Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev həbs edilib.

millixeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, media subyektləri və internet resurslarında aparılan monitorinq zamanı bu ilin noyabrın 22-də Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusi səlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyən olunub.


Fakta görə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Baş prokurorluğun məlumatında bildirilib ki, istintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-də təşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmiş Ədalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonra həmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsilə qeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına, yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə Azərbaycan Respublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.//qafqazinfo

Son xəbərlər

20 oktyabr 2020-ci il tarixində şanlı Zəfərimizin Zəngilan səhifəsi yazıldı

Qazaxıstanda hakimiyyət çevrilişi üçün Japarovdan kömək istədilər

Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi

Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRH

Deputat: TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcək

Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb

Azərbaycan Ahmet Şanlı və daha 6 nəfəri beynəlxalq axtarışa verd

Leyla Əliyeva Türkmənistanda səfərdədir

Prezident onları təltif etdi - Siyahı

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb - Foto

20 Oktyabr – Zəngilan Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir

Xəbər veriyimiz kimi, Anar Məhərrəm oğlu Bayramov yeni Səhiyyə naziri təyin edilib.

Azərbaycan Asiya ilə Avropa arasında strateji körpü rolunu oynayır

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Bakı Zirvə Görüşü Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Füzuli Şəhəri Günü Azərbaycan xalqının yenilməz iradəsinin və milli birliyimizin parlaq təzahürüdür

Vüqar Zifəroğlu Mətbuat Şurasına yeni sədr seçildi

Tahir Mirkişili: “Cənab İlham Əliyevi tarix hər zaman belə fəxrlə xatırlayacaq!”

Sakinlərə şad xəbər - Köç başlayır

16 yaşa qədər qadınların dünyaya gətirdiyi uşaqların sayı açıqlandı

Azərbaycan ilə Laos arasında əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır

Fidan Hüseynova: Azərbaycanın çoxşaxəli xarici siyasəti

Bakıda “Kəlağayı yürüşü” keçirilir

Binəqədi Rayon İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri olub.

Azərbaycan və Kamboca əlaqələri uğurla inkişaf edir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Müasir təhsil, milli-mənəvi dəyərlər və vətəndaş məsuliyyəti

Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətindən AÇIQLAMA VAR

"Dini şəxsi məqsədlər üçün istismar etməklərinə imkan verməməliyik”

Vüsar İsmayılov: Azərbaycan iqtisadi tərəqqinin və təhlükəsizliyin ən etibarlı tərəfdaşlarından biridir

Geyimlərdəki fərqlilik şagirdin diqqətini təhsildən yayındırır - Nəsib Məhəməliyev

Bütün xəbərlər