Vahid  Axundov vəfat etdi


Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959¬–1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə ali təhsil almışdır.

Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını almışdır.

Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı dəri-qalantereya fabrikində və Bakı avtomobil ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışmışdır. O, 1965–1966-cı illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük və baş iqtisadçı, 1970–1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor, 1987–1991-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutmuşdur.

Vahid Axundov 1991–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ilin may–noyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirin baş iqtisadi müşaviri olmuşdur. O, 1993-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsini icra etmişdir.

Vahid Axundov uzun illər Azərbaycanın milli maraqlarının qorunması naminə bilik və bacarığını əsirgəməyərək, peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkədə iqtisadi islahatların uğurla aparılmasında, iqtisadiyyatın bütün sahələrinin dinamikliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Öz işində hər zaman obyektivlik və prinsipiallıq nümayiş etdirməklə dövlətçilik mövqeyindən çıxış etməsi ona dərin hörmət və ehtiram qazandırmışdır. Vahid Axundovun tədqiqatçı alim kimi iqtisadiyyatın ayrı-ayrı problemlərinin öyrənilməsinə dair 150-dən artıq sanballı araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır.

Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1992-ci ildə “Əməkdar elm xadimi”, 2006-cı ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülmüş, 2007-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Vahid Cümşüd oğlu Axundovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!



İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Şahmar Mövsümov

Natiq Əmirov

Mikayıl Cabbarov

Azər Əmiraslanov

Ziyad Səmədzadə.

Son xəbərlər

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

Bütün xəbərlər