməkeşli və şərəfli ömür yolu müstəqil Azərbaycanın tarixində müstəsna yer tutur

Heydər Əliyevin əsasını qoyduğu siyasətin bəhrəsidir və onun keçdiyi həyat yolu gələcək nəsillərə əvəzsiz nümunədir

Ümummilli lider hələ o illərdə Azərbaycanın gələcəyini hesablayır, bugününü qururdu

Cahid Şahbazova cinayət işi açıldı

Elçin Əmirbəyov Ermənistanla sülh prosesi barədə danışıb-MÜSAHİBƏ

"Ayı" və "Əjdaha"nın ittifaqı: Qərbin qorxusu...

Xankəndində keçirilən 17-ci Zirvə görüşü regionun geosiyasi mənzərəsində mühüm hadisə kimi tarixə düşdü

Anar Bağırov:Keçirilən imtahanlar nəticəsində vəkillərin sayı artır-AÇIQLAMA

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər imtahan verir

Ukrayna Rusiya ordusunun topunu 25 km məsafədən məhv edib

Sadə pəhriz beyin fəaliyyətini əhəmiyyətli dərəcədə artırır...

Xameneidən 25 gündür xəbər YOXDUR

Məleykə Abbaszadə: Valideynlər uşaqlarının ixtisas seçimində nəzərə almalıdırlar ki,..

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

Spirtin kişi və qadınlarda qərar qəbul etmə prosesinə fərqli təsiri

Şuşada İlham Əliyevin adından ECO Zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi nahar verilib

İlham Əliyev Xankəndidə Ərdoğanla görüşdü

Pərvanə Vəliyeva: Bu ölkələr ortaq türk köklərinə, İslam dininə və bənzər adət-ənənələrə malikdir

Ərdoğan Azərbaycana gəlib

Pakistanın Baş naziri Xankəndiyə gəlib

İmişlidəki hadisələrə görə həbs olunan 19 nəfərə hökm oxundu

ABŞ-da milyardlarla milçək təyyarələrdən atılacaq

Bütün xəbərlər