Eldar İbrahimov: Mehdiyev İlham Əliyevin prezidentliyə namizəd olmağını istəmirdi


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında qalmaqal davam edir. İş çərçivəsində onunla əlbir olmaqda ittiham olunan AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində həbs qətimkan tədbiri seçilib.

"Mehdiyev işi" ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Millixəbər.az xəbər verir ki, hadisələri Modern.az-a şərh edən Milli Məclisin İntizam komissiyasının sədri, YAP-ın məşhur simalarından olan Eldar İbrahimov indiyədək məlum olmayan bir sıra faktları açıqlayıb.

O bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında Ramiz Mehdiyevin işi ilə bağlı çox gərgin müzakirələr gedir:

"Bir çox insanlar hətta düşünmürlər ki, 87 yaşında olan bir şəxs qanuni yolla hakimiyyətə gəlməyin mümkün olmadığını bildiyi halda zorakı yolla ölkəyə rəhbərlik etmək iddiasına düşsün. Ancaq bu bir həqiqətdir və Ramizkimilərin əqidəsi gec-tez üzə çıxmalı idi və hazırda bütün ölkəyə bəyan olundu.

Ulu Öndər Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində respublikamıza rəhbərlik etdiyi vaxtlar kasıb ailələrdən olan gəncləri yuxarı orqanlara dəvət edərək onların bilik və bacarıqlarının daha da təkmilləşməsinə, idarəetmə təcrübəsi toplamalarına şərait yaradırdı. Belə gənclərdən biri də Moskvada aspiranturanı bitirib Azərbaycana qayıdan Ramiz Mehdiyev idi. O, bu dövrdə məhz Heydər Əliyevin diqqət və qayğısı ilə respublikamızın partiya orqanlarında yüksək vəzifələr tutmuş, həmin vaxtlarda hətta ölkəmizin Ali idarəetmə orqanı olan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsinə kimi yüksəlmişdir. Bununla belə, o, öz çirkin əməllərindən də əl çəkməmişdir.

Onun xisləti özü xasiyyətdə olan adamları ətrafına toplamaqla qruplar yaratmaq, dövlətinə sədaqətlə xidmət edən vəzifəlilərlə ölkə rəhbərinin arasını vurmaq, özünün hamıdan çox yüksək vəzifələrə layiq olduğuna rəhbərliyi inandırmaq olmuş və bu istiqamətdə daim çalışmışdır. Bir çox tanınmış simaların Heydər Əliyevdən incik düşməsinin səbəbi də Ramiz Mehdiyevin bu insanlığa sığmayan davranışları idi. Bunu həmin dövrdə onunla bir yerdə işləyənlər açıq deyirdilər. Hətta Heydər Əliyev Naxçıvanda işləyəndə xalqımız onu respublikaya rəhbərliyə dəvət edəndə də Ulu Öndərin əleyhinə danışmaqdan çəkinmirdi.

Bütün bunlara baxmayaraq Heydər Əliyev ikinci dəfə respublikamıza rəhbərliyə başlayanda Ramiz Mehdiyevə yenə də etimad göstərərək onu Prezident Administrasiyasında Aparat rəhbəri kimi çox yüksək vəzifəyə təyin etdi. O, bu vəzifədə işlədiyi 25 il müddətində hələ Moskvada təhsil aldığı müddətdə formalaşan Rusiyanın Azərbaycana mürtəce siyasətinə rəğbətini daha açıq surətdə biruzə verirdi. Ramiz Mehdiyev bir dəfə də olsun “Bir millət, iki dövlət” dediyimiz Türkiyəyə səfər etməyib, lakin daim Rusiyada müxtəlif görüşlərdə iştirak etməklə Ulu Öndərin və İlham Əliyev cənablarının etibarından sui istifadə edərək öz çirkin əməllərini davam etdirirdi. Belə ki, icra, qanunverici və məhkəmə orqanlarında layiq olmayan insanların onun özünə sərf edən şəxslərə uyğun yüksək vəzifələrə təyinat almalarına nail olur, öz mövqeyini möhkəmləndirmək üçün müxtəlif yollarla ətrafına adamlar toplayır, respublikamızın bölgələri haqqında reallıqdan uzaq fikirlər formalaşdırırdı".

Deputat xatırladıb ki, hələ 2003-cü ildə Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini irəli sürəndə Ramiz Mehdiyev bununla razılaşmayaraq öz tabeliyində olan adamlara İlham Əliyevin bu vəzifə üçün çox gənc olduğunu bəhanə edərək onun əleyhinə səs verməyi tapşırırmış:

"Çünki Ramiz Mehdiyev yalnız özünü bu vəzifəyə layiq bilirdi. O, İlham Əliyev cənablarının Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin ilk 16 ilində də bu yüksək vəzifəni tutmaqda riyakar və çirkin əməllərini davam etdirirdi. Bütün bunlara baxmayaraq, İlham Əliyev cənabları Azərbaycan xalqının çox böyük əksəriyyətinin səsini toplayaraq həmin seçkidə qalib gəldi. Prezident seçildikdən sonra İlham Əliyev cənablarının uzaqgörənliklə formalaşdırdığı uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan Respublikası 22 il ərzində analoqu olmayan iqtisadi, siyasi və sosial inkişafa nail oldu. Bu müddət ərzində respublikamızın ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpası istiqamətində də əsaslı tədbirlər həyata keçirildi. Bunu gözü götürməyən və Prezidentlik xülyasından əl çəkməyən Ramiz Mehdiyev və ətrafına topladığı xainlər Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanmasına mane olurdular, bunun vaxtının çatmadığını bildirirdilər. Yalnız Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezident Administrasiyasının Aparat rəhbəri vəzifəsindən azad edildikdən sonra ölkə Prezidenti qəti qərar qəbul etdi və 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə silahlı basqınına cavab olaraq əks hücum əməlliyatına başlamaq barədə qərar verdi.

44 günlük Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu möhtəşəm qələbə əldə etdi. 2023-cü ilin noyabr ayında isə bir günlük antiterror əməliyyatı ilə Qarabağ işğaldan azad edilərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olundu.

Azərbaycan xalqının 30 ildən çox intizarla gözlədiyi bu tarixi hadisə Prezident İlham Əliyev cənablarının nüfuzunu həm ölkə daxilində və həm də xaricdə ən yüksək zirvəyə qaldırdı. Bundan narahat olan və Prezident olmaq ümidini itirən Ramiz Mehdiyev ətrafına topladığı və uzun müddət hərtərəfli himayə etdiyi bir çox xainlərin köməkliyi ilə ölkə rəhbərliyini ələ keçirmək üçün son cəhdə - zorakı yolla çevriliş etməyə qərar verdi. Bu məqsədlə də o, Əli Kərimli və özünün gizli yaratdığı Milli Şuranın üzvü olan Gültəkin Hacıbəyli və digərləri ilə razılaşaraq öz xain xəyallarını reallaşdırmaq üçün həmişə rəğbət bəslədiyi və təlimatlar aldığı Moskvadan da kömək istəmək qərarına gəldi".

Eldar İbrahimovun sözlərinə görə, hadisənin gedişi göstərir ki, Əli Kərimli özünü müxalifətçi adlandırsa da əməllərində dövlətin və xalqın mənafeyini yox, həmişə şəxsi mənafeyini üstün tutmuş, hamisi olan Ramiz Mehdiyevin tapşırıq və tövsiyələrinə əməl edib:

"O, AXC-Müsavat hakimiyyəti dövründə yenicə müstəqilliyinə qovuşan respublikamızda layiq olmadığı yüksək vəzifədə - dövlət katibi vəzifəsində işlədiyi çox qısa bir dövrdə vətənə xəyanət etməsi ilə yadda qalmışdır. İndi aşkar olur ki, Əli Kərimli xarici ölkələrin Azərbaycan Respublikasına demokratiyanın inkişafı üçün ayırdıqları maliyyə vəsaitinin bir hissəsini mənimsəyib. Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində maddi resurslar burulğanında əziyyət çəkdiyi bir vaxtda xaricdən ayrılan yardımı mənimsəyən Əli Kərimli və digərlərindən vətənə xainlik etməkdən başqa nə gözləmək olardı.

Sözdə vətən, xalq deyən, əməldə öz mənafeyini güdənlərdən və bu məqsədlə istənilən bəd əmələ qulluq edənlərdən biri də Gültəkin Hacıbəylidir. Ramiz Mehdiyevin dəstəyi ilə deputat seçiləndən sonra iqtidarı tərifləməkdən yorulmayan bu şəxs həmin dövrdə özünü də yaddan çıxartmırdı. Çox qısa müddətdə deputat seçildiyi Goranboy və digər rayonlarda torpaq sahələri ələ keçirir, biznes qurur və onun genişləndirilməsi ilə məşğul olurdu. Növbəti dəfə deputat seçilməyən kimi Ramiz Mehdiyevin yaratdığı Milli Şurada peyda olaraq canla-başla hakimiyyətin əleyhinə böhtanlar danışmağa başladı. Ramiz Mehdiyevə çox ağır ittihamlar irəli sürüləndə isə Gültəkin Hacıbəyli Türkiyədə gizlənmək qərarına gəldi. Lakin Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları onun ölkəmizə deportasiya olunmasına nail oldu.

Nankor və acı xisləti olanlar bilməlidirlər ki, onları çox şərəfsiz sonluq gözləyir. Hazırda bu şəxslər barəsində istintaq işləri aparılır. Heç kim unutmamalıdır ki, onların gizlin apardıqları yaramazlıqlar mütləq aşkar olunacaq və hər kəs törətdiyi bəd əməllərə görə qanun qarşısında cavab verməli olacaqlar".

Son xəbərlər

Uzunmüddətli və sistemli dövlət siyasətinin məntiqi nəticəsi

Gecə və səhər yollar buz bağlayacaq

Prezidentdən master-klass: İrəvandan "Ondan sonra danışmaq çətindir" etirafı

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Pakistanda 20 Yanvar şəhidlərinin anım günü ilə əlaqədar dəyirmi masa təşkil olunub

Peruda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilib

Ceyhun Bayramov ilə Marko Rubio arasında Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib

Abşeronda 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib

20 Yanvar: Qanla yazilan tarix, qürurla yaşadilan yaddaş

A Seriyası: “Milan”dan qələbə

Aytəkin Cəfərovaya Qarabağda vəzifə verildi

Afaq Bəşirqızı uzun müddət sonra qayıdır

"Xəzər Dəniz Gəmiçiliyi”nə yeni sədr təyin edildi

Ekspert : Azərbaycan İsrail ilə Türkiyə arasında münasibətlərdə mühüm vasitəçi ola bilər

Azərbaycanın gənc xanım rektoru

Zamin Zeynal müasir rəqəmsal mühitdə uşaqların təhlükəsizliyində maarifləndirmənin rolundan DANIŞIB

Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq

Dövlət proqramının icrası nəticəsində Bakı və Abşeronda tarixi əhəmiyyətli layihələr həyata keçiriləcək - RƏY

SON DƏQİQƏ! Raketlər HAZIR VƏZİYYƏTƏ gətirildi - İrana hər an hücum edilə bilər

Pərvanə Vəliyeva: Su təminatında beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar tətbiq edilir

Elnarə yenə adını "dəyişdi"

Böhran qapıdadır: Azərbaycanın qabaqlayıcı addımları - Şərh

Deputat: Ötən ili xarici siyasətimizin uğurları baxımından tarixi il kimi dəyərləndirə bilərik

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb

İrandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı

Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir

Əhməd İsmayılov: Dezinformasiya ilə mübarizə Azərbaycan üçün həmişə prioritet olaraq qalacaq

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO

Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Fuad Məmmədov: QHT-lərin potensialı artırılmalı, onların təşəbbüskarlığı və intellektual səviyyəsi dəstəklənməlidir

Şamaxıda daha bir zəlzələ

Dövlət Məşğulluq Agentliyində yüksək təyinat

Bütün xəbərlər