Qaradağda “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda  tədbir keçirilib+FOTOLAR


"Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donor dəstəyi ilə “Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda Qaradağ rayonunda tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, "Müasir İnternet Resurslarının İnkişafı" İctimai Birliyinin sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi hümanitar məsələr şöbəsinin müdir müavini Firudin Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin sədri, Şair-publisist, Ədəbiyyat qəzetinin şöbə redaktoru,Prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu, Azərbaycan Vəkillər Kollegiyasının üzvü,YAP fəalı Elşad Daşdəmirov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ üzrə nümayəndəliyinin əməkdaşları, Qaradağ da yaşayan keçmiş məcburi köçkünlərin bir qrupu, Qaradağ rayonunun Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və Ağsaqqallar Şurasının fəal üzvüləri, QMƏVŞAİB Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, qazilər, gənc könüllülər fəal iştirak ediblər.
Tədbirdə çıxış edənlər "Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyi tərəfindən "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində nəzərdə tutulmuş bölgələrdə Qarabağdan olan məcburu köçkünlərlə birlikdə Qarabağa qayıdış əzmində keçirilən bu yönlü tədbirlərin ictimai-siyasi, mənəvi əhəmiyyətindən söz açıblar. Sonuncu tədbirin Qaradağ rayonunda yüksək səviyyədə keçirilməsi bir daha onu göstərdi ki, Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu layihəsi dövlət QHT münasibətlərinin inkişafı fondunda uğurlu vətəndaş cəmiyyəti təşəbbüsü kimi dəyərləndirilir və proses davamlı olmalıdır.

Tədbirdə çıxış edən natiqlər Qarabağa qayıdış ruhunda informasiya cəmiyyətinin fəallığının vacibliyinə diqqət çəkərək qeyd ediblər ki, 44 günlük tarixi qələbə Zəfərinin qazanılması, xalqımızın qalib xalq olaraq dünyaya tanıdılması hər bir Azərbaycan vətəndaşını ruhlandırır, dövlətə və cəmiyyətə faydalı yeni ideya və maarifləndirici informasiya təşəbbüslərin ortaya çıxmasına səbəb olur. Bu baxımından Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müqəddəs şəhidlərimizin canı, qanı hesabına, Qazilərimizin sağlamlığının itirməsi nəticəsində azad edilmiş doğma Qarabağ qayıdış prosesi uğurla gerçəkləşdirilir. Beləki, qüdrətli dövlət başçısı, qalib Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq Qarabağda həyata keçirilən tikinti, quruculuq, abadlıq işləri, Qarabağ bölgəsinin dirçəlişinə və daha da yüksəlişinə öz müsbət təsirini göstərir.Bununla yanaşı tarixi, əzəli torpağımız olan Qarabağda rallaşdırılan İctimai-siyasi, iqtisadi, mədəni əhəmiyyətli tədbirlər yerli və beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilərək təqdir edilir. Çıxışçılar onu da xüsusi olaraq qeyd ediblər ki, dünyada gedən informasiya müharibəsi fonunda Qarabağ həqiqətlərinin, Qaradağın tarixi və bugününün dünyaya təbliği, böyük qayıdışla bağlı əhalinin doğru,dəqiq mənbələrdən məlmuatlandırlması ilə bağlı məsələrdə informasiya cəmiyyəti tərəfindən həyata keçirilən bu sayaq layihələrin davamlılığı informasiya təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir.

MİRİİB sədri, "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsinin rəhbəri Zamin Zeynal geniş məzmunlu çıxışında bildirib ki, QHT Agentliyi tərəfindən belə bir layihənin qalib edilməsi və donor dəstəyinin verilməsi "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" layihəsi çərçivəsində Qaradağ rayonu daxil olmaqla ölkəmizin dörd regionunda keçirilən ictimai-siyasi əhəmiyyətli bu sayaq tədbir və verilişlərdə qarşıya qoyulan əsas məqsəd Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolunu gücləndirmək bu prosesin daha şəffaf, müsbət və məqsədyönlü şəkildə həyata keçirilməsinə vətəndaş cəmiyyəti dəstəyini daha da artırmaqdır.

Qurum rəhbəri onu da qeyd edib ki, doğma Qarabağa qayıdış yalnız fiziki məkanın geri alınması deyil, həm də insanları, onların sosial əlaqələrini və mədəni irsini bərpa etmək deməkdir. Məlumatın düzgün və səmərəli paylaşılması insanların çətin və kritik dövrü daha asan və sakit keçirə bilməsi üçün vacibdir. Vaxtilə erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvarlarından didərgin salınmış məcburi köçkün soydaşlarımızla bu cür informasiya əhəmiyyətli maarifləndirmə yönümlü görüşlərin keçirilməsi bu proses də İnformasiya cəmiyyətinin fədarlığının artırılması Qarabağa qayıdan insanların öz ata-baba yurdlarına qayıdışına və daha asan adaptasiya olmalarına ictimai dəstək baxımından layihənin davamlılığı olduqca vacibdir.

Layihə rəhbəri onu da xüsusi olaraq bildirib ki, qalib Prezident Cənab İlham Əliyevin daxili və xarici siyasət kursunu əsas götürərək məcburi köçkün soydaşlarımızı, gənclərimizi, Qarabağa qayıdışla əlaqədar Milli vətənpərvərlik əzmində söhbətlər apararaq yenidən o əzəli, əbədi Azərbaycana məxsus Qarabağ regionunda qurub yaratmlı, dünyaya birlik mesajları verməliyik. Bir sözlə, hər birimiz Qarabağın diriçəlişində və yüksəlişində birlik, həmrəylik əzmində fədakar çalışmaqla ictimai maarifləndirməni daha da artırmalıyıq.



















Son xəbərlər

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Azər Badamov:Milli dəyərlərin qorunması və dünyəvilik təhsil siyasətinin əsas prinsipləridir

Əhliman Tağıyev: Heç kim din pərdəsi altında dövlətin qanunlarına meydan oxumağı özünə haqq saya bilməz

Dünyəvi təhsil və milli kimlik - Azərbaycanın gələcəyini qoruyan dəyərlər

Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir

Təhsildən başlayan ideoloji təhlükəsizlik: mənəvi dəyərlərlə qanunun aliliyinin vəhdəti

İdeoloji təhlükəsizlik: milli-mənəvi dəyərlərə və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlik

Bakıda 200-dən çox adam saxlanıldı

Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Milli QHT Forumu: Milli dəyərlərin və dünyəvi təhsilin qorunması üçün ictimai həmrəylik vacibdir

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

YAP Astara rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunub+FOTO

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

XX ƏSRİN ƏN NÜFUZLU İQTİSADÇISI KEYNS NİYƏ NOBEL SÜLH MÜKAFATI ALA BİLMƏYİB?

Bütün xəbərlər