İlham Əliyevin idman və Olimpiya hərəkatinda zəfər salnaməsi!


Azərbaycan İdmanı ildən-ilə inkişaf edir və şöhrət qazanır. Buna səbəb idmanımızın inkişafinin təməl daşlarının qoyulmasında yüksək xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevdir. Hələ 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən respublikamızın digər sahələrində olduğu kimi idmanımızın maddi-texniki bazasının gücləndirilməsi yolunda böyük işlər gürmüşdür. Heydər Əliyevin idman sahəsində gördüyü işlər sırasında idman qurğularının tikintisi xüsusi yer tutur. İdman Konsert Kompleksi (indi bu kompleks Heydər Əliyev adını daşıyır), Bakı Əl Oyunları Sarayı, Respublika Velotreki, ADBTİA-NIN binası, Olimpiya Yığma Komandaları üçün təlim-məşq bazası, Suraxanı Olimpiya Kompleksi, Buzovna qəsəbəsindəki “Gənclik” stadionu, Respublika Olimpiya Mərkəzi, Azərbaycan Texniki Universitetinin İdman Sarayı, Mingəçevirdəki Kür Avarçəkmə Bazası, “Gənclik” beynəlxalq turizm mərkəzi və onun idman kompleksi, Lənkəran, Gəncə və Yevlax Uşaq Gənclər İdman Məktəbləri, Qax İdman Kompleksi, Yasamal Sağlamlıq Mərkəzi, Motodrom və digərləri.
Heydər Əliyev dövlətimizin müstəqillik illərinə rəhbərlik etdiyi dövrdə də (1993-2003) idmanımıza yüksək qayğıyla yanaşmışdır. 1994-cü il iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Respublika Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1995-ci il martın 5-də tanınmış idmançı və məşqçilərimizi “Şərəf” ordeni və “Tərəqqi” medalı ilə təltif etmiş, elə bu tarixdə İdman Fondunu yaratmışdır.
1992-ci ildə Milli Olimpiya Komitəsi yaradılmışdır. O dövrün ən mühüm hadisəsi isə 1996-cı ildə Azərbaycanın, müstəqil dövlət kimi, ilk dəfə Olimpiya oyunlarına qatılması idi. Həmin məqsədlə 1995-ci ilin fevralında prezident H.Əliyev “1996-cı ildə Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” sərəncam imzalamış, sərəncama əsasən, Atlanta Olimpiadasına hazırlıqla bağlı Təşkilat Komitəsi yaradılmışdır.
1993-2001-ci illər ərzində Bakıda 5 Avropa çempionatı, 4 dünya çempionatı, 3 dünya kuboku, 32 beynəlxalq yarışlar keçirilmişdir. Müstəqillik illərində Prezident Heydər Əliyev quruculuq işlərini daha da sürətləndirmiş Maştağa, Şəki, Naxçıvan, Quba, Gəncə, Bərdə, Lənkəran, Stend atıcılığı üzrə İdman Komplekslərini, Taekvando İdman Mərkəzini, Yaxt Klubu və s. tikdirmişdir.
1997-ci ildə milli idman tariximizdə özünəməxsus yer tutan daha bir hadisə baş vermiş – Milli Olimpiya Komitəsinin hesabatseçki konfransı keçirilmiş və burada İlham Əliyev bu komitənin prezidenti olmaqla, MOK-un yeni rəhbərliyi seçilmişdi. Bu, ölkəmizdə idmanın inkişafına güclü təkan vermişdir. İlham Əliyevin başçılığı ilə idman nümayəndə heyətlərimizin 1997-ci ildən sonrakı dövrdə Beynəlxalq və Avropa Olimpiya Komitələrinin iclaslarında fəal iştirakı və onun bu qurumların rəhbərləri ilə keçirdiyi görüşlər ölkəmizin dünya Olimpiya hərəkatına fəal şəkildə qoşulmasını nümayiş etdirir və ölkəmizin dünya dövlətləri arasında nüfuzunun artmasında mühüm rol oynayır.
İlham Əliyev 1997-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidentidir.  Onun Milli Olimpiya Komitəsinə prezidentliyi dövründə Azərbaycan I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları  kimi bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir.
Milli Olimpiya Komitəsinin səmərəli fəaliyyəti, daimi diqqət və qayğısı nəticəsində Azərbaycan idmançıları təkcə Yay Olimpiya Oyunlarında deyil, Paralimpiya hərəkatında, Yeniyetmələrin Olimpiya Oyunlarında və Avropa Olimpiya həftələrində, müxtəlif növlər üzrə dünya və Avropa çempionatlarında ölkəmizi ləyaqətlə təmsil edir, inamlı addımlarla irəliləyir və idman tariximizə parlaq səhifələr yazırlar.
Olimpiya oyunları dünya xalqlarının və ölkələrinin bir-birinə tanıdılması, təbliğ olunması baxımından əvəzsiz rol oynayır. Bu ali yarışlar ümumbəşəri dəyərlərə bağlılıq, milli maraqların, eyni zamanda xalqlar arasında bərabərliyin və dostluğun qorunması, fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirilməsi, əmin-amanlıq, sülh deməkdir. Bu oyunlar bütün dünyada ən populyar yarışlardır. Həmin yarışlar çərçivəsində milyonlarla insan bir yerə toplaşır. Bu mənada onlar getdikcə daha böyük ictimai-siyasi anlam kəsb edir.
Uğurları birdən-birə qazanmaq olmur. Lakin qətiyyət və iradə olan yerdə qarşıda duran məqsədlərə daha tez çatmaq mümkündür. Azərbaycan idmançılarının Sidney zəfəri bunu əyani təsdiq etdi. İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi üç il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən yay olimpiya oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. Beləliklə, cənab İlham Əliyevin MOK rəhbəri kimi fəaliyyəti 2000-ci ildə - Sidney Yay Olimpiya Oyunlarında öz parlaq təcəssümünü tapdı
Növbəti illərdə qarşıya qoyulan məqsədlərin öhdəsindən gəlmək və yeni nailiyyətlərə imza atmaq üçün imkanlar səfərbər edildi. Aparılan işlər və qalan müddət ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər Azərbaycanın Afina və Pekin olimpiya oyunlarına daha yüksək səviyyədə hazırlığını təmin etdi, qarşıya qoyulmuş məqsədlərə çatmaq imkanı yaratdı.
Pekindən zəfərlə dönən Azərbaycan komandasının London Olimpiya Oyunlarında daha böyük uğura imza atacağı gözlənilən idi. London Olimpiya Oyunları Azərbaycan üçün yalnız idmançılarımızın sayının artması ilə yadda qalmadı. Bu olimpiada Azərbaycan üçün daha çox ona görə yaddaqalan və əlamətdar oldu ki, olimpiya komandamız indiyədək qatıldığı olimpiya oyunları içərisində ən böyük uğuruna imza atdı. Azərbaycan idmançıları rekord sayda - 10 medal qazandılar.
Başqa bir rekord medal sıralamasına aiddir. Olimpiya yığmamız Sidneydə 199 ölkə arasında 34-cü, Afinada 202 ölkə arasında 50-ci, Pekində 205 ölkə arasında 39-cu yeri tutmuşdusa, Londonda 204 ölkə arasında 30-cu yeri tutdu.
2013-cü ildə İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasının Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi haqqında qərarına müvafiq olaraq 8 sentyabr 2015-ci ildə İlham Əliyev Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Oyunlar 2017-ci il 12 – 22 may tarixlərində keçirildi və ildə İslam Həmrəyliyi İdman Federasiyasının bütün üzvləri oyunlarda iştirak etdilər.
2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin 2012-ci il 7 – 8 dekabr tarixlərində Romada keçirilən 41-ci Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarına  müvafiq olaraq Prezident Əliyev 17 yanvar 2013-cü ildə I Avropa Oyunlarının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. Avropa Oyunları 2015-cil il 12 – 28 iyun tarixləri arasında 20 idman növü üzrə 50 ölkədən təqribən 6,000 idmançının iştirakı ilə keçirildi.
83-cü FİDE Konqresinin Şahmat Olimpiyadasının Azərbaycanda keçirilməsi qərarına uyğun olaraq 14 fevral 2013-cü ildə İlham Əliyev 42-ci Şahmat Olimpiyadasının Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı.
Oyunlar 2016-cı il 1 – 16 sentyabr tarixlərində yarışda 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandasında cəmi 1587 şahmatçının iştirakı ilə Bakı Kristal Zalında keçirildi.
Həmin yarışları bir-bir sadalamaq artıq vaxt itkisidir. Bununla belə, nüfuzuna və kütləviliyinə görə digər turnirlərdən seçilənləri qeyd etmək yerinə düşər: 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi (2012), 17 yaşadək oğlanlar arasında futbol üzrə Avropa çempionatının final mərhələsi (2016), 2016-cı ildən təqvim planına daxil edilən “Formula 1” üzrə Azərbaycan Qran-prisi, l Avropa Oyunları (2015), lV İslam Həmrəyliyi Oyunları (2017), futbol üzrə AVRO-2020-nin üç qrup və bir 1/4 final oyunu. Təbii ki, bütün bunlar ölkəmizdə aparılan uğurlu idman siyasətinin nəticəsidir. Bakı şəhərinin 2016 və 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarına evsahibliyi etmək üçün namizədliyinin irəli sürülməsi də əlamətdar hadisə kimi vurğulanmalıdır.
2017-ci ildə Azərbaycanın kişi şahmatçıları üçüncü dəfə Avropa çempionu adını qazandılar, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçildi.
2018-ci ildə Bakıda üçüncü dəfə Formula-1 yarışı keçirilmiş, iyunun 5-9-da ölkəmizdə Beynəlxalq Velosipedçilər İttifaqının velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatı təşkil olunmuşdur. Həmçinin martın 15-18-də idman gimnastikası üzrə dünya kubokuna, aprelin 12-15-də batut gimnastikası, tamblinq və ikili mini batut üzrə 26-cı Avropa çempionatına ev sahibliyi etmişdir. Eyni zamanda, aprelin 27-29-da Bakıda bədii gimnastika üzrə dünya kuboku, iyunun 22-23-də isə yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışların təşkili həyata keçirilmişdir. 2018-ci ilin may ayında kapoeyra idman növü üzrə və sentyabrda cüdo üzrə dünya çempionatları keçirilmişdir.
 15 il ərzində idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etmişdir (2004 — Afina, 2006 — Turin, 2008 — Pekin, 2010 — Vankuver, 2012 — London, 2014 — Soçi,  2016 — Rio de Janeyro). Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olmuşdur. Rio de Janeyro Olimpiya Oyunlarında isə Azərbaycan medalların sayına görə 14-cü yerdə oldu.
2019-cu ildə isə idmançılarımız qatıldıqları beynəlxalq yarışlarda 775 medal qazanıblar ki, onlardan 271-i qızıldır.
Müasir dövrdə fiziki tərbiyə və idman öz aktuallığını qoruyub saxlayır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamda, Azərbaycan gənclərini sağlam və fəal həyat tərzinə təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013–2023-cü illəri əhatə edən İnkişaf Strategiyası və 2016–2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012–2020-ci illəri əhatə edən Milli Strategiya və Dövlət Proqramı hazırlanaraq həyata keçirilməkdədir.
Koronavirus 2021-ci ildə dünyanın idman həyatına da ciddi təsir göstərdi. 2020-ci ildə təxirə salınan futbol üzrə Avropa çempionatı və Olimpiada, nəhayət, 2021-ci ildə keçirildi. Tokioda keçirilən paralimpiya oyunlarında iştirak edən idmançılarımız turniri 7 medalla bitirdilər. Azərbaycan Tokio-2020 Paralimpiya Oyunlarında komanda birinciliyində 19 medalla 10-cu yeri tutdu. Bu, Azərbaycan millisinin Paralimpiya Oyunlarında göstərdiyi ən yüksək nailiyyətdir.
12 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə Bakı Su idman sarayında üzgüçülük üzrə Azərbaycan açıq qış çempionatı, 8-10 fevral 2022-ci il tarixlərində Azərbaycan Güləş Federasiyasının və Bakı şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə sərbəst və yunan-Roma güləşi üzrə (U-21) gənclər arasında Azərbaycan çempionatı keçirilmişdir.
2022-ci ildə Ağdamın “İmarət” stadionunun layihəsi işlənmiş, Ağdamın Eyvazxanbəyli kəndində qarabağ Atçılıq Kompleksinin inşasına start verilmişdir. Eyni zamanda azad edilmiş ərazilərdə bir neçə idman yarışları Şuşada Beynəlxalq idman yarışları, Suqovuşan gölündə beynəlxalq avarçəkmə, Zəngilanda triatlon üzrə yarışlar keçirilmişdir. 
Azərbaycan bir sıra idman növləri üzrə qitə miqyaslı yarışlara, gimnastika üzrə dünya kuboklarına, Avropa çempionatına və UEFA Avropa Liqasının finalına uğurla ev sahibliyi etmiş, atletlərimizin beynəlxalq turnirlərdə qazandıqları parlaq qələbələr ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılmışdır.
İlham Əliyevin idman və Olimpiya hərəkatinda zəfər salnaməsi respublika prezidenti seçildikdən sonra daha geniş vüsət aldı. Uğurlu idman siyasəti nəticəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Ulu Öndərin idman sahəsində yaratdığı xoş ənənə cənab Prezident tərəfindən də davam etdirildi. Hər il idmançıların dövlət başçısı tərəfindən qəbul edilməsi, onların mükafatlandırılması onlara yüksək nailiyyətlər qazanmaları üçün stimul verdi. Görülən işlər intensivləşdikcə müsbət nəticələr də özünü göstərməyə başladı. Bundan sonra idmançılarımızın olimpiadalardan ölkəmizə medallarla dönməsi ənənə halını aldı və beynəlxalq yarışlarda himnimizin səslənməsi, bayrağımızın ucaldılması hər bir azərbaycanlının qüruruna səbəb oldu.


[


Dilqəm Quliyev,
Prezidentin fərdi təqaüdçüsü,
pedaqogika üzrə elmlər doktoru, professor







Son xəbərlər

"Xəzər Dəniz Gəmiçiliyi”nə yeni sədr təyin edildi

Ekspert : Azərbaycan İsrail ilə Türkiyə arasında münasibətlərdə mühüm vasitəçi ola bilər

Azərbaycanın gənc xanım rektoru

Zamin Zeynal müasir rəqəmsal mühitdə uşaqların təhlükəsizliyində maarifləndirmənin rolundan DANIŞIB

Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq

Dövlət proqramının icrası nəticəsində Bakı və Abşeronda tarixi əhəmiyyətli layihələr həyata keçiriləcək - RƏY

SON DƏQİQƏ! Raketlər HAZIR VƏZİYYƏTƏ gətirildi - İrana hər an hücum edilə bilər

Pərvanə Vəliyeva: Su təminatında beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar tətbiq edilir

Elnarə yenə adını "dəyişdi"

Böhran qapıdadır: Azərbaycanın qabaqlayıcı addımları - Şərh

Deputat: Ötən ili xarici siyasətimizin uğurları baxımından tarixi il kimi dəyərləndirə bilərik

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb

İrandakı iğtişaşlarda ölənlərin sayı açıqlandı

Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir

Əhməd İsmayılov: Dezinformasiya ilə mübarizə Azərbaycan üçün həmişə prioritet olaraq qalacaq

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - FOTO

Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Fuad Məmmədov: QHT-lərin potensialı artırılmalı, onların təşəbbüskarlığı və intellektual səviyyəsi dəstəklənməlidir

Şamaxıda daha bir zəlzələ

Dövlət Məşğulluq Agentliyində yüksək təyinat

İstanbulda məktəblər bağlandı

Ursula fon der Leyen: Avropa İrandakı etirazları tam dəstəkləyir

Pezeşkian ABŞ-ni İranda etirazçıları qızışdırmaqda ittiham etdi

ABŞ İran xalqına kömək etməyə hazırdır - TRAMPDAN MESAJ

Pərvanə Vəliyeva: Azərbaycan regionun enerji “hub”na çevrilir

Sosial şəbəkələrdə informasiya mədəniyyəti: risklər və imkanlar

Prezidentimizin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur

Prezident İlham Əliyev süni intellekt, rəqəmsal texnologiyaların inkişafını ölkənin gələcəyi üçün vacib istiqamət kimi dəyərləndirir

QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb

Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edib

Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşüb

Maduronu ələ verən əsas şəxsin kimliyi açıqlanıb

Bütün xəbərlər