Abşeronda Azərbaycan Televiziyasının ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib


Abşeron Rayon İcra Hakimiyyətinin və Azərbaycan Televiziyasının Analitik Qrupunun birgə təşkilatçılığı ilə rayonun fəal ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda şəhidlik zivəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Abşeron RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək görüşün Azərbaycan Televiziyasının yaranmasının 70 illiyi ərəfəsində keçirildiyini qeyd edərək qonaqları yubileyləri münasibəti ilə təbrik edib.
Azərbaycan Televiziyasında daima ictimaiyyət üçün vacib hadisələr, təcili məlumatlar və dövlət səviyyəli açıqlamalar operativ və düzgün şəkildə cəmiyyətə çatdırıldığını vurğulayan G.Rəhimova əlavə edib ki, AzTV-nin Analitik Qrupunun respublikamızın bölgələrində ictimaiyyət nümayəndələri ilə görüşdüyünü və onların təklif və arzularını öyrəndiyini, səslənən fikirlərin emal edilərək efirə gedən veriliş və proqramlarda əks olunacaq.
Analitik Qrupunun rəhbəri, əməkdar jurnalist Faiq Hüsiyev bildirib ki, görüşlərdə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan Televiziyasında yayımlanan layihələr müzakirə olunur, ictimaiyyət nümayəndələrinin fikir və təklifləri dinlənilir. O, səsləndirilən təkliflər əsasında “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən İdman TV və Mədəniyyət TV-də də yeni proqramların hazırlanmasının nəzərdə tutulduğunu bildirib.
Daha sonra Analitik Qrupun digər üzvləri diktor, Əməkdar artist Sevda Ağazadə, İdman telekanalının şöbə rəisi, Əməkdar jurnalist Fikrət Adıgözəlli, Analitik Proqramlaşma şöbəsinin rəisi Ceyhun Dünyamalıyev, “Səhər” redaksiyasının baş redaktoru Sitarə Həmidova, “Tele Səhər” proqramının baş redaktoru Nəcibə Əlixanova və Buraxılış və əlaqələndirmə şöbənin rəisi Elməddin Quliyev çıxış edərək Milli-mənəvi dəyərlərin, adət-ənənələrimizin Azərbaycan Televiziyada nümayiş olunduğunu qeyd ediblər və efirə gedən verilişlər və proqramlar haqqında ətraflı məlumat veriblər.
Aparılan müzakirələr zamanı Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Müasir İnternet Resursları İnkişafı İctimai birliyinin sədri Zamin Zeynalov, Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin direktoru İkram Manafov, 48 saylı Dairə Seçki Komissiyasının sədri Dilşad Abbasova, rayon gənclər və idman sektorunun müdiri Xannənə Ağayeva, Qərbi Azərbaycan İcmasının Abşeron rayon Nümayəndəliyinin Gənclərlə İş üzrə məsul şəxsi Heydər Vəliyev və digərləri çıxış edərək bildiriblər ki,
Azərbaycan Televiziyası hər bir vətəndaşımız üçün doğmadır. Qeyd edilib ki, bu kanalın efirində tariximiz, xalqımızın milli-mənəvi dəyərləri daima yaşadılıb. Azərbaycan Televiziyası respublikamızın güzgüsü, nümunəsidir. Hər zaman olduğu kimi bu gün də xalqımızın, şəhid ailələrinin yanındadır. Respublikamızın həyatında baş verən bütün ictimai-siyasi proseslərlə bağlı ətraflı və dolğun məlumatları yaymaqdadır. Dövlət Televiziyası hər zaman ölkəmizin informasiya məkanı üçün örnək nümunəsi sərgiləyən TV kanal olubdur. Qeyd edilib ki, respublikamızda fəaliyyət göstərən musiqi məktəblərinin konsertlərinin təşkil olunması arzuolunandır. Çünki bu kimi verilişlər uşaqlara çox böyük stimul verir.
Müzakirələrdə çıxış edən digər çıxışçılar da Azərbaycan Televiziyasının dilimizin saflığına verdiyi töhfələr, “Böyük qayıdış”, həmçinin “Qərbi Azərbaycana qayıdış” konsepsiyasını diqqət mərkəzində saxladılar, təklif və və arzularını bildirdilər.










Son xəbərlər

Fazil Məmmədov nazir müavini təyin olundu

“Müəllimlərin maaşı mənim dövrümə nisbətən artıb” - Misir Mərdanov

Gənclər milli sənət nümunəsini yaşadan və inkişaf etdirən iştirakçı olmalıdır - AÇIQLAMA

VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Mahirə Əsədova: Prezidentin müəyyən etdiyi sosial-iqtisadi hədəflər sahibkarlıq üçün yeni imkanlar yaradır

Ulu Öndərin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi

ÜRƏKLƏRİ BİR, HƏDƏFLƏRİ ZİRVƏ OLAN İKİ QARDAŞ ÖLKƏ

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

ANS-in keçmiş işçisinə yüksək vəzifə verildi -YENİLƏNDİ

Hüseynova Sevinc: VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

YAP VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır

VIII Qurultay: Zəfərdən sonra Azərbaycanın teni strateji hədəfləri

VIII Qurultay: qarşıdakı dövr üçün yeni yol xəritəsi

İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi

Tahir Mirkişili: Azərbaycanın iqtisadi siyasətində əsas hədəf maliyyə dayanıqlığını real iqtisadi artıma çevirməkdir

Deputat Azər Badamov Qusarda növbəti vətəndaş qəbulu keçirib

Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

Könül Nurullayeva: "Süni intellekt və pilotsuz sistemlər Azərbaycanın müdafiə imkanlarının inkişafında mühüm rol oynayır"

Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - FOTO

Rusiya Hindistana nota verdi

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Professor Mahirə Hüseynovanın "Geniş təfəkkürün ensiklopedik elmi baxışları"-YAZI

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

Bütün xəbərlər

Ən çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay