Hər il 26 iyun tarixində Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Bu əlamətdar gün ölkənin hərbi qüdrətinin simvoluna çevrilmiş, Vətənimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında misilsiz xidmətlər göstərən Azərbaycan Ordusuna dərin hörmət və ehtiramın ifadəsidir. 26 iyun tarixi təsadüfən seçilməmişdir. 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk milli ordu – "Azərbaycan Silahlı Qüvvələri" yaradılmışdır. Bu hadisə xalqımızın dövlətçilik tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Sovetlər Birliyi dövründə milli ordumuzun fəaliyyəti dayandırılsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə Silahlı Qüvvələr yenidən formalaşdırıldı və bu gün öz müasir inkişaf mərhələsindədir.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində sistemli və ardıcıl islahatlara başlanıldı. Hərbi kadr hazırlığı, texniki təminat və döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi. Bu siyasət bu gün də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


2020-ci ildə Vətən müharibəsində əldə olunan şanlı Qələbə Azərbaycan Ordusunun gücünü və peşəkarlığını bir daha sübut etdi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük savaş nəticəsində işğal altındakı torpaqlar azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Bu uğurun əldə olunmasında Silahlı Qüvvələrin şücaəti, yüksək döyüş hazırlığı və xalqın orduya olan sonsuz dəstəyi həlledici rol oynadı.

Hazırda Azərbaycan Silahlı Qüvvələri beynəlxalq standartlara cavab verən, yüksək texnologiyalarla təchiz olunmuş, müasir və çevik bir orduya çevrilmişdir. Ordumuz NATO ilə əməkdaşlıq çərçivəsində beynəlxalq təlimlərdə iştirak edir, sülhməramlı missiyalarda yer alır və regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edir.

26 İyun – Silahlı Qüvvələr Günü yalnız hərbçilərin deyil, hər bir vətənsevər Azərbaycan vətəndaşının qürur günüdür. Bu gün biz Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu dəyərləndirir, şəhidlərimizi ehtiramla yad edir, qazilərimizə və xidmət edən əsgərlərimizə təşəkkür edirik. Güclü ordu güclü dövlətin təməlidir və bu əsas üzərində Azərbaycanın sabahı daha da parlaq olacaqdır.

Əminə Ağazadə,
Milli Məclisin dəputatı

Son xəbərlər

Qızıl iqtisadiyyatda sadəcə qiymətli metal deyil. O, eyni zamanda ehtiyat, investisiya, riskdən qorunma və etimad alətidir

Professor Dilqəm Quliyevin Azadlıq və Zəfər Salnaməsi

Sumqayıtda “Əsrin müqaviləsindən – Suverenliyə” mövzusunda elmi-praktik konfrans keçirilib

Sumqayıtda “PeşəFest-2026” tədbiri keçirilib

Dilqəm Quliyev: Bəşər tarixində ümumi xalqın bir arzusu olub- Azadlıq!

Tahir Mirkişili:Türk dünyası Azərbaycana strateji dərinlik, Qafqaz regional çəki, İslam dünyası iqtisadi-siyasi imkanlar verir

Tahir Mirkişili Sumqayıtda növbəti vətəndaş qəbulu keçirib

Azərbaycanın Qarabağ siyasəti: sülh, quruculuq və iqtisadi inkişaf - ŞƏRH

Abşeronda Bilik Günü münasibətilə tədbirlər keçirilib

Hərbi qələbədən böyük quruculuğa: azad Qarabağ inkişaf məkanına çevrilir

Ferhat Pirinççi: Bakı Türk dünyası baxımından unikal və mühüm mərkəzdir

Burhanettin Duran: Türk dünyası güclü koordinasiya ilə hərəkət etməlidir

Tahir Mirkişili Bilik Günü münasibətilə təbrik paylaşımı edib

Pezeşkian Azərbaycanın müstəqilliyi ilə bağlı kitabı öpdü və "mütləq oxuyacam" dedi

UNEC-də “İqtisadi dinamikanın əsasları” dərsliyinin təqdimatı keçirilib

10 İLDƏN SONRA DÖVLƏT HƏR KƏSƏ YÜKSƏK GƏLİR ÖDƏMƏLİ OLACAQMI?

GENDER məsələsi, yoxsa İQTİSADİ data çatışmazlığı?

AQSİA üzvləri AYLA Plastik MMC-nin fəaliyyəti ilə tanış olublar

TƏHSİLDƏ SÜNİ İNTELLEKDƏN İSTİFADƏNİ TƏNZİMLƏMƏK MÜMKÜNDÜRMÜ?

QHT-lərin rəqəmsal dayanıqlılığı və kibertəhlükəsizliyi “NGO Tech Talks” sessiyasında müzakirə olunub

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Zəfər Nəğməsi

Professor Dilqəm Quliyevin Qərbi Azərbaycana Qayıdış nəğməsi

Sosial siyasətdə insan amilinin prioritetetliyi

Tramp: İran ölüb

Tramp: İran ölüb

Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

Putin də Qırğızıstana getdi - bir sıra liderlərlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

MALİYYƏÇİ QADINLARIN DANIŞILMAMIŞ HEKAYƏLƏRİ

Tahir Mirkişilidən növbəti YAZI: "MÜHARİBƏ VERGİSİ”

Tahir Mirkişili: “Azərbaycan süni intellekt üzrə regional mərkəzə çevrilə bilər”

Tahir Mirkişili YAZIR: “Yanan evlər, yaşayan xatirələr”

Laçın: Böyük qayıdışın və quruculuq siyasətinin parlaq nümunəsidir

Bütün xəbərlər